Hörmətli Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (17 may 2012, 23:00)
Adnan Oktar: Şeytandan Allaha sığınaram. 3-cü surənin 173-cü ayəsi. “Onlar, insanlar özlərinə”, insanlar söyləyir müsəlmanlara, “sizə qarşı toplandılar“, əleyhinizdə əməliyyat aparmaq üçün, zərər vermək üçün, pislik etmək üçün, münafiqi, hiyləgəri toplandı, “artıq onlardan qorxun” dedikləri halda, imanları artanlar və: “Allah bizə kifayət edər, O nə gözəl vəkildir” deyənlərdir” deyir. Biz hz. Mehdi (ə.s) tələbəsiyik, inşaAllah. Dolayısilə elə mırıltıdan, hoppanmadan, tullanmadan heç təsirlənmərik. Şəhid olmağı ən böyük şərəf sayarıq, qazi olmağı ən böyük şərəf sayarıq. Həbs edilməyi qürur hesab edərik, Mədrəsəi-Yusifiyə (Yusifin mədrəsəsi) kimi görərik. İşgəncəni qürur hesab edərik.