İçeriğe geç

Nur surəsinin 22-25-ci ayələrinin təfsiri (24 dekabr 2011-ci ildəki söhbətdən)

Hörmətli Adnan Oktarın 24 dekabr 2011-ci ildəki müsahibəsində Nur surəsi ilə əlaqədar verdiyi şərhlər.

Adnan Oktar: Şeytandan Allaha sığınırıq. Ya Allah, bismillah. Nur surəsi, 22-ci ayə: “Aranızdakı fəzilət və sərvət sahibləri“, əvvəlcə fəzilətli olanlar deyilir. Sərvət sahibləri isə, sonra deyilir. Çünki sərvəst sahibi olub da, fəzilət sahibi olmasa bir şey olmaz, ondan elə də bir şey çıxmaz. Lakin fəzilət və sərvət sahibidirsə o zaman olar, “yaxınlara” yaxınlığında kimlər varsa, yəni qohumlarına, “yoxsullara” malı, mülkü olmayan kasıblara. “Allah yolunda hicrət edənlərə”, məsələn, evini tərk edib getmişdir, müsəlmanların yanına gəlmişdir, hicrət etmişdir, quran-2“onlara verdikləri malı azaltmasınlar, bağışlasınlar və xoş qarşılasınlar”. Baxın, həm bağışlamalı, həm də xoş qarşılamalıdırlar. “Məgər Allahın sizi bağışlamasını istəmirsinizmi? Allah Bağışlayandır, Rəhmlidir”. 23-cü ayə: “Namuslu, bir şey bilməyən mömin qadınları (zinada) günahlandıranlar, dünyada və axirətdə lənətləniblər. Onları böyük əzab gözləyir”. Təmiz, mömin, müttəqi qadınları zinada günahlandırmaq, onları töhmət altında buraxmaq haramdır. 24-cü ayə. Allah: “O gün ki, dilləri, əlləri və ayaqları etdikləri barəsində onların əleyhinə şəhadət verəcəkdir“. Yəni onlar rədd etsə də, ayaqları və əlləri də işlədikləri günahı onlara bildirir. 25-ci ayə: “O gün Allah onların cəzasını layiqincə verəcək və onlar Allahın haqq olduğunu biləcəklər!” Yəni Allahın haqqı mütləq yerinə yetirdiyini, Allahın haqq olduğunu biləcəklər.

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz