Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (29 dekabr 2011, 11.00)
Adnan Oktar: “Necə ki, onu apardıqları və birlikdə quyunun dibinə atdıqları zaman”. Bax, o insanın sözünü dinləyirlər, görürsünüzmü? Normalda öldürməyi istədikləri halda, o: “Quyunun dibinə atın” deyir, buna dərhal razı olurlar. Bu, hz. Xızır (ə.s)-dır, Allahualəm. “Dibinə atdıqları zaman”. Təbii ki, havadan atırmırlar, iplə buraxırlar, dolçayla buraxırlar. “Biz ona (belə) vəhy etdik”. Peyğəmbər olduğu üçün Allah ona vəhy edir. “And olsun”, Allah and içir, “sən onlara, özlərinin xəbəri olmadan nə etdiklərini xəbər verəcəksən” (Yusif surəsi, 15). Bax: “Özlərinin xəbəri olmadan”, məsələn, xurafatçılar mehdiyyətdən xəbərsizdirlər. Deməli, hz. Mehdi (ə.s) xurafatçılara etdiklərini xəbər verəcək, etdikləri anormallıqları onlara çatdıracaq, söyləyəcək, yəni pozuqluqlarını, çirkinliklərini çatdıracaq. Çünki Quran nə deyir? “İbrət var” deyir. Axırzamanda ibrət nədir, mehdiyyət dövründə olduğumuza görə? Bu, ibrətdir.