Hörmətli Adnan Oktarın 10 dekabr 2011-ci ildəki müsahibəsində Rum surəsi ilə əlaqədar verdiyi şərhlər.
Adnan Oktar: Rum surəsi 42-ci ayə, Allah belə buyurur. Şeytandan Allaha sığınıram. “De: “Yer üzündə gəzib dolaşın“, hal-hazırda necə gəzib dolaşırıq? İnternetlə və ya televizorun pultu ilə, basırıq, oradan oraya, oradan oraya gəzirik. Bu da gəzməkdir, internetdə araşdırma aparırıq, o da gəzməkdir. “Yer üzündə gəzib dolaşın“, bu ayənin hökmünə gəzib dolaşmaq daxildir. Basırsan başqa bir ölkəyə keçirsən, basırsan digər bir ölkəyə keçirsən, yaxud başqa bir kanala “beləliklə də, daha əvvəlkilərin”, bir saat əvvəlki də olar, bir həftə əvvəlki də olar, bir ay əvvəlki də ola bilər, 10 dəqiqə əvvəlki də ola bilər, “daha əvvəlkilərin necə bir aqibətə uğradıqlarını görün”.
Allahın, bəlalarını necə verdiyini, necə rəzil, rüsvay etdiyini, Allahın necə alçaltdığını, necə dəyərdən saldığını, xaraktersizliklərini, şəxsiyyətsizliklərini, əxlaqsızlıqlarını, alçaqlıqlarını, pisliklərini necə ortaya çıxartdığını görün deyir. Gücüm olaraq bunu göstərirəm, görün deyir. “Onların çoxu müşrik kimsələrdi”. Müşrik nə deməkdir? Müşrik, Allahın hökmünə tabe olmur, xurafata tabe olur. Bütləri var, filan şeyi büt qəbul etmiş, bütə tabe olur. Qurana tabe ol deyirsən, “mən bütə tabe olaram” deyir. Allah, bəlalarını necə verdiyimi görün deyir. “Elə isə, qarşısıalınmaz gün Allah tərəfindən”, yəni Allahın tətbiqinin yerinə yetəcəyi gün, “göndərilməmişdən əvvəl, üzünü dimdik ayaqda duran dinə tərəf çevir!“
Dimdik ayaqda duran din hansıdır? İslamdır. İslam nədir? Quran. Allah:“O gün parça-parça bölünəcəklər” deyir. Müşriklər ayrı, münafiqlər ayrı, kafir kişilər və kafir qadınlar, münafiq kişilər və münafiq qadınlar, mömin kişilər və mömin qadınlar ayrı-ayrı qruplaşarlar. “Kim inkar etsə, artıq onun inkarı öz əleyhinədir”, öz başı bəlaya girir, maddi və mənəvi cəhətdən çökür, ölkə olaraq çökürlər, iqtisadi böhran meydana gəlir, alçalmış olurlar. “Kim yaxşı bir əməl işləsə“, yəni səmimi bir davranış göstərsə, “artıq onlar öz lehlərinə olaraq (cənnətdəki yerlərini) döşəyib hazırlayırlar”. Allah: “Öz yerlərini hazırlayırlar, cənnətdəki yerlərini döşəyirlər” deyir. Göstərdikləri hər gözəl əxlaq nümunəsi, hər savab, aldıqları hər savab, cənnətdə onlara nemət kimi hazırlanır.
Məsələn, onlar savab işlədikcə cənnətin yataqları hazırlanır, döşəkləri hazırlanır, cənnət qadınları hazırlanır, cənnət yeməkləri hazırlanır, Allah: “Həmişə döşəyirlər” deyir. O: “Savab qazandıqca cənnət döşənilməyə davam edər” deyir. Allah: “Cənnəti onlar üçün hazırlayaram” deyir. “(Bu, Allahın) Öz lütfündən iman gətirib yaxşı əməllər işləyənləri mükafatlandırması üçündür”. Səmimi işlər görənləri mükafatlandırması üçündür deyir. “Şübhəsiz ki, O (Allah), kafirləri sevməz”. Sevmədikdə nə edir? Başlarını əzir. Allah münafiqləri sevirmi? Nifrət edir, onların da başını əzir, inşaAllah.
