İçeriğe geç

Hud surəsi, 109, 115-117 ayələrinin təfsiri

Hörmətli Adnan Oktarın 7 may 2011-ci ildəki müsahibəsindən Hud surəsi ilə əlaqədar şərhləri.

ADNAN OKTAR: Hud Surəsi-109. Şeytandan Allaha sığınırıq.

BERİL KONCAGÜL: Şeytandan Allaha sığınıram: “Onların nəyə ibadət etdiklərinə şübhə etmə. Onlar da atalarının əvvəllər ibadət etdiyi kimi ibadət edirlər. Şübhəsiz ki, Biz onların cəzasını əskiltmədən tam verəcəyik.”
ADNAN OKTAR: Darvinistlər nə edirlər? Eyni ilə ataları kimi inanırlar. Ataları Şumerlər necə inanırdılar? Nə deyirdilər? “İnsanlar, palçıqdan oldu (yarandı)” deyirdilər, elə deyil? “Təsadüfən yarandı”-deyirdilər. Köhnə Misir nə deyirdi? “Nilin palçıqlarından təsadüfən yarandı” deyirdi. İndikilər nə deyir?: “Palçıqdan təsadüflər nəticəsində yarandı”-deyir. Ayə nə deyir? Şeytandan Allaha sığınıram: “Onlar da atalarının əvvəllər ibadət etdiyi kimi ibadət edirlər.”-deyir Allah. Yəni eyni ilə əvvəlkilər kimidirlər yəni.

Hud Surəsi, 115,116,117-ci ayələrin təfsiri.images
ALTUĞ BERKER: Şeytandan Allaha sığınıram: “Səbir et! Həqiqətən, Allah yaxşı iş görənlərin mükafatını puç etməz. Heç olmasa, sizdən əvvəlki nəsillərdə yer üzündə fitnə-fəsad törətməyi qadağan edən ağıl və hikmət sahibləri olaydı. Onlardan yalnız xilas etdiyimiz az bir qismi belə idi. Zülm edənlər isə onlara verilmiş dünyanın ləz­­zətinə uydular və günahkar oldular. “(Ölkə) əhalisi əməlisaleh olduğu bir halda, Rəbbin o ölkəni haqsız yerə məhv etməz.”

ADNAN OKTAR: “Əhalisi əməlisaleh olduğu bir halda”, yəni hz. Mehdi (ə.s) varkən, hz. Mehdi (ə.s) fəaliyyətdə ikən, Rəbbin o ölkələri zülm ilə həlak etməz. Eyni zamanda ayənin bir mənası da budur. Ona görə, Türkiyə həmişə sevinc içində olacaq. Nə bölünər, nə parçalanar, nə qırılar, nə yıxılar heç bir şey olmaz, evelAllah. Türk İslam Birliyi, guruldayaraq (ehtişamla) gələcək. Biz bunları, şirin gözəl xatirə kimi izah edirik. 2 il sonra yenə qarşınızda olacağıq, 5 il sonra yenə qarşınızda olacağıq. Amma hər dəfə heyrətlər içində qalacaqsınız. Bədiüzzaman doğru deyir, Peyğəmbərimiz (s.ə.v) doğru demişdir, ayələr doğrudur.

Allah var, Peyğəmbər (s.ə.v) doğru deyir, din doğru, Peyğəmbərimiz (s.ə.v)-in hədisləri, izah etdiklərimin hamısı doğrudur. Hadisələr doğru, Bədiüzzamanın dedikləri downloaddoğrudur. Bədiüzzaman deyir: “Gözümlə görmədiyimi izah etmədim”-deyir. Doğru deyir, bütün ömrü düzgünlüklə keçmiş bir adamdır mübarək Bədiüzzaman. Hər dediyi doğrudur. Böyük nemətdir Bədiüzzaman. Yəni, qiymətini bilməyən bəzi adamlar var, heç deməyə ehtiyac yoxdur. Bədiüzzaman, həqiqətən çox təəcüblü metafizik bir varlıqdır. Çox qəribə, heyrətləndirici bir insandır.

Onun heyrət doğuran cəhətlərini, önümüzdəki günlərdə yavaş-yavaş izah etməyə başlayacağıq. Yəni bir çox xüsusiyyətləri bilinmir. Çox heyrətləndirici, sirli, xüsusi, dərin cəhətləri olan bir insandır. Allah ona xüsusi olaraq, qeybdən bir cür məlumat vermişdir, inşaAllah. Doğru çıxınca anlayırıq ki, doğru demişdir. Çıxmadan doğru dediyinə inanmağa məcbur deyilik. Amma çıxdıqdan sonra, doğru dediyini başa düşürük. Peyğəmbərlərin dediklərində, hadisə daha çıxmadan inanmaq məcburiyyətindəyik, fərzdir. Bu olacaq deyəndə, inanmalıyıq. Amma vəlilər deyəndə, reallaşınca qane oluruq (inanırıq), inşaAllah.

 

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz