Hörmətli Adnan Oktarın 1 may 2011 tarixli müsahibəsindən Şuəra surəsi ilə əlaqədar izahları.
ADNAN OKTAR: “(Firon) dedi: “Mən sizə izn verməmişdən əvvəl siz ona iman gətirdiniz?“” Dəccaliyyət rəsmi ideologiyanı icra etməyə məcbur edir və “mənim dediyimə inanacaqsınız” deyir. Başqa inanc ola bilər? Xeyr. Dəccaliyyət, rəsmi ideologiyanın xaricində bir şey qəbul etmir. “Şübhəsiz ki, o sizə sehr öyrədən böyüyünüzdür.” Diqqət edin, ictimaiyyəti ələ almaq üçün xalqı onun əleyhinə çıxartmaq istəyirlər. O dövrün Mehdisini xalqın gözündə hörmətdən salmaq istəyirlər.
Xurafat dəstəsi, çaqqal dəstəsi, hər cür insan var idi o dövrdə. “Tezliklə biləcəksiniz! Mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirib hamınızı çarmıxa çəkdirəcəyəm.“ O dövrün iddia edilən Ergenekon terror təşkilatı kimi bir quruluş, qeyri-qanuni bir dövlət quruluşu vardır. Baxın, deyir ki, “Tezliklə biləcəksiniz! Mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirib hamınızı çarmıxa çəkdirəcəyəm.” Xurafatçılar həmişə asıb-kəsməklə qorxudar, iddia edilən Ergenekon terror təşkilatı da asıb-kəsməklə qorxudur xalqı.
O dövrə aid keçmiş yazışmalara baxsanız bunları görərsiniz, yəni təhdid ünsürü həmişə asıb-kəsməkdən ibarətdir. Türkiyə tarixinə baxsanız, iddia edilən Ergenekon terror təşkilatının etdiyi fəaliyyətlərində, üslublarında, danışıqlarında həmişə asmaq, edam etmək vardır. “Onlar dedilər: “Zərər yox, biz (onsuz da) öz Rəbbimizə qayıdacağıq.”” Həqiqətən iman etdiklərinə görə imanları güclüdür, “nə edirsən et” deyirlər dəccala. “Biz (onsuz da) öz Rəbbimizə qayıdacağıq.“ Yəni “ölsək də onsuz da şəhid olarıq” deyirlər. “Biz (Firon xalqı arasından) ilk iman gətirənlər olduğumuza görə Rəbbimizdən günahlarımızı bağışlayacağını umuruq.”
“Günahlarımızı da Allah inşaAllah bağışlayar” deyirik, “çünki ilk iman edənlərik” deyirlər, inşaAllah. “ Biz Musaya: “Qullarımla birlikdə gecə yola çıx. Çünki siz təqib olunacaqsınız”(– deyə) vəhy etdik.” Müsəlman izlənilər, müsəlmanları həmişə küfr tərəfindən, dəccaliyyət tərəfindən təqib edərlər. Həmişə cinayət axtardıqlarına görə, tutmaq istədiklərinə görə, həbs etmək istədiklərinə görə, onlara qarşı oyun oynamaq istədikləri üçün həmişə onları təqib edərlər. Buna görə müsəlmanlar diqqət cəlb etməmək üçün çox vaxt gecədən istifadə edərlər (gecə hərəkət edərlər). Allah Təala ona görə gecəni əmr edir. “Firon şəhərlərə (əsgər) toplayanlar göndərdi.”
O dövrün polisini, əsgərini qiyama qaldırır. Dəccal rejimi o dövrdəki qüvvələrindən istifadə etdirib, xalqı həbs etmələri, geniş miqyaslı əməliyyat keçirmək və qırğın etmələri üçün onları vəzifələndirir. Nə deyir iddia edilən Ergenekon terror təşkilatı? “Bir gecədə 3 milyon adamı qətl edəcəyik”-deyirlər. O dövrün fironların üslubu ilə bu dövrün fironların üslubu eynidir. İddia edilən Ergenekon terror təşkilatının zalımlığının eynisini orada da görürük. “(O dedi:) “Bunlar kiçik bir dəstədir.” Müsəlmanların birliyinə “kiçikdirlər bunlar” deyir. Mehdi birliyinə “biz bunları rahatlıqla əzərik, sayları azdır” deyir. Axırzamanda da Mehdi birliyi kiçikdir, az saydadılar. “Onlar bizə qarşı qəzəblidirlər.”
“Dəccaliyyətə qarşı böyük bir qəzəb bəsləyir bunlar”-deyir. O dövrün qüvvələrini təhrik etmək, dövlətin əzici, təcavüzkar gücünü sövq etmək üçün dövləti qıcıqlandırır firon. Nə deyir? “Onlar bizə qarşı qəzəblidirlər.” Baxın, həm vətən xaini kimi göstərir, həm də “dövləti məhv edəcək” deyir, həm “sistemimizi ortadan qaldıracaq, həm də bizə qarşı qəzəblidirlər” deyir. “Biz isə ayıq-sayıq bir qrupuq” (dedi).” Yəni “biz nurluyuq, başımız aydındır (gözüaçığıq), çox ağıllıyıq, çox mədəniyik” deyir. Halbuki öküz kimi, mal kimi adamlardır.
“Biz onları (o zalım tayfanı) bağlardan və çeşmələrdən çıxartdıq.” Hücuma keçmək üçün çeşmələrdən, bağçalardan ayrılırlar (uzaqlaşırlar). Normalda əvvəl zövq alırlar amma hərbi bir əməliyyat edəcəkləri üçün hərbi əməliyyat sisteminə keçirlər. Yəni həyəcanlanırlar, döyüş mövqeyinə keçirlər. “Xəzinələrdən və gözəl yerlərdən də (qovduq).” O vaxt müsəlmanlara hücum edəcəkləri üçün xəzinələrini də, mövqelərini də qoyub gedirlər. “Beləcə, Biz İsrail oğullarını o yerlərə varis etdik.” Bilirsiniz, dənizdə Allah hamısını həlak etdi. Hz. Musa (ə.s.) orada qan axıtmadı. Allah qan axıtdı, Allah qanlarını tökdü. O dövrün Mehdisi adına Allah orada qanlarını tökdü, mələkləri ilə qan tökdü Allah. Minlərlə mələk orada onların qanını tökdü. Allah, hz. Musa (ə.s)-ı qurtardı və dəccaliyyətin bütün malına, mülkünə müsəlmanlar sahib oldu, hadisə görə belədir inşaAllah.