Əlbəttə ki, bizim nifrətimiz Allahın nifrəti kimi deyil, inşaAllah. “And olsun, Biz səndən əvvəl öz qövmlərinə elçilər göndərdik”, (yəni mehdilər, mürşidlər, peyğəmbərlər göndərdik) “belə ki, onlara açıq-aydın dəlillər gətirdilər”, açıq-aydın əlamətlər, Peyğəmbərimiz (s.ə.v)-ın açıqlamalarını, Quranın açıqlamalarını açıqca gətirirlər, isbat edirlər, izah edirlər, “beləliklə, Biz də günahkarlardan intiqam aldıq”. Belə ki, açıqlanmışdır, lakin açıqlanmasına baxmayaraq əxlaqsızca inkar edirlər, alçaqcasına müqavimət göstərir, Allah: “Bildirdikdən sonra müqavimət göstərdikləri üçün intiqam aldım” deyir. Əxlaqsızlıq etdikləri üçün, “beləliklə, Biz də günahkarlardan intiqam aldıq. İman gətirənlərə kömək etmək isə, Bizim üzərimizdə haqqdır”. İman gətirənlər, yəni hz. Mehdi (ə.s) və tələbələri. Hz. Mehdi (ə.s)-a tabe olanlar, məsələn, türk milləti, İslam aləmi, inşaAllah.
Şeytandan Allaha sığınıram. Allah 51-ci ayədə: “Andolsun, əgər Biz külək göndərsək, onlar da onun (əkinlərinin) saraldığını görsələr, mütləq bundan sonra nankorluq edərlər”. Əkini saralmış görürlər, məsələn, Allaha şükür etmək, həmd etmək əvəzinə nankorluq edir, əxlaqsızlıq edir. Məsələn, Allah nemət verir, Axırzaman əlamətləri meydana gətirir, Allah möcüzələr meydana gətirir, xariqələr meydana gətirir, o isə, görməzlikdən gəlir, nankorluq edir. “İndi sən, nə ölülərə (söz) eşitdirə bilər”. Allah: “Bunlar ölüdür” deyir. Beyni ölmüşdür, ruhu ölmüşdür. Müşrik və münafiq düşüncəlidir, dəlidir, yəni ki dəli olmuşdur, ağlı itmişdir. Biz buna ölü deyirik. Allah ölü deyir. “Nə arxalarını dönüb gedən karlara dəvəti qəbul etdirə bilər”. Müşrikə istədiyin qədər izah et.
Hələ də, müşrikin pis qoxusunu qoxlayar. Donuz kimi müşrikin ardınca gedər. Donuz sürüsünün başı olar ha, arxasından əl çəkməz elə deyil? Nəcis yeyər, o da nəcis yeyər, donuz sürüsü kimidir, elə deyil? Balaları var donuzun, heyvan gedər nəcis yeyər, onlar da onunla birlikdə eyni nəcisi yeyər. Nəcis olduğunu söyləsən də anlamazlar. Nəcisin içinə girmisən deyirsən, alışmış. Burnunu qaldırıb görür ki, ağzı, burnu nəcis olmuşdur, yenə pisliyi etməyə davam edir. Şirkə girmə deyirsən, yenə şirk içindədir. Münafiqlik etmə deyirsən, yenə münafiqlik arxasındadır.
“Nə də öz azğınlıqları içində”, azğın nə deməkdir?, şirk düşüncəsindədir, azmış deməkdir “kor olanları da, doğru yola gətirə bilmərsən”. Allah: “İstədiyin qədər izah et, onlar doğru yola gəlməzlər” deyir. Allah onlara icazə vermir. “Sən təkcə, Bizim ayələrimizə iman gətirənlərə eşitdirə bilərsən”, yəni Allah: “Quran tələbələrinə, Qurana tabe olanlara, Qurana hörməti olanlara, bunlara eşitdirə bilərsən” deyir. “Belə ki, onlar müsəlmandırlar”. Allah, təkcə Qurana tabe olanlara müsəlman deyir, “belə ki, onlar müsəlmandırlar” deyir. Qurana tabedirsə. Allah: “Qurana tabe deyildirsə, müsəlman deyildir” deyir.