“AÇILIB AĞARDIĞI VAXT GÜNDÜZƏ AND OLSUN” AYƏSİNDƏKİ GÜNDÜZLƏ ƏLAQƏLİ VURĞU HZ. MEHDİ (Ə.S)-A İŞARƏDİR.
Təfsirül-Qummi əsərindən Əhməd ibn İdris, Məhəmməd ibn Əbdülcabbar, İbn Əbu Uməyrə, Həmmad ibn Osman vasitəsilə Məhəmməd ibn Müslimdən rəvayət edir:
Əbu Cəfər, Məhəmməd Baqir əleyhissalama Allah Təalanın “Qaralıb ortalığı bürüdüyü zaman gecəyə and olsun!”, “Açılıb ağardığı vaxt gündüzə and olsun!” ayəsini oxuduğu zaman buyurdu:
“Gündüzlə əlaqəli vurğu biz Əhli-beytdən olan əl-Qaim Mehdi (ə.s)-dır. Zühur edəndə dəccaliyyətə qalib gələcəkdir. Allah Quranda insanlar üçün nümunələr vermiş və nəbisinə onunla xitab etmişdir. Bizdən başqa kimsə ondan xəbərdar deyil.”
(Məclisi, Bihərül-Ənvar, Beyrut, 1404, cild: 24, səh.: 71-72.)
HZ. MEHDİNİN ZÜHUR ZAMANI QƏFİLDƏN GƏLƏCƏKDİR
Kənzu Cəmiil-Fəvaidi və Təvilil-Ayətiz-Zahirəti əsərindən:
Məhəmməd ibn Abbas; Əli ibn Abdullah ibn Əsəd, İbrahim ibn Məhəmməd, İsmayıl ibn Bəşşər, Əli ibn Cəfər Hədrami vasitəsilə Zürarədən rəvayət edir:
Əbu Cəfər [Məhəmməd Baqir əleyhissalama] izzət və cəlal sahibi Allahın “Onlar özləri də bilmədən qəfildən başlarının üstünü alacaq o saatdan (qiyamət saatından) başqa bir şeymi gözləyirlər?!” (Zuxruf surəsi, 66) ayəsinin mənasını soruşdum.
O da buyurdu:
“Nəzərdə tutulan şey əl-Qaimin (Mehdi əleyhissalam) zühur zamanıdır ki, onlara qəfildən gələcəkdir.” (Məclisi, Bihərül-Ənvar, Bəyrut, 1404, cild: 24, səh.: 124.)
ŞURA SURƏSİ 24-CÜ AYƏDƏ İŞLƏDİLƏN “HAQQI ÖZ SÖZLƏRİYLƏ BƏRQƏRAR EDƏR” İFADƏSİ HZ. MEHDİYƏ İŞARƏ EDİLİR
“Yoxsa onlar sənin barəndə: “O, Allaha qarşı yalan uydurdu” – deyirlər? Əgər Allah istəsə, sənin qəlbinə möhür vurar. Allah batili silib yox edər və haqqı Öz sözləri ilə bərqərar edər. Şübhəsiz ki, O, kökslərdə olanları Biləndir. ”
Təfsirül-Qummi əsərindən:
Atam İbn Əbu Nəcran vasitəsilə Məhəmməd ibn Müslimdən rəvayət etdi:
Əbu Cəfər (Məhəmməd Baqir əleyhissalam) buyurdu:
Şura Surəsi, 24-cü ayədə keçən “Allah batili məhv edər” ifadəsi yəni ortadan qaldırar deməkdir. “haqqı Öz sözləri ilə bərqərar edər ” deyərək, Hz. Məhəmməd (ə.s)-ın soyundan gələn əl-Qaim (Mehdi əleyhissalam) nəzərdə tutulur.
(Məclisi, Bihərül-Ənvar, Beyrut, 1404, cild: 24, səh.: 176.)
HƏCC SURƏSİ 39-CU AYƏ VƏ HZ. MEHDİ (Ə.S.)
Atam İbn Əbu Uməyr İbn Muskandan mənə rəvayət etdi:
Əbu Abdullah (Cəfər Sadiq əleyhissalam) “Zülmə məruz qaldıqlarına görə vuruşanlara izin verilmişdir. Allah onlara kömək etməyə, əlbəttə, qadirdir!.” (Həcc surəsi, 39) ayəsiylə əlaqədar belə buyurdu:
“Ayədəki kömək və zəfərdəki məqsəd, əl-Qaimdir (Mehdi əleyhissalamdır).”
(Məclisi, Bihərül-Ənvar, Beyrut, 1404, cild: 24, səh.: 224.)
HZ. MEHDİNİN ZÜHURU MÜTLƏQ BİR TALEDİR
Məhəmməd ibn Cumhur və əs-Sükunidən rəvayət edilir:
Əbu Cəfər (Məhəmməd Baqir əleyhissalam) belə buyurdu:
“Mütləq, bir taleyə əsasən, axır zamanda Süfyani və onun səhabələri yenə Kelp qəbiləsindən otuz min insan ortaya çıxması ilə Yusifin illəri qədər il əzab çəkəcək, böhtan, alçaqlıq və insanların heyvan şəklinə girməsi reallaşacaqdır. Bu müddətdə əl-Qaim (Mehdi əleyhissalam) Məkkədə* zühur edəcək və bu ümmətin Mehdisi olacaq.”
*Məkkə, şəhər mənasındadır. Başqa bir hədisdə Peyğəmbərimiz (s.ə.v)-ə hansı şəhər deyə soruşulduqda “Konstantiniyyə” cavabını vermişdir.
(Məclisi, Bihərül-Ənvar, Beyrut, 1404, cild.: 24, səh.: 373.)
TÖVBƏ SURƏSİ, 32-ci AYƏSİNƏKİ VƏD, HZ. MEHDİ (Ə.S) ZÜHUR EDİNCƏ REALLAŞACAQDIR
“Ağızlarıyla Allahın nurunu söndürmək istəyirlər. Halbuki kafirlər istəməsə də Allah, Öz nurunu tamamlayacaqdır.” (Tövbə surəsi, 32)
Hz. İmam Sadiq (ə.s) Tövbə surəsindəki 32-ci ayəsi ilə əlaqədar olaraq belə buyurmuşdur:
“Allaha and olsun ki, bu ayədə zikr edilən vəd hələ reallaşmamışdır. Qaim (qiyam edəcək olan Hz. Mehdi) zühur edənə qədər də bu reallaşmayacaqdır. Qaim zühur etdiyində onun qiyam və zühurundan narahatlıq duyan heç bir kafir və müşrik qalmayacaqdır. “
(Kamalüd- Din və Tamamın Nemət, cild. 2, səh. 670.)