İçeriğe geç

Şuəra surəsi, 11-17-ci ayələrinin təfsiri

Hörmətli Adnan Oktarın 1 may 2011 tarixli müsahibəsindən Şuəra surəsi ilə əlaqədar izahları.

ADNAN OKTAR: “Firon xalqının yanına (get)!.” Yəni o dövrün dəccalının qövmünə get. “Onlar qorxmurlar?”–deyir Allah Təala. “(Musa) dedi: “Ey Rəbbim! Qorxuram ki, onlar məni yalançı hesab edələr. (Belə olduqda) ürəyim sıxılar, dilim də söz tutmaz.” Ürəyi sıxılır, ehtimal olunur ki, təzyiqi olur. Hz. Musa (ə.s)-ın ürəyi tez-tez döyünür, ehtimal ki, təzyiqi də yüksəlir, ona görə “ürəyim sıxılır” deyir. “Dilim də söz tutmaz”-deyir, insan həddindən artıq həyəcanlananda danışığı (dili) tutulur, çox həyəcanlananda danışmaq quran11qabiliyyətini insan itirə bilər. Bu xüsusiyyət hz. Mehdi (ə.s)-da var. “Buna görə Haruna da (vəhy) göndər.” “Onu da yanımda göndər”-deyir Allaha. Çünki dili tutulduğunda, həyəcandan danışa bilmədiyində onu yönləndirəcək, yəni onun danışmağını təmin edəcək. Çünki dili tutulub danışa bilmədiyində danışacaq kimsə qalmır. Amma yanında biri olsa, dili tutulduğunda, o adam danışmağa davam edər, inşaAllah. “Onların məndən əvəzini çıxmaq istədikləri bir günahım da var. Buna görə məni öldürəcəklərindən qorxuram.” Qorxusunun səbəblərindən birini deyir. (Allah) dedi: “Xeyr! İkiniz də möcüzələrimizlə (onların yanına) gedin! Şübhəsiz ki, Biz də sizinləyik, (hər şeyi) eşidirik.“” “Mən həmişə yanınızdayam onsuz da”-deyir Allah, “Mən yaradıram və bütün danışıqları onsuz da eşidirəm”-deyir Allah. “(Gecikmədən) Fironun yanına gedib deyin:” deməli, Cübbəli kimi belə laqeyd yanaşmaq olmaz, 700 il irəliyə atmaq olmaz. Nə deyir Allah Təala? “Gecikmədən”-yəni “dərhal, bu saatlarda, dərhal bu dəqiqələrdə, sürətlə gedin” –deyir Allah. “Fironun yanına gedin.” Yəni “Dəccala gedin.”  “Deyin: “Biz aləmlərin Rəbbinin elçiləriyik! İsrail oğullarını bizimlə birgə burax!”” Yəni “biz müsəlmanları qurtarmaq istəyirik, müsəlmanları burax” deyirlər.

 

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz