Hörmətli Adnan Oktarın 7 may 2011-ci ildəki Yasin surəsi ilə əlaqədar şərhləri.
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram: “De: “Onları ilk dəfə yaradan Özü onları dirildəcəkdir. O, hər bir məxluquna yaxşı bələddir.” (Yasin surəsi, 79) Bir dəfə yaratdığına görə, “bir dəfə də yaradaram” deyir Allah. Məsələn, fabrikdə bir qələm düzəldirlər, ikinci qələmi düzəldə bilər fabrik? İkincini də, yüz ədəd də, min ədəd də düzəldər. İlk dəfə düzəltdiyi əhəmiyyətlidir. “Dünyanı necə yaratdımsa, insanları necə yaratdımsa, necə mükəmməl, necə qüsursuz yaratdımsa, bu gücə sahibəm”-deyir Allah. “Eynisinin daha da gözəlini, daha inkişaf etmişini, daha fərqlisini yaradaram” -deyir Allah. “Göyləri və yeri yaradan onların eynisini yenidən xəlq etmək qüdrətinə malik deyil?! Əlbəttə ki, O, Yaradandır, Biləndir.” (Yasin surəsi, 81)