Hörmətli Adnan Oktarın 1 may 2011-ci il tarixli müsahibəsindən Şuəra surəsi ilə əlaqədar izahları.
ADNAN oktar: “(Firon) dedi: “Sizə göndərilmiş bu elçi, sözsüz ki, dəlidir!”-Deyir.”” Yəni, o da üstüörtülü (məcazi) mənada, onların ağlını istifadə edə bilməyən adamlar olduğunu deyir. “…(Bilin ki,) O, şərqin, qərbin və bunların arasında olanların Rəbbidir!”-dedi (Musa). Ağlını istifadə edən üçün belədir, “ağlını istifadə edə bilməyən ağılsızsınız” deyir, “əks vəziyyətdə ağılsızsınız.” “(Firon) dedi: “Əgər məndən başqasını özünə tanrı qəbul etsən, səni məhbusların yanına ataram!”.”” Dəccaliyyət, o dövrün Mehdisini susdurmaq üçün mütləq bir maneə yaratmaq istəyir, bir üsuldur.
Dəlilik böhtanı atır, olmur, onunla bacarmır. “O zaman (bu təqdirdə) nə edək?”- deyir, “həbs edərik”-deyir. Mehdiləri həmişə susdurmaq və dayandırmaq üçün, həbs yolu üsul olaraq göstərilmişdir. Çünki camaatından ayrılsa Mehdi camaatının dağılacağına inanırdılar. Hz. Musa (ə.s) da əgər həbs edilərsə, camaatının dağılacağına inanırlar, yəni müsəlmanların dağılacağına inanırlar, gücsüz etmək üçün (zəiflətmək üçün) belə bir fikir irəli sürürlər. “Səni məhbusların yanına ataram. (Musa) dedi: “Bəs sənə açıq-aşkar bir möcüzə (dəlil, bir şey) göstərsəm necə?”” “Açıq-aydın, dəqiq dəlillər gətirəcəyəm”–deyir. Açıq-aşkar dəlil, yəni höccət, əl höccət. O dövrün Mehdisi, hz. Musa (ə.s) dəlillə danışır.
“(Firon) Dedi:”-yəni o dövrün dəccalı dedi ki,-“Əgər doğru danışanlardansansa, göstər onu!.” “Dəlilini görək” -deyir. “(Musa) əsasını (yerə) atınca, o dərhal dönüb açıq-aşkar bir ilana (əjdahaya) çevrildi.” Taxtadan, quru taxtadan nə olur? Bir anda ilana çevrilir. Hz. Musa (ə.s) birinci nəyi sübut edir? Yaradılışı sübut edir. Çünki onlar o dövrdə təkamül nəzəriyyəsini müdafiə edirlər, materialist və darvinist düşüncəni müdafiə edirlər, “Nilin palçıqlarından yarandı” deyirlər. Hz. Musa (ə.s) da “hər şeyi Allah yaratmışdır, Nilin palçıqlarından deyil” deyir. “O zaman bizə bir sübut göstər”-deyirlər. O da yaradılışı sübut etmək üçün əlindəki taxtanı atır, yəni əsanı, quru taxtanı atar-atmaz ilana çevrilir. Bunu etməklə dərhal yaradılışı sübut edir, yəni təkamülün olmadığını, Allahın ani yaratdığını göstərir.
İlan nə qədər qısa müddətdə yaradılır? Bir saniyədə yaradılır. Bəs təkamül var idi? Yox, bax, bir anda yarandığını görürsən, sehrbazlar da görür, hamısı görür. “Açıq-aşkar bir liana (əjdahaya) çevrildi. Əlini sinəsindən (qoynundan) çıxardan kimi o, baxanların (gözü qabağında) ağappaq (nur saçan bir əl) oldu.” Əlləri, dümağ olur, əlini qoynuna salıb çıxartdığında əlləri dümağ olur. Masonlar da bu Quran ayəsindən və Tövratdan qaynaqlanaraq, sağ əllərini sinələrinin içinə salarlar və ağ əlcək geyinərlər, o ayənin mənasını vurğulayacaq şəkildə, Tövratda da vardır eyni hökm. Oradan qalma bir ənənə və inanca görə ağ əlcək geyinərlər və masonların işarəsidir, bilirsiniz, sağ əlin ürək nahiyəsinə bu cür salınması. Əllərini ürəklərinin üzərinə qoyaraq bir-birlərini tanımaq üçün də istifadə edərlər masonlar.
“(Firon) ətrafındakı zadəganlara dedi: “Həqiqətən də, bu, bilikli bir sehrbazdır (cadugərdir)!.“ Bu səfər də, onunla bacara bilməyincə cadugərə çevirir (cadugər deyir), həmişə şəkli (ittihamı) dəyişdirir. Əvvəl “dəli” deyir, sonra həbsdən bəhs edir, sonra “cadugər” deyir. Amma “bilikli bir sehrbaz (cadugər)” deyir, “sehr (cadu) etdi” deyir. “O öz sehri ilə sizi torpağınızdan çıxartmaq istəyir. Nə təklif edirsiniz?” Baxın, bu səfər də milliyyətçi hissləri oyanır, yəni vətən xainliyi ilə ittiham edərək ən ağır cəza ilə günahlandırmaq istəyir. Çünki əvvəl bir dəliliklə ittiham edir, əlbəttə ki, dəliliyin hökmü yüngül olduğuna görə, cadugər deyir, onun da hökmü yüngül olduğunu fikirləşir, nə etsin, həbs edə bilmək üçün yaxud öldürə bilmək üçün, vətən xainliyi lazımdır.
Ağır, dövlətə qarşı işlənmiş bir cinayətə çevirmək istəyir, siyasi cinayətə çevirməyə çalışır. O dövrün qanun maddəsinin siyasi cinayətlərə aid, ağırlaşdıraraq oradan bir nəticə götürməyə çalışır. “Sizi torpağınızdan çıxartmaq istəyir.” Yəni “sizi məcbur edəcək” deyir, müstəmləkələşdirmək istəyir (əsarəti altına almaq, güclənmək, ordu yığmaq istəyir). Hz. Musa (ə.s)-ın böyük əhatəli güc (ordu) qurduğunu və qeyri-qanuni yolla onlara güc tətbiq edərək (məcburi) yurdlarından (torpaqlarından) çıxaracağını iddia edir. “Nə təklif edirsiniz?”-deyir. “Nə təklif edirsiz?”-deyərək bu iddianaməni tənzimləyir, oradakılar da hakim vəzifəsində olanlardır, hüquqşünas tək izah edir.
“Onlar dedilər: “Onu qardaşı ilə bir qədər gözlət və şəhərlərə (adam) yığanlar göndər ki,…“” Yəni ikisinə nəzarət etməyi, onu və qardaşını nəzarət altına almağı, şəhərə də (insanları bir yerə yığmaq üçün) toplayıcılar göndərməyi deyir. İnsanları bir yerə yığmaq kimi böyük bir yığıncaq təşkil edir. “Bütün bilikli sehrbazları sənin yanına gətirsinlər.” –deyir. Yəni o dövrün darvinist, materialist nə qədər alimi varsa, insanlara cadu edən, insanları həmişə təlqinlə təsir altına alan nə qədər dəstə varsa hamısını gətirirlər. “Beləliklə, sehrbazlar bəlli bir günün müəyyən edilmiş vaxtında toplandılar.” Yəni bir bayram günündə bir yerə yığırlar, səhər tezdən.