Hörmətli Adnan Oktarın 11 dekabr 2010-ci ildəki müsahibəsindən Taha surəsi ilə əlaqədar şərhləri.
ADNAN OKTAR: 88-89-cu ayə: “Onun özlərinə bir sözlə cavab vermədiyini və onlara bir zərər və ya fayda verməyə gücü olmadığını görmürlərmi? Onlar üçün böyürən buzov heykəli düzəltdi.” O dövrdəki dəccaliyyətin, insanları haqq dindən ayırmaq üçün altından buzov heykəli çıxar, dəccaliyyət ortaya çıxar. Dindən azdırmaq üçün. Mehdiyyətə qarşı, mehdiyyəti dayandırmaq üçün yollar axtararlar. Qızılla insanların gözünü boyamağa çalışırlar. Buzov heykəliylə, böyürən bir buzov heykəliylə. ““Sizin də tanrınız, Musanın da tanrısı budur. Lakin o, (bunu) unutmuşdur”– dedilər.” Onun da unutduğunu deyirlər. Yəni hörmətləri də yoxdur.
“Bundan əvvəl Harun onlara demişdi: “Ey qövmüm! Siz bununla ancaq sınağa çəkildiniz. Həqiqətən, sizin Rəbbiniz ər-Rəhmandır. Mənə tabe olun və əmrimə itaət edin!””. Bax, Harun da Mehdilik vəzifəsini yerinə yetirir orada, elə deyil? Nə deyir?: “Ey qövmüm! Siz bununla ancaq sınağa çəkildiniz.” Mehdi (ə.s.) nə deyəcək?: “Siz darvinizmlə, materializmlə fitnəyə düşdünüz. Həqiqətən, sizin Rəbbiniz ər-Rəhmandır.“-deyəcək, elə deyil? O dövrün Mehdisi kimdir? Harun və hz. Musa (ə.s.)-dır inşaAllah . “ Həqiqətən, sizin Rəbbiniz ər-Rəhmandır. Mənə tabe olun və əmrimə itaət edin!” Mehdi (ə.s.)-ın da əmrinə iman gətirib ona itaət edəcəyik, inşaAllah.
Məsələn, Allah deyir ki, “Biz Musaya: “Qullarımla birlikdə gecə yola çıx, (əsanı suya vurmaqla) onlar üçün dənizdə quru yol aç. (Düşmənin) sizə çatmasından qorxma, çəkinmə!”(– deyə) vəhy etdik.'” İndi dəccaliyyət coşub və müsəlmanları sıxışdırmaqla bunu sübut edir. Nə edirlər? Gecə hərəkət edirlər. Gündüz göründükləri üçün, gecə fərq edilməmək üçün gecə qaranlığını istifadə edərək dəccalın, fironun azğınlığından xilas olmaq üçün hərəkət edirlər. “Onlar üçün dənizdə quru bir yol aç”-buyurur Allah. İndi diqqət edin Mehdi (ə.s.)-a quru bir yol açıldı. Boğaz körpüsündən keçir. Qupquru bir yoldur.
Hədisdə Peyğəmbərimiz (s.ə.v) deyir: “Mehdi (ə.s)” eyni şəkildə quru bir yoldan keçəcək” deyir. İstanbula gələrkən. Yəni çıxış yerini də bildirir, gəldiyi yeri də ifadə edir Peyğəmbərimiz (s.ə.v) və “dənizdən keçərək sahilə gələcək, bayrağı sancacaq” deyir. Həm də İstanbulun hər yerinə böyük bayraqlar sancacaq, maşaAllah, inşaAllah. “(Düşmənin) sizə çatmasından qorxma, çəkinmə!”(– deyə) vəhy etdik.“ Mehdiyyəti, həmişə Mehdi (ə.s)-ı ələ keçirmək istəyəcəklər və onu tutmağa çalışacaqlar. Onu qorxutmaq istəyəcəklər. Amma Mehdi (ə.s) qorxmayacaq. Qorxuya qarşı da cəsarətlə cavab verəcək, inşaAllah. “Firon”-yəni dəccal-“öz ordusu ilə onları təqib etdi və dəniz onları qaplayıb batırdı”-deyir, Allah. Dəccal ordusunu Allah, suların içində boğub məhv etdi. Hal hazırda da dəccaliyyət elmin içində boğulub itdi, məlumatın içərisində itdi inşaAllah. “Firon”-yəni dəccal-“öz qövmünü çaşdırıb azdırdı və onları doğruya yönəltmədi.” Deyirlər: “Dəccal, Quranda haradadır, Mehdi haradadır?” Quranın hər yerinə hakimdir. Hansı səhifəsini açsaq dəccallardan, Mehdilərdən bəhs edilir. Necə olmasın?