Header

Məryəm surəsinin 30-35-ci, 37-ci və 28-ci ayələrinin təfsiri

Aa4a

Hörmətli Adnan Oktarın 26 dekabr 2010-cu ildəki müsahibəsində Məryəm surəsi ilə əlaqədar verdiyi şərhlər.

Adnan Oktar: Məryəm surəsi. Bildiyiniz kimi, Allah həzrəti Məryəmi bütün aləmlərin qadınlarından üstün etdi.

Şeytandan Allaha sığınıram, 30-cu ayə.

“O (İsa) dedi: “Şübhəsiz ki, mən Allahın quluyam”. Yəni ilah deyiləm deyir. “Mən Allahın quluyam. (Allah) Mənə kitabı verdi və məni peyğəmbər etdi”. Əbcədi 1410, 1412 və 1462-ci il tarixlərini verir. İnşaAllah. images“Harada olursam (olum)”, istər üçüncü, istərsə də dördüncü ölçüdə olsun, “məni mübarək etdi və həyatda olduğum müddətcə, mənə namazı və zəkatı tövsiyə (əmr) etdi. Anama itaəti də həmçinin. Eləcə də, məni bədbəxt bir zalım etmədi. Doğulduğum gün də, öləcəyim gün də, yenidən dirildiləcəyim gün də mənə salam olsun!” Ayə, 1987, 2007 və 2057-ci il tarixlərini verir. 1987, 2007, 2057. “Məhz Məryəm oğlu İsa, barəsində şübhəyə düşdükləri “Haqq Söz”dür. Allahın övlad sahibi olması qeyri-mümkündür. O, Ucadır. O, hər hansı bir şeyin olmasını istədikdə ona təkcə: “Ol!” deyər, o da dərhal olar”. Təkamül keçirməz. Allah: “Ol dediyim vaxt, dərhal edərəm, dərhal yaradaram” deyir. Allah insanı necə yaradır? “Ol” deyir olur. “Aralarından (bəzi) firqələr ayrılığa düşdülər”. Məzhəblərə, camaatlara bölündülər. “Artıq böyük günü görəcəklərinə görə, vay inkar edənlərin halına!” deyir, təbii ki, burada küfr əhlinə də işarə var. Hz. Məryəmə: “Ey Harunun bacısı, sənin atan pis insan deyildi” deyirlər. “Anan da azğın, utanmaz (bir qadın) deyildi”. Görürsənmi həmişə cinsi əlaqə ilə bağlı günahlandırmalar. Münafiqlər həmişə mehdiləri, mürşidləri, Allah yolundakı insanları, Peyğəmbərimiz (s.ə.v) dövründə də Peyğəmbərimiz (s.ə.v)-i də cinsi əlaqə mövzusunda narahat etməyə çalışıblar. Çünki, başları başqa mövzuda işləmədiyi və cinsi əlaqəni də çirkin bir şey kimi gördükləri üçün bunu ediblər. Halbuki halal olan cinsi əlaqə çox böyük nemətdir. Lakin onlar cinsi əlaqəni tamamilə lənətlənmiş görərlər. Çox çirkin bir şey kimi görərlər. Halbuki cinsi əlaqə sevginin ən yüksək ifadə formasıdır. Lakin halalı olması şərti ilə. Quran haram olanı lənətləmişdir. Allah Quranda lənətləmişdir.

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313