Hörmətli Adnan Oktarın 2 mart 2011-ci ildəki müsahibəsində Muminun surəsi ilə əlaqədar verdiyi şərhlər.
Adnan Oktar:Şeytandan Allaha sığınıram.“Bu gün Mən, həqiqətən onların səbir etmələrinin qarşılığını verdim“.Muminun surəsi, 111-ci ayədə. “Şübhəsiz ki, onlar “qurtuluşa və xoşbəxtliyə” nail olanlardır!” Allah müsəlmanlara dünyada da, axirətdə də qurtuluş vəd edir.“Siz isə, onlara lağ etmişdiniz. Belə ki, sizə Mənim zikrimi unutdurdular və siz onlara gülürdünüz”.Mehdiyyət yolunda, İslam yolunda mübarizə aparan insanlara lağ ediləcək. Bu insanlar Allahın zikrini unudacaqlar və müsəlmanlara gülənlər olacaq. Ərbakan müəllimimiz nə dedi? “Son gülən yaxşı gülər” dedi. Şeytandan Allaha sığınıram,“sizi boş məqsəd uğruna yaratdığımızı və həqiqətən Bizə qaytarılmayacağınızımı güman etmişdiniz?”Yəni ki Allah: “Orada-burda əylənib boş həyat keçirəcəyinizimi güman edirdiniz?” deyir; bütün insanların dirildilib Allahın hüzuruna gətirildikləri vaxt.