İçeriğe geç

Ənam surəsinin 105-108-ci və 112-ci ayələrinin təfsiri

Hörmətli Adnan Oktarın 10 dekabr 2011-ci ildəki müsahibəsində Ənam surəsi ilə əlaqədar verdiyi şərhlər.

Adnan Oktar: Şeytandan Allaha sığınıram. Ənam surəsi, 105-ci ayə. Allah: “Biz, ayələri müxtəlif formalarda açıqlayırıq” deyir. “belə ki, onlar: “Sən dərs almısan” desinlər”. Peyğəmbərə: “Yəhudilər sənə məlumat veriblər, xristianlar məlumat veriblər, onlar nə deyirsə sən də onu deyirsən, sən də onu vəhy adı ilə deyirsən” deyirlər. “Sən dərs almısan” desinlər””. Bu əmri kim vermişdir? Allah vermişdir. Allah: “Taledə bu hökm yerinə yetəcək, Mən sənə belə dedirdəcəyəm, sən dərs almısan deyəcəklər” deyir. Bu peyğəmbərin taleyindədir. “Biz də onu bilən bir camaata göstərək”. Allah: “Haqq olan müsəlmanlara da, haqqı bilənlərə də haqqı göstərərik, lakin bəziləri də belə deyəcəklər, sənin taleyin belədir” deyir. 106-cı ayə: “Rəbbindən sənə vəhy edilənə tabe ol“.

Allah Peyğəmbər (s.ə.v)-ə nə deyir? “Vəhyə tabe ol“. Vəhy nədir? Quran. “Qurana tabe ol” deyir. Peyğəmbər (s.ə.v) öz istəyi ilə qurani-kərimhərəkət edə bilməz. Vəhylə hərəkət edər. Peyğəmbərimiz (s.ə.v) vəhyə, yəni Qurana tabe olmaqla məsuldur. “Ondan başqa İlah yoxdur”, yəni Allahdan başqa ilah yoxdur. Yəni Allah: “Peyğəmbər ilah deyil. İlah Mənəm” deyir. “Və müşriklərdən üz döndər”; və xurafatçılardan üz döndər. O dövrdə də müşriklər vardı. 107-ci ayə: “Əgər Allah istəsəydi, onlar şirk qoşmazdı”. Talelərində olduğu üçün şirk qoşurlar. “Biz səni onların üzərində gözətçi qoymamışıq”, yəni ki: “Sən onları dayandırmaqla, qəlblərini nəzarət altına almaqla mükəlləf deyilsən, Biz bu cür yaratdıq” deyir. “Sən onların vəkili deyilsən”. Sərbəstdirlər, istədikləri kimi edərlər. Sonunda Allaha cavab verəcəklər. 108-ci ayə: “Allahdan başqa yalvardıqlarını (tapındıqlarını) söyməyin”.

Bütlərini, büt kimi gördüklərini söyməyin. Kommunist olsa, dinsiz olsa, söyərək iş görməyin, söyərək təbliğ etməyin. Xurafatçılar həmişə söyərək edər, küfr edərək edər. Allah: “Siz bunu etməyin, söyməyin” deyir. “Sonra onlar da həddi aşaraq bilmədən Allahı söyərlər”. Haşa. “Məhz belə. Biz hər bir ümmətə öz əməllərini gözəl göstərdik. Sonra onların gedəcəyi son yer Rəbbinin hüzurudur. O etdikləri əməlləri özlərinə xəbər verəcəkdir!” Bunun üçün də, təbliğdə haqqdan bəhs edərkən, məhz, “alçaq Darvin, alçaqca” deyil, “səhvdir” deməlisən. Alçaqlıq etsə, o ayrı. Orada layiq olar. Lakin fikri mübarizə aparanda, durduq yerə bir bütə küfr edilməz, təhqir edilməz.

Çünki, onsuz da, onu fikirlə təsirsiz hala gətirirsən, söyməyin mənası yoxdur, inşaAllah. 112-ci ayə: “Beləliklə də, hər peyğəmbərə, insan və cin şeytanlarından bir düşmən yaratdıq”. Hər peyğəmbərin bir Dəccalı var. Cin Dəccal və insan Dəccal. Hz. Mehdi (ə.s)-ın da 2 Dəccalı var. Bir cin Dəccalı var, bir də insan Dəccalı. Hz İsa Məsih (ə.s)-ın də belədir. Onun da 2 Dəccalı var; həm cin, həm də insan Dəccalı. “Onlardan bəzisi bəzisini aldatmaq üçün göz boyayan sözlər pıçıldayarlar”. Xurafatçılar var ha, milləti beləcə aldatmaq üçün, boş-boş danışırlar. Allah: “Rəbbin istəsəydi, bunu edə bilməzdilər” deyir. O: “İstəsəm etdirməzdim” deyir. “Onları uydurduqlarıyla baş-başa burax!” Yəni ki, Allah: “Onları, xurafatçıların xurafatlarıyla, pislikləriylə baş-başa burax” deyir. Yəni izah et, lakin gerisinə qarışma.

 

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz