Hörmətli Adnan Oktarın 9 dekabr 2010-cu il tarixli müsahibəsindən Taha surəsi ilə əlaqədar izahları.

ADNAN OKTAR: Bəli, şeytandan Allaha sığınıram, Taha surəsi, 8-ci ayədə Allah Təala belə buyurur: “Allah, Ondan başqa İlah yoxdur. Ən gözəl adlar yalnız Ona məxsusdur. Musanın əhvalatı sənə gəlib çatdımı? O zaman o, bir od görüb ailəsinə demişdi: “Dayanın! Mən bir od gördüm. Bəlkə, ondan sizə bir köz gətirdim, ya da odun yanında bir bələdçi tapdım!.” Quranda başqa yerdə də keçir. Deməli, bir dəfə diqqət yetirən insan atəşi görə bilir, bir hadisəni görə bilir. Diqqət yetirməyən görə bilmir. Bax, digərləri görə bilmir. İmanın nuru güclü olduğuna görə hz. Musa (ə.s.) görür. İlk atəşi görən o olur. Deməli, mehdiyyətlə əlaqədar atəşi görmək də imanın nuruyla olur.

Mehdiyyətin əlamətlərini, Axırzamanın əlamətlərini görmək imanın nuruyla olur, yalnız Mehdi (ə.s.)-ı deyil, həm də Mehdi (ə.s.)-ın çıxış əlamətlərini görmək də imanın nuruyla olar. Məsələn, Kəbədə qan axıdılmasını milyonlarla insan görə bilmədi. Amma mehdiyyət və Mehdi (ə.s.) tələbələri görürlər. İmanın nuruyla görürlər. Məsələn, 15 gün arayla Ay və Günəş tutulmalarını insanlar görə bilmədi. Amma Mehdi (ə.s.), mehdiyyət və Mehdi (ə.s.) tələbələri imanlarının nuruyla görür. Firatın suyunun kəsilməsini milyonlarla insan görə bilmədi, amma Mehdi (ə.s.), mehdiyyət və Mehdi (ə.s.)-ın tələbələri gördülər. Ona görə bütün mehdiyyət əlamətləri yenə imanın Ramadan-2013-Al-Quran-HD-Wallpapernuruyla görülər. Mehdi (ə.s.) nə ilə görülər? O da imanın nuruyla görülər. İsa (ə.s.) nə ilə görülər?

İmanın nuruyla görülər. Dəccal nə ilə görülər? O da imanın nuruyla görülər. Dəccalın əlamətləri nə ilə görülər?  İmanın nuruyla. (Elələri var ki) Dəccalın əlamətləri içində olmağına baxmayaraq, dəccaliyyətin qaynamasına (güclənməsinə) baxmayaraq, asanlıqla bu cür çayxana söhbəti edir: “Dəccal da çıxmamışdır. Axırzaman da gəlməmişdir”-deyir. Halbuki öz kitabları, öz yazdıqları kitablar da (Axırzamanın) bütün əlamətləri sadalamışdır, hamısı da reallaşmışdır. Baxın, indi işin daha da dəhşətlisini, o əlamətləri, hal-hazırda şəxsən özləri yaradırlar. Şəxsən özləri yaradırlar Axırzaman əlamətlərini. Məsələn, öz şeyxləri cinsi pozğunlarla şəkil çəkdirir.

Bu Axırzaman əlamətidir, sən özün etmisən, lakin kor gözün görmür. Mənəvi cəhətdən kordur. Həqiqi (əsl) korların mövqeləri axirətdə çox məqbuldur. Yəni vəlayət mövqeyi kimidir korluq. Sən namazda məsələn bir savab qazansan, kor olan yeddi yüz savab qazanar. Savabı daha çoxdur inşaAllah. “O zaman o, bir od görüb ailəsinə demişdi: “Dayanın! Mən bir od gördüm.”diqqət yetirin dərhal ailəsinə, sevdiklərinə deyir. Bizim ailəmiz nədir? İslamdır. Biz də dərhal İslam aləminə əlamətləri xəbər verməliyik. Hz. Musa (ə.s.) nə edir? Görər-görməz odu (atəşi), dərhal əlaməti xəbər verir, susmur. Bizim ailəmiz nədir? İslamdır. İslam ailəsinə biz də dərhal xəbər veririk. Dayanın-dedi. Dayanmaq-yəni gözüaçıq, diqqətli olun, müsəlmanlar hal-hazırda dəccaliyyətə qarşı diqqətli olmalıdırlar, bu vəziyyətdədirlər.

Quranda da Allah diqqətli olmağa bizi çağırır. Dayanmaq nədir? Nə üçün dayanırlar? Gözüaçıq və diqqətli olmaq üçün dayanırlar. Deməli, fövqəladə hadisə olanda gözüaçıq və diqqətli olmaq lazımdır. “Mən bir od gördüm, bəlkə…”-deyir, baxın, böyük danışmır (lovğalanmır)-“bəlkə” deyərək ümid edir, Allahdan ümid edir. “Bəlkə, ondan sizə bir köz gətirdim”-deyir. O oddan (atəşdən) sizə bir köz gətirərəm. Faydalanacağınız, istifadə edəcəyiniz bir köz gətirərəm. “Ya da odun yanında bir bələdçi tapdım!”-deyir. O odun yanındakı bələdçi kimdir? İşarə edilən Mehdi (ə.s.)-dır, yol göstərəndir. Mehdi (ə.s.)-ın xüsusiyyətidir onsuz da. Mehdi (ə.s.)-a işarə var burada. Mehdi (ə.s.)-ın çıxışı böyük bir odun (atəşin) zühuruyladır. Oradakı atəş, buradakı atəşdir eyni zamanda, ona işarə edir inşaAllah.