Hörmətli Adnan Oktarın 3 may 2011-ci ildəki müsahibəsindən Nur surəsi ilə əlaqədar şərhləri.
ADNAN OKTAR: Müsəlman, dünya hakimiyyətini istəməlidir. Baxın açıq ayədir: “Fitnə aradan qalxana qədər və din ancaq Allaha məxsus edilənədək onlarla vuruşun!”(Bəqərə surəsi, 193)-deyir Allah. Şeytandan Allaha sığınıram: “Cəhd edin, səy göstərin” -deyir Allah. Yəni ikinci bir yolu yoxdur. Nur surəsində də açıq-aşkar ifadə edir Allah. Nur surəsinin 55-ci ayəsində və bir çox ayədə sərihdir (açıq-aşkardır) və Quranın bütün hissəsinə hakimdir İslam Birliyi. İslam, dünya dinidir. Yəni müsəlman, İslamın dünya hakimiyyəti üçün, gecə-gündüz cəhd göstərməlidir, ikinci bir yolu olmaz. Elə yumşaq səsli tiplər “iman həqiqəti izah edirik deyərək” kənara çəkilir: “Quşların səsinə bax” bilmirəm nə deyir. Quşların səsi çox gözəldir. Sən İslam Birliyini istəyirsən? O, yoxdur. Hz. Mehdi (ə.s)-ı istəyirsən? Yox. Dəccaliyyətdən xəbərin var? Yox. “Gəldi, keçdi bunlar”-deyir. Nə qədər quş varsa, təpəndə buğda yesin daha nə deyim. İman həqiqəti əlbəttə ki, həyati (vacib) bir mövzudur, amma ən əhəmiyyətli (əsas) hissələrini sən keçirsən. Peyğəmbər (s.ə.v)-in varlığını ortaya qoyan dəlillərdir, Peyğəmbərimiz (s.ə.v)-in möcüzələri. Peyğəmbər (s.ə.v) niyə möcüzə göstərmişdir, Quranda niyə möcüzələr var? İmanımızın artması və qərara gəlməyimiz üçün var. Biz də Peyğəmbərimiz (s.ə.v)-in möcüzələrini izah edirik. Din olmadan, iman həqiqətləri olar? Yəni, “sırf Allaha inanıram amma dinə inanmıram” deyirsə, bu küfrdür. Bunu istədiyi qədər desin.