Hörmətli Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (16 dekabr 2011, 13:00)
Adnan Oktar: Şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
“Ta, Ha”. Burada “ha” hərfi bir şey ifadə edir, “ta” hərfi də bir şeyi ifadə edir. Baxaq görək nə ifadə edir? Bunu sonra görəciyik, inşaAllah.
“Biz sənə bu Quranı çətinlik çəkməyin üçün endirmədik”, yəni Allah: “Anlaşılmaz olması, çətin vəziyyətdə qalmağın, məsələləri heç cür həll edə bilməməyin kimi bir məqsədlə endirmədik” deyir. ““İçi titrəyərək qorxanlara”, təkcə nəsihət və xatırlatma (olması üçün endirdik)”. Allah: “Allahdan səmimi qorxanlara təkcə nəsihət və xatırlatma olması üçün endirdik” deyir. (Taha surəsi, 1-3)