Hörmətli Adnan Oktarın 9 dekabr 2010 tarixli müsahibəsindən Məryəm surəsi ilə əlaqədar izahları.

ADNAN OKTAR: 77-ci ayə, şeytandan Allaha sığınaram. “Ayələrimizi inkar edib: “Mənə hökmən var-dövlət və övlad veriləcəkdir!”–deyən adamı gördünmü? Həm Allahı inkar edir, həm də “mənə mal-dövlət veriləcək, uşaqlar da olacaq, dünya mənim olacaq” -deyir. “Olmaya, o, qeybdən xəbərdardır, yoxsa ər-Rəhmandan vədə almışdır?” Yəni “Hardan bilir?”deyir Allah. “Xeyr”-deyir Allah-“Biz onun dediklərini yazacaq və əzabını qat-qat artıracağıq.” Yəni “əzabının artması üçün ona imkan verəcəyik”-deyir Allah, inşaAllah. “Onun dediyi şeylər Bizə qalacaq”-yəni onun ifadəsini biz alıb mühafizə edəcəyik, deyir Allah. Sözləri məndə qalacaq. … Və o, hüzurumuza tək-tənha gələcəkdir”-deyir Allah. Yəni “malını-mülkünü, uşağını hamısını buraxacaq, tək başına hüzuruma gələcək”-deyir Allah. Hesab verməyə gələcəyini deyir Allah.

“(Müşriklər ) Allahdan başqa tanrılar qəbul etdilər ki, onlara kömək olsunlar.” Məsələn, hər hansı bir şəxsi, hər hansı bir  qrupu ilahlaşdırır (ilah edir), darvinizmi və yaxud mənfəət qruplarını özünə ilah  edir (ilahlaşdırır). “Xeyr (Qiyamət günü o bütlər) onların ibadətlərini inkar edəcəklər və onların əleyhinə çıxacaqlar.” Məsələn, axirətdə Darvin onların download (1)sözünü qəbul etməyəcək. Hamısı məyus olarlar, hamısı o dəhşət anını yaşayarlar və “onların ibadətini inkar edəcək”-deyir Allah. “…Və onların əleyhinə çıxacaqlar.” Yəni bir-birləri ilə ziddiyyətə düşəcəklər. Onun dediyini qəbul etməyəcəklər.

“Məgər kafirlərin üstünə onları (günaha) sövq edən şeytanları göndərdiyimizi görmürsənmi?.” Darvinistləri, materialistləri, ateistləri şeytanlar narahat edər (bezdirər). Axırzamanda dəccaliyyətin törətdiyi hadisə budur. Lakin Allah, “Mən etdirirəm” deyir. Dəccalı Allah vəsilə edir. Görün Allah Təala nə deyir: “Məgər kafirlərin üstünə onları (günaha) sövq edən şeytanları göndərdiyimizi görmürsənmi?.”-milyardlarla şeytanı, bədənlərinə, adbaad, bir-bir gəlirlər. “onları (günaha) sövq edirlər.” Həmişə anarxiyaya, terrora, qan tökməyə, zülmə, müsəlmanları parçalamağa, kiməsə “Mehdi (ə.s) yoxdur” dedirtdirir, kiməsə “İsa (ə.s.) gəlməyəcək” dedirtdirir. Kimsə “maddə ilahdır, maddə öz-özünə yaranmışdır” deyir. “Təsadüflər nəticəsində dünya yaranmışdır” deyir. “Bunları onlara şeytan dedirdəcək” -deyir Allah Təala.

“Odur ki, onlardan ötrü (əzab diləməyə) tələsmə. Biz onların (günlərini) bir-bir sayırıq.”-deyir Allah 84-cü ayədə. 94-cü ayədə Allah deyir: “(Allah) onları hesablamış” Diqqət edin, bütün kafirlərin hamısını saydığını deyir Allah. Ruhları, bədənləri tamamilə Mənim idarəm altında olduğunu deyir Allah. Və bir-bir saymışdır.” “Hamısının sayını bilirəm”deyir Allah. Yerlərini, nə etdiklərini, hamısı Mənim qatımda müəyyəndir. İnsanlar zənn edir ki, təsadüfən edir. Elə bir şey yoxdur. Hamısı Allahın idarəsindədir (Allah idarə edir). “Məlumatım daxilindədir” -deyir Allah. “Onların hər biri Qiyamət günü Onun hüzuruna tək-tənha gələcək.” Orada qrup halında şüar atma hərəkət etmək imkanı yoxdur. Qışqırb-bağırmaq imkanları yoxdur. Artistlik, qoçuluq filan edə bilməzlər. İkiqat (əyilmiş) və yerdə sürünərək gələcəklər. “Günahkarları gözləri göm-göy göyərmiş halda bir yerə toplayacağıq (Taha surəsi, 102)”-deyir Allah. Gözləri göy rəngdə olacaq, başqa rəngdə qisimlər olmayacaq. Gözünün iç qismi göy olacaq. “Əvvəl görürdüm, indi isə görə bilmirəm” deyər. “Kor olaraq həşr edəcəyik”-deyir Allah, inşaAllah.