Hörmətli Adnan Oktarın 1 may 2011-ci il tarixli müsahibəsindən Şuəra surəsi ilə əlaqədar izahları.
ADNAN OKTAR: Və Firona gedirlər. (Firon) dedi: “Biz səni körpə ikən (götürüb saxlayıb) boya-başa çatdırmadıqmı?”” Hz. Mehdi (ə.s) da bu cür cahillər arasında böyüyəcək, hz. Mehdi (ə.s)-ın uşaqlığı din xadimlərin və alimlərin arasında keçməyəcək. Cahil insanların, dindən uzaq insanlar içərisində boya-başa çatar. Hədislərdən bu çox açıq-aydın olur. “Allah onu bir gecədə islah edər, bir gecədə ona elm verər” –deyilir hədisdə. “Sən ömrünün bəzi illərini bizimlə yaşamadınmı?”-yəni “cahillərin içərisində yaşadın sən”-deyir, hz. Mehdi (ə.s) kimi. “Elədiyin (pis) əməli də elədin. (Doğrudan da,) sən bir nankorsan!.” Nankorluqla ittiham edir hz. Musa (ə.s)-ı. “(Musa) dedi: “Mən onu edəndə cahillərdən idim.”” “Bilmirdim, cahilliklə etdim, diqqətsiz davrandım”-deyir.
“Buna görə də sizdən qorxub qaçdım.” Yəni “Məni öldürmənizdən çəkindiyim üçün aranızdan qaçdım” deyir. “Amma sonradan Rəbbim mənə hökmranlıq (hikmət, peyğəmbərlik) verdi və məni elçilərdən etdi.”- deyir. “Mənə qarşı lütf etdiyin nemət də, İsrail oğullarını kölə etməyindən ötrüdür.” Yəni “Lütf deyil, qövmümüzü bəsləyirsən, yoldaşlarımıza baxırsan, mövqeyi var, amma sən bizi kölə kimi istifadə edirsən. Buna görə də sən bizə yaxşılıq etməmisən” deyir. Daş daşıtdırdı, o piramidaları düzəltdirdi, ən ağır işlərdə onlardan istifadə etdi, bu səbəbdən “sən bizə etməmisən, yaxşılıq da deyil bu” deyir. “Firon dedi ki: “Aləmlərin Rəbbi nədir? “ Allah nədir? Bunu de bizə?
“Dedi ki: “Göylərin, yerin və bu ikisi arasında olan hər şeyin Rəbbidir. (Musa) dedi: “Əgər yəqinliklə inanırsınızsa, (bilin ki,) O, göylərin, yerin və onların arasında olanların Rəbbidir!” Yəni “əgər darvinist, materialist məlumatla inanırsınızsa ayrı. Amma qəti vəhyə dayanan bir məlumatla inanırsınızsa belədir. Allah var, hər şeyi Allah yaratdı, göylərdəki, yerdəki, ikisi arasında olan hər şeyi” deyir. “Firon, ətrafındakılara dedi ki: “Eşidirsinizmi?” Bu cahil cəmiyyətdə istifadə edilən adi göstəriş üslubudur, kar deyil adamlar. Əlbəttə ki, eşidirdilər, sırf çaqqallıq etmək üçün edir.
“(Musa:) Dedi ki: “O sizin də Rəbbiniz, keçmişdəki atalarınızın da Rəbbidir.” Yəni “Keçmişdəki atalarınız da səhv ediblər” deyir, səhv edən varsa. “Amma hər vaxt, kainatın yarandığından bəri, sonsuzluqdan bəri Rəbdir Allah”-deyir. “(Firon) Dedi ki: “Şübhəsiz sizə göndərilmiş olan elçiniz, həqiqətən bir dəlidir.” Yəni oradakı qövmə, hz. Musa (ə.s)-ın qövmünə, yoldaşlarına, hz. Musa (ə.s)-dan ayırmaq üçün, hz. Musa (ə.s)-ın birliyini, camaatını parçalamaq üçün o dövrün dərin dövləti, o dövrün küfr dövləti, o dövrün Mehdisini dəli elan edir ki, ondan uzaqlaşsınlar. Dəliyə yaxınlaşmazlar deyə, haşa hz. Musa (ə.s)-ı da dəliliklə ittiham edərək ondan uzaqlaşacaqlarını, danışıqlarının məntiqsiz olduğunu vurğulamağa çalışır, axmaq Firon.