Header

Şuəra surəsi, 11-17-ci ayələrinin təfsiri

Aa4a

Hörmətli Adnan Oktarın 1 may 2011 tarixli müsahibəsindən Şuəra surəsi ilə əlaqədar izahları.

ADNAN OKTAR: “Firon xalqının yanına (get)!.” Yəni o dövrün dəccalının qövmünə get. “Onlar qorxmurlar?”–deyir Allah Təala. “(Musa) dedi: “Ey Rəbbim! Qorxuram ki, onlar məni yalançı hesab edələr. (Belə olduqda) ürəyim sıxılar, dilim də söz tutmaz.” Ürəyi sıxılır, ehtimal olunur ki, təzyiqi olur. Hz. Musa (ə.s)-ın ürəyi tez-tez döyünür, ehtimal ki, təzyiqi də yüksəlir, ona görə “ürəyim sıxılır” deyir. “Dilim də söz tutmaz”-deyir, insan həddindən artıq həyəcanlananda danışığı (dili) tutulur, çox həyəcanlananda danışmaq quran11qabiliyyətini insan itirə bilər. Bu xüsusiyyət hz. Mehdi (ə.s)-da var. “Buna görə Haruna da (vəhy) göndər.” “Onu da yanımda göndər”-deyir Allaha. Çünki dili tutulduğunda, həyəcandan danışa bilmədiyində onu yönləndirəcək, yəni onun danışmağını təmin edəcək. Çünki dili tutulub danışa bilmədiyində danışacaq kimsə qalmır. Amma yanında biri olsa, dili tutulduğunda, o adam danışmağa davam edər, inşaAllah. “Onların məndən əvəzini çıxmaq istədikləri bir günahım da var. Buna görə məni öldürəcəklərindən qorxuram.” Qorxusunun səbəblərindən birini deyir. (Allah) dedi: “Xeyr! İkiniz də möcüzələrimizlə (onların yanına) gedin! Şübhəsiz ki, Biz də sizinləyik, (hər şeyi) eşidirik.“” “Mən həmişə yanınızdayam onsuz da”-deyir Allah, “Mən yaradıram və bütün danışıqları onsuz da eşidirəm”-deyir Allah. “(Gecikmədən) Fironun yanına gedib deyin:” deməli, Cübbəli kimi belə laqeyd yanaşmaq olmaz, 700 il irəliyə atmaq olmaz. Nə deyir Allah Təala? “Gecikmədən”-yəni “dərhal, bu saatlarda, dərhal bu dəqiqələrdə, sürətlə gedin” –deyir Allah. “Fironun yanına gedin.” Yəni “Dəccala gedin.” “Deyin: “Biz aləmlərin Rəbbinin elçiləriyik! İsrail oğullarını bizimlə birgə burax!”” Yəni “biz müsəlmanları qurtarmaq istəyirik, müsəlmanları burax” deyirlər.

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313