Header

Məryəm surəsi, 77-84, 94-95-ci ayələrinin təfsiri

Aa4a

Hörmətli Adnan Oktarın 9 dekabr 2010 tarixli müsahibəsindən Məryəm surəsi ilə əlaqədar izahları.

ADNAN OKTAR: 77-ci ayə, şeytandan Allaha sığınaram. “Ayələrimizi inkar edib: “Mənə hökmən var-dövlət və övlad veriləcəkdir!”–deyən adamı gördünmü? Həm Allahı inkar edir, həm də “mənə mal-dövlət veriləcək, uşaqlar da olacaq, dünya mənim olacaq” -deyir. “Olmaya, o, qeybdən xəbərdardır, yoxsa ər-Rəhmandan vədə almışdır?” Yəni “Hardan bilir?” –deyir Allah. “Xeyr”-deyir Allah-“Biz onun dediklərini yazacaq və əzabını qat-qat artıracağıq.” Yəni “əzabının artması üçün ona imkan verəcəyik”-deyir Allah, inşaAllah. “Onun dediyi şeylər Bizə qalacaq”-yəni onun ifadəsini biz alıb mühafizə edəcəyik, deyir Allah. Sözləri məndə qalacaq. “… Və o, hüzurumuza tək-tənha gələcəkdir”-deyir Allah. Yəni “malını-mülkünü, uşağını hamısını buraxacaq, tək başına hüzuruma gələcək”-deyir Allah. Hesab verməyə gələcəyini deyir Allah.

“(Müşriklər ) Allahdan başqa tanrılar qəbul etdilər ki, onlara kömək olsunlar.” Məsələn, hər hansı bir şəxsi, hər hansı bir qrupu ilahlaşdırır (ilah edir), darvinizmi və yaxud mənfəət qruplarını özünə ilah edir (ilahlaşdırır). “Xeyr (Qiyamət günü o bütlər) onların ibadətlərini inkar edəcəklər və onların əleyhinə çıxacaqlar.” Məsələn, axirətdə Darvin onların download (1)sözünü qəbul etməyəcək. Hamısı məyus olarlar, hamısı o dəhşət anını yaşayarlar və “onların ibadətini inkar edəcək”-deyir Allah. “…Və onların əleyhinə çıxacaqlar.” Yəni bir-birləri ilə ziddiyyətə düşəcəklər. Onun dediyini qəbul etməyəcəklər.

“Məgər kafirlərin üstünə onları (günaha) sövq edən şeytanları göndərdiyimizi görmürsənmi?.” Darvinistləri, materialistləri, ateistləri şeytanlar narahat edər (bezdirər). Axırzamanda dəccaliyyətin törətdiyi hadisə budur. Lakin Allah, “Mən etdirirəm” deyir. Dəccalı Allah vəsilə edir. Görün Allah Təala nə deyir: “Məgər kafirlərin üstünə onları (günaha) sövq edən şeytanları göndərdiyimizi görmürsənmi?.”-milyardlarla şeytanı, bədənlərinə, adbaad, bir-bir gəlirlər. “onları (günaha) sövq edirlər.” Həmişə anarxiyaya, terrora, qan tökməyə, zülmə, müsəlmanları parçalamağa, kiməsə “Mehdi (ə.s) yoxdur” dedirtdirir, kiməsə “İsa (ə.s.) gəlməyəcək” dedirtdirir. Kimsə “maddə ilahdır, maddə öz-özünə yaranmışdır” deyir. “Təsadüflər nəticəsində dünya yaranmışdır” deyir. “Bunları onlara şeytan dedirdəcək” -deyir Allah Təala.

“Odur ki, onlardan ötrü (əzab diləməyə) tələsmə. Biz onların (günlərini) bir-bir sayırıq.”-deyir Allah 84-cü ayədə. 94-cü ayədə Allah deyir: “(Allah) onları hesablamış” Diqqət edin, bütün kafirlərin hamısını saydığını deyir Allah. Ruhları, bədənləri tamamilə Mənim idarəm altında olduğunu deyir Allah. “Və bir-bir saymışdır.” “Hamısının sayını bilirəm”–deyir Allah. Yerlərini, nə etdiklərini, hamısı Mənim qatımda müəyyəndir. İnsanlar zənn edir ki, təsadüfən edir. Elə bir şey yoxdur. Hamısı Allahın idarəsindədir (Allah idarə edir). “Məlumatım daxilindədir” -deyir Allah. “Onların hər biri Qiyamət günü Onun hüzuruna tək-tənha gələcək.” Orada qrup halında şüar atma hərəkət etmək imkanı yoxdur. Qışqırb-bağırmaq imkanları yoxdur. Artistlik, qoçuluq filan edə bilməzlər. İkiqat (əyilmiş) və yerdə sürünərək gələcəklər. “Günahkarları gözləri göm-göy göyərmiş halda bir yerə toplayacağıq (Taha surəsi, 102)”-deyir Allah. Gözləri göy rəngdə olacaq, başqa rəngdə qisimlər olmayacaq. Gözünün iç qismi göy olacaq. “Əvvəl görürdüm, indi isə görə bilmirəm” deyər. “Kor olaraq həşr edəcəyik”-deyir Allah, inşaAllah.

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313