Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (29 dekabr 2011, 11.00)

Adnan Oktar: “Bir yolçu-karvanı gəldi”. Bu karvan, xüsusi gələn bir karvandır, yəni hər hansı karvan deyil. Bu əvvəlcədən Allahın yaratdığı bir karvandır. İxtiyari karvan gəlmir. Hz. Yusif (ə.s)-ı oradan çıxardacaq karvan xüsusi karvandır. “Suçularını (su almaları üçün) göndərdilər. O da”, baxın Quran bir incəlik verir; dolçasını salladı. Dolça. Quran bu incəliyi verməyə bilər. “İpi salladılar” deyər, “qabı salladılar” deyə bilər və yaxud “hər kova_burcunun_ozellikleri_01hansı şəkildə quyunun içindən aldılar” deyər hər hansı şəkildə. Lakin incəliyə girir bax: “Dolçasını salladı” deyir. Çünki hz. Mehdi (ə.s) dolça dövründə gəlir. Dolça dövrünə xüsusi diqqət çəkilib. İncildə də su küpünə diqqət çəkilər, su qabına. Eynisidir, eyni şəkil. O da dolça dövrünə işarə edir.

“O da dolçasını salladı. “Ey müjdə… Bu bir uşaqdır” dedi”. Hz. Mehdi (ə.s)-a işarə edir. “Və onu (quyudan çıxardıb) “satılacaq bir mal” kimi saxladılar”. Hz. Mehdi (ə.s)-ın müəyyən müddət saxlanılacağını bilirsiniz, hədislərdə də var. Bax: “Saxladılar” deyir, buna işarədir. “Halbuki, Allah, etdiklərini bilirdi. Allah: “Onsuz da Mən yaradıram” deyir. Onlar, özləri etdiklərini zənn edirlər, lakin taledə yaradan Allahdır.