Hörmətli Adnan Oktarın 9 dekabr 2010 tarixli müsahibəsindən Nəhl surəsi ilə əlaqədar izahları.
ADNAN OKTAR: Nəhl surəsi 125-ci ayə: “Rəbbinin yoluna…“ Rəbbinin yolu nədir? Qurandır, İslamdır. “…Hikmətlə…“ Hikmət nədir? Qısa, əsaslı, təsiredici və doğru sözdür. İnsanın ağlına yatan, qaneedici, yaddaşda həkk olan, təsiredici gözəl sözdür. “Hikmətlə və gözəl öyüd-nəsihətlə dəvət et…“ Gözəl öyüdlə-yəni aydın olan, ürəkaçan, razı salıcı, qaneedici, doyurucu, gözəl nəsihətlə dəvət et, İslama dəvət et. “…Və onlarla ən gözəl tərzdə mübarizə et.” Bu nə deməkdir? Elmlə, sənətlə, ağılla, sarsıtmadan, fitnə çıxartmadan, qarışıqlıq salmadan, hadisələri bir-birinə dolaşdırmadan “onlarla ən gözəl tərzdə mübarizə et. Şübhəsiz sənin Rəbbin azğınlığa düşənləri də tanıyır” yəni dəccalı biləndir. “Doğru yolda olanları da yaxşı tanıyır.”
Yəni hz. Mehdi (ə.s.)-ı da tanıyır. Mehdi (ə.s.)-ın mənası hidayət tapan deməkdir. Azan, azğınlaşan dəccaldır onsuz da. Hədislərdə azğınlaşan (deyə keçir). Həm də azğın və anormaldır. “Cəzalandırmaq istəsəniz, sizə nə cəza verilibsə, siz də (ona) eynilə cəza verin.” Yəni müsəlmanlara verilən cəzanın misli ilə cavab verin, hüquqla. “Əgər səbir etsəniz”-yəni bağışlasanız, səbir etsəniz,-“and olsun bu, səbir edənlər üçün daha xeyirlidir.” Allah Təala səbirli olmağı buyurur. Sözə sözlə deyil. Məsələn, insanın arvadı olar, sevdiyi olar nə edər? Bir şey deyəndə dərhal cavab versə, tərslik etsə sevgini pozar. Səbir etmək vacibdir. “Səbir et, sənin səbrin ancaq Allah (ın köməyi) ilədir.”
Keçən gün o sevimli gəldiyində yüzlərlə e-mail gəldi mənə “Hocam, nə qədər səbirlisiniz”-deyirlər. İslamı, Quranı bilmir. Məzlum, bir də yazıqdır o gözəllər gözəli, ona qəsdən onu nəzərdə tuduğumu zənn etdi o. Onun haqqında danışdığımı zənn etdi. Mən heç elə şey edərəm, o mənim qonağım idi, onunla heç bir əlaqəsi yox idi. Quranda belə ayə çıxdığı üçün bunu izah etdim, yəni bu haqda olduğu üçün.
Quranın təhdidi (Qurandakı xəbərdarlıq) hamımıza aiddir. Heç kim müstağni (ehtiyacsız) deyil ki, hər kəsə xitab edilir. Əgər ona xitab edirsə mənə də xitab edir, sənə də xitab edir, mürşidlərə də xitab edir, hamıya xitab edir. Əlbəttə, hz. İsa (ə.s.)-ı tənzih edirəm. “Əgər səbir etsəniz, and olsun bu, səbir edənlər üçün daha xeyirlidir” Allah səbir etməkdə xeyir olduğunu bildirir. “Səbir et, sənin səbrin ancaq Allah(ın köməyi) ilədir.” Səbir etmək asan deyil. Səbri Allah yaradar. Nə qədər səbirli insan olsa da, səbri onun səbri deyil, bu səbri Allah yaradır onda.
Allah yaratmasa o səbir edə bilməz. “Onlar üçün hüznə qapılma” –yəni kədərlənmək haramdır. Müsəlman sakit olmalıdır, kədərlənmək haramdır. “…Və qurduqları hiylələrdən ötrü də sıxılma.” Sıxılmaq, ürəyini sıxmaq, narahatlıq hiss etmək, özünü darda hiss etmək haramdır, Allah hüznü də qadağan edir. Çünki bu, təvəkkülsüzlük olar. Adamın məsələn əli ayağı boşalır, niyə boşalır? Kim yaradır? “O edir” deyir. Amma o, etmir, Allah edir. Necə edir? Xeyirlə meydana gətirir. Sən niyə sıxılırsan? Niyə hüznə qapılırsan? Xeyir var axı.
“Daha nə olsun”-deyir. Allah, Allah, imtahan olunursan, bəs necə olmalıdır imtahan? “Amma bu çox böyük hadisədir, belə bir şey deyil”-deyir. Bu da belə. “Artıq bu, hər halda bu deyildir”-deyir. O da belə. Heç gözləmədiyin bütün hadisələrin hamısını Allah yaradır. “…Və qurduqları hiylələrdən ötrü də hüznə qapılma.”
Deməli, müsəlmanlara hiyləli nizamlar qurulacaq. Mehdi (ə.s.)-a hiylələr qurulacaq. Eyni zamanda Mehdi (ə.s.)-a da bir xəbərdarlıqdır bu. “Onlara görə kədərlənmə”-deyir Allah Təala. “…Və qurduqları hiylələrdən ötrü də hüznə qapılma. Həqiqətən də, Allah (Ondan) qorxanlar və yaxşı işlər görənlərlədir.” Qorxub çəkinən nə qədər müsəlmanlar varsa, yaxşılıq edənlər, Allah onlarla birlikdədir. Yollarını açar, bərəkət verər, bolluq verər, genişlik verər, imkanlarını açar. “Mən edirəm, mən özümə şirkət quracağam, mən qazanacağam, mən edəcəyəm, mənim ağlımla-zəkamla olur” desən, dünya ondan qaçar, o da tazı (it kimi) kimi onu arxasından qovar və sürünər.
Dünya qaçar, o qovar, dünya qaçar, o qovar belə çox aciz görünüşlü bir qovalama başlayar. O da həqiqətən tutacağını zənn edər. O sürətini artırdıqca, dünya da sürətini artırar. O aranı bağlayacağını zənn etdikcə yorğunluqdan həlak olar, taqətdən düşər. Yerə düşər, sonra da üzü üstə düşər, dünya ona uzaqdan lağ edər. Dünyanı tuta bilməz. Allahın köməyi ilə olar, öz başı ilə əldə edə bilməz. Diqqət etsəniz “Mən edərəm, edərəm” deyənlərin hamısı sürünərlər, həmişə əzab çəkərlər.
Quranı necə təfsir edirəm, Allah təfsir edir. Məni vəsilə edir. Zənn edilir ki, əvvəldən hazırlanır. Mən heç hazırlaşmıram həmin vaxt ağlıma gəlir. İnanın mən də o anda öyrənirəm. Bax, açıq-aşkar deyirəm, mənim sirrim budur. Zənn edirlər ki, əvvəldən hazırlaşıram. Amma elə deyil. Oxuyarkən saniyə ərzində, saniyədə, həmin anda birdən ağlıma gəlir. Hadisə belədir, məsələn, heç ağlıma gəlməyən, illərdir Quran oxuyuram, hər gün oxuyuram, yüz dəfə oxuduğum ayə olur, heç ağlıma gəlməyən bir mövzu o anda Allah ağlıma gətirir.