Hörmətli Adnan Oktarın 10 dekabr 2011-ci ildəki müsahibəsində Furqan surəsi ilə əlaqədar verdiyi şərhlər.

Adnan Oktar: Şeytandan Allaha sığınıram. Furqan surəsi, 56-cı ayə. “Biz səni, təkcə müjdə verən, xəbərdar edən və qorxudan olaraq göndərdik”. Əbcədi tam 1980-cı ili verir. Çox qəribədir, maşaAllah. 57-ci ayə. “Mən bunun əvəzində”, yəni İslamı, Quranı yayma xidmətimin əvəzində,“Rəbbinə doğru bir yol tutmağı istəyən insanlar olmağınızdan başqa, heç bir qarşılıq istəmirəm”. Peyğəmbərimiz (s.ə.v): “Təkcə hidayətə nail olun. İslama, Qurana xidmət edin, başqa bir şey istəmirəm” deyir. Axırzaman müşrikləri necədir? Gözlənilməz pislik, gözlənilməz rüsvayçılıq, dindən ticarət ardınca gedirlər. Dindən mənfəət qazanmaq ardınca gedirlər.

Zeynəb xanım: Hocam maşaAllah, sizin həyatınızda da bu ayənin tam təcəlli etdiyini görürük. Heç bir qarşılıq gözləmədən, təkcə insanların doğru bir yol tutması üçün, yəni heç bir qarşılıq gözləmədən, illərdir ki, səbirlə hər kəsləadnan-oktar-dan-akil-insanlar-yorumu_normal_1950306 tək-tək maraqlanırsınız. İstanbulda, dünyada xəbərdar etmədiyiniz heç bir kütlə qalmadı, Allahualəm, maşaAllah. Kitablarınızla, məqalələrinizlə, tək-tək izah etməyinizlə, maşaAllah çox səbirli bir insansınız. Quranın bir çox ayəsi, üzərinizdə tam təcəlli edir inşaAllah. Müsəlmanlarla əlaqədar bütün ayələri üzərinizdə tam təcəlli edir, maşaAllah.

Adnan Oktar: MaşaAllah. Zeynəb çox şəfqətlidir, xeyli gözəl əxlaqlıdır və çox sadiqdir.

Zeynəb xanım: Bəli hocam, maşaAllah. Sizin vəsilənizlə, lakin həqiqətən sədaqətli olduğumu məndə bilirəm. Heç bir güc Allahın icazəsi ilə məni sizdən ayıra bilməz, sonsuza qədər, inşaAllah.

Adnan Oktar: Türkiyə o qədər mübarək yerdir ki. Türk sənət musiqisi, dünyanın heç bir yerində bu gözəllik yoxdur. Bizə məxsusdur. Hər birininki ayrıdır. Məsələn, Orxan babanın musiqisi ayrı gözəldir, İbrahim Tatlısəsinki ayrı. Qadın müğənnilərinki ayrı. Xoş, gözəl millətik, maşaAllah. Hər şeyimiz gözəldir. Yeməklərimiz gözəl, musiqimiz gözəl, vətən gözəl, əxlaqımız gözəl. Nə gözəl insanlarıq, maşaAllah. Paxlavanı millətə biz öyrətdik, dolmanı biz öyrətdik, basdırma kababı, dönəri, həmişə bizə məxsusdur.

Şeytandan Allaha sığınıram. Allah 68-ci ayədə: “Həmçinin onlar, Allahla yanaşı başqa İlaha tapmazlar” deyir. Bu nə deməkdir? Yəni Qurandan kənara çıxmazlar. Müşriklərin, bütpərəstlərin, xurafatlarına tabe olmazlar. Təkcə Allaha iman gətirər, təkcə Allaha bağlı qalarlar. “Allahın öldürülməsini haram buyurduğu cana haqsız yerə qıymaz”. PKK-nın və küfr əhlinin etdiyi utanmazlıq. Allah onlara cavab verir. Bunların çirkin əməlinə. “Və zina etməzlər”. Yəni qeyri-qanuni cinsi əlaqəyə girməzlər.

