İçeriğe geç

Ənam surəsi, 95 və 99 (Allah Quranda meyvələri araşdırmağımızı istəyir)

Hörmətli Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti
(20 fevral 2013; 21:00)

Adnan Oktar: Baxın, Allah Ənam surəsinin 99-cu ayəsində belə deyir: “Bar verdiyi və yetişdiyi zaman onların meyvəsinə baxın”. Allah: “Meyvəni araşdırın” deyir. “Şübhəsiz ki, bunlarda iman gətirəcək insanlar üçün dəlillər var”. Baxın, həmişə araşdırmaq. Bizim gördüyümüz işlər, məsələn, 300-dən çox kitabın xüsusiyyəti nədir? Həmişə Allahın sənətinin incəliklərindən danışmaq. Şəkillərini göstəririk, daxili incəliklərindən, xarici incəliklərindən danışırıq. Allah da: “Bir-birinə bənzəyən və bənzəməyən, üzümlərdən, zeytunlardan və 1368612725_5narlardan bağçalar yetişdiririk” deyir. Allah: “Bunları araşdırın” deyir, baxın oradakı sənətə. Məsələn, Allah: “Onun qoxusunu, dadını, görünüşünü, çiçəklərinin quruluşunu, yarpaqlarının quruluşunu, hüceyrəsinin quruluşunu, hamısını görün, araşdırın, Mənə imanınızı artırın, Mənə olan sevginizi artırın” deyir. “Şübhəsiz ki, bunlarda iman gətirəcək insanlar üçün dəlillər var”. Yəni Allah: “İnanmağa niyyəti olanlar üçün, həqiqətən dəlillər vardır” deyir.

Quran möcüzələri, iman həqiqətləri bizim əsas iş metodumuzdur. Yəni izah etdiyimiz əsas mövzulardır. Allah Quranda həmişə bu mövzulara diqqət çəkir.

Ənam surəsi, 95. “Şübhəsiz ki, toxumu da, çəyirdəyi də Allah çatladır”. Allah toxuma və çəyirdəyə diqqət çəkir. Toxum, ayrılıqda araşdırdığımız bir mövzudur. Daxili quruluşu və təfsilatı. Çünki hər toxum çox təəccüb oyandırır. Özünəməxsus xüsusiyyəti var, hamısının ayrı əxlaqı var, hər toxumun. Hamısının özünəməxsus şəxsiyyəti var, xüsusi quruluşu var. Nə vaxt yarpaq çıxardacaq, nə edəcək, nə zaman meyvə verəcək, meyvənin qoxusu necə olacaq, hansı fəsildə nəyi necə əldə edəcək, çiçək açdıqda qoxusu necə olacaq, meyvə verdikdə qoxusu necə olacaq, meyvədəki şəkər miqdarı nə qədər olacaq, meyvədə hansı vitaminlər olacaq, hansı minerallar olacaq.

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz