Hörmətli Adnan Oktarın 1 may 2011-ci il tarixli müsahibəsindən Şuəra surəsi ilə əlaqədar izahları.

ADNAN OKTAR: “Camaata deyildi: “Siz də yığışmırsınızmı?” Oradakı insanları, xalqı da yığırlar. Oradakı saxtakar elm adamlarını yığmışlar, xalqı da bir yerə toplayırlar. Yəni, İctimaiyyəti istifadə edərək, mətbuat və nəşr yoluyla bu səfər o dövrün Mehdisini zəiflətmək (məhv etmək) istəyir. İctimaiyyət təzyiqi yaradır, həm də ictimaiyyəti, öz ağıllarına görə yalnış istiqamətdə maarifləndirmək istəyirlər. “Əgər sehrbazlar qalib gəlsələr, ola bilsin ki, biz də onlara tabe olaq.” Diqqət edin, “Camaata deyildi: “Siz də yığışmırsınızmı?”-deyir, sonra-“Əgər sehrbazlar qalib gəlsələr, ola bilsin ki, biz də onlara tabe olaq.” Amma yenə xalq tərəddüd içindədir-“Əgər sehrbazlar qalib gəlsələr, ola bilsin ki, biz də onlara tabe olaq.” deyirlər.

Yəni “sənin dediyini qəbul edəcəyik, sənin lehinə olacağıq”-deyirlər firona. “Sehrbazlar gələn kimi Firona dedilər: “Əgər qalib gəlsək, bizə mükafat veriləcəkmi?”” dedilər.” Materialist olduqları üçün puldan başqa bir şey fikirləşmirlər. O dövrdə də, adamlar kapitalist zehniyyətdə olduqları üçün Allah rizasını deyil, mənfəət güdürlər, tək anladığı şey puldur. Diqqət edin, deyirlər ki, “Əgər qalib gəlsək, bizə mükafat veriləcəkmi?”-dedilər.” Yəni bu işi edə biləcəklərini, xalqı da aldadacaqlarını deyirlər. “Biz, (xalqa) mənfi, darvinist-materialist məlumat verərik, amma bizim də pulumuzu verərsən, elə deyilmi? Pul verərsən.” deyirlər.

Mənfəətpərəstdirlər yəni. “(Firon) dedi: “Bəli! Belə olacağı təqdirdə sizi (özümə) yaxın adamlardan edəcəyəm.”” Yəni, “Sizə ictimai cəhətdən də kömək edəcəyəm” deyir. Pul da verəcəyəm, ictimai cəhətdən də kömək edəcəyəm”-deyir. “Musa onlara dedi: “Nə downloadatacaqsınızsa, atın!” Yəni, “uyduracağınız şeyləri, uydurmalarınızı atın baxım, nə demək istəyirsiniz görüm” deyir. Onlar iplərini və dəyənəklərini yerə atıb: “Fironun qüdrətinə and olsun ki, biz qalib gələcəyik!”– dedilər.” O dövrdə dəccala and içirdilər, dəccaliyyətin üzərinə and verirdilər. Allah adına and yox idi. Allahın, Kitabın üzərinə and vermirdilər.

Allahın kitabından qaynaqlanan bir məlumat üzərinə and yox idi. Halbuki and Allah adına olar, elə deyilmi? Dəccal adına and verirdilər o dövrdə, o dövrün dəccalı adına. “Fironun qüdrətinə and olsun”-deyirlər, həm də gözlərdə böyüdülmüşdür o dövrün dəccalı, uca, qüdrətli görülür, haşa Allah kimi görürlər. “Fironun qüdrətinə and olsun ki, biz qalib gələcəyik!”–dedilər.” Xalqa üstün, güclü olduqlarını təbliğ edirlər, məsələn, ondan, bundan, filankəsdən… “Sonra Musa əsasını atdı.” Yəni o uydurduqlarının üstünə. “Və (əsa) onların düzəltdikləri şeyləri uddu.” O dövrün darvinist-materialist sistemi yerlə bir olur, o ilk atışla. “Sehrbazlar səcdəyə qapandılar.” Dərhal iman edirlər. Deməli, İlk fəaliyyətdə darvinizmin, materializmin yıxılması çox əhəmiyyətlidir. Quran buna işarə edir.

Əvvəlcə yaradılışın isbat edilməsi, yaradılışın izah edilməsi lazımdır. Hz. Musa (ə.s.) da bunu edir. “Və dedilər: “Biz iman gətirdik aləmlərin Rəbbinə”-dedilər.”” Deməli dəccaliyyət məhv olan kimi İslamiyyət dövrəyə girər, sistem boşluq qəbul etmir, Allah elə yaratmışdır. Əvvəl büt sistem yıxılır, dərhal büt sistemin yerini haqq olan sistem doldurur. Baxın, nə deyirlər “Biz iman gətirdik aləmlərin Rəbbinə”-dedilər. Musanın Harunun Rəbbinə.” Çünki Peyğəmbərlərin təsvir etdiyi Allah əhəmiyyətlidir. Küfrün təsvir etdiyi deyil. Məsələn, masonik Allah inancı vardır, onlar bir ümumi (böyük) güc kimi görərlər Allahı, “kainatın ulu memarı” deyərlər.

Nə olduğu müəyyən olmayan bir varlıq kimi ifadə edərlər, haşa. Bir ümumi (bütünlük, böyük) güc. Kainatın cəm olan (bütün) gücü. Elektrik gücün, ümumi gücün, hamısının Allah olduğuna inanırlar. Halbuki Allah, sonsuz qüdrət sahibidir, sonsuzluğu yaratmışdır, sonsuz məkanı yaratmışdır. Özü sonsuz əvvəldir, sonsuz sonradır və doğulmamışdır, doğmamışdır, taleyi yaratmışdır. Mələklərə sahibdir, Peyğəmbərləri yaratmışdır. Amentüdə (imanın şərtləri)-imanın əsaslarını ifadə edən bütün xüsusları yaratmışdır Allah, “Musanın və Harunun Rəbbi”-deyilən Odur, Allah Təaladır, inşaAllah. Peyğəmbərimiz (s.ə.v)-in Quranda təsvir etdiyi Allah, hz. İbrahim (ə.s)-ın təsvir etdiyi Allah, həqiqi olan Allah Odur, inşaAllah.