“Kim bunları etsə “ağır cəza ilə” qarşılaşar”. 69-cu ayə:“Qiyamət günü, onun əzabı qat-qat artırılar.” Baxın təsdiqləyir; “və içində alçaldılmış vəziyyətdə əbədi qalar”. 70-ci ayə: “Lakin tövbə edən, iman gətirən və yaxşı əməllər görən başqa”. Səmimi əməllər, səmimi hərəkətlər edənlər başqa. “Məhz onların günahlarını Allah yaxşı əməllərə çevirər”. Bu çox böyük müjdədir. Allah, günahlarını yaxşı əməllərə çevirir. Allah günahlarını örtür, təkcə yaxşı əməlləri ortaya qoyur. “Allah, çox bağışlayandır, çox rəhmlidir”. Qafur və Rəhim. 71-ci ayə: “Kim tövbə edər və yaxşı əməllər görərsə”, əstağfirullah, əstağfirullah, əstağfirullah, möminlər tövbə etməlidir. Allaha tövbə edirik.

Allah günahlarımızı bağışlasın. “Və yaxşı əməllər görərsə”, yəni səmimi. Allah əməl demir. Allah səmimi olmasını istəyir. “Həqiqətən o, tövbəsi (və özü) qəbul edilmiş olaraq Allaha qayıdar”. Allah: “Qəbul edərəm” deyir. Necə də böyükdür, müjdəyə baxın, diqqət yetirin. Əgər səmimisinizsə, səmimi tövbə etsəniz, bax açıqdır; “kim tövbə edər və yaxşı əməllər görərsə, həqiqətən o, tövbəsi (və özü) qəbul edilmiş olaraq Allaha qayıdar”. Yəni ki: “Səmimi tövbə etsəniz mütləq qəbul edərəm” deyir. Bu çox böyük müjdədir! Səmimi, təkcə səmimi olmalıdır. Çox səmimi olmalıdır, bu qədər. 72-ci ayə:

“Belə ki, onlar, yalandan şahidlik etməyənlər,” yəni müsəlmanları zərər çəkmiş vəziyyətdə buraxmaq üçün, yalandan şahidlik etməyənlər, “boş və faydasız sözlə qarşılaşdıqları vaxt, ləyaqətlə ötüb keçənlərdir”. Boş və faydasız söz, ən çox qıcıqlandığım şeylərdən biri də boş və faydasız sözdür. Dır dır dır, fitnə, günah və qarışıqlıq, 2 saat gəvəzəlik edirlər, boş sözlərdir. “Boş və faydasız sözlə qarşılaşdıqları vaxt, ləyaqətlə ötüb keçənlərdir”. Yəni televizordadırsa bağlayır və ya başqa kanala çevirir. Biri danışırsa, icazə alaraq çıxıb gedir. Məsələn, internetdədirsə, dalıb qalmır. Məsələn, internetə girir iflic olur.

4 saat, 3 saat ərzində boş şeydə ilişib qalır. Maraqlanır, oradan oraya keçir, oradan oraya keçir. Bəllidir ki, boş işdir. Niyə məşğul olursan? 73-cü ayə: “Onlar, özlərinə Rəblərinin ayələri xatırladıldığı zaman”, yəni Quranın kafi olduğu, Allahın Kitabına əməl edin deyildiyi vaxt, Allahın Kitabı bizə kifayət edər deyildiyi vaxt, “ona qarşı, yəni bu mövzuya qarşı “kar və kor kimi davranmazlar”. Anlamazlıqdan gəlir. Xurafatçılara, müşriklərə bunu söylədiyimiz vaxt nə edirlər? “Quran kifayətdir” dedikdə, anlamazlıqdan gəlir. Quran kifayətdir dedikcə: “Mənim bütüm də belə söyləyir” deyir. Əgər haqqı gördüyün halda qayıtmasan, bütünün də Allah bəlasını versin, sənin də. Əvvəlcə Allah hidayət versin, amma etmirsənsə, Allah bəlanı versin, deyirik. Başqa nə deyək?