Hörmətli Adnan Oktarın 2 mart 2011-ci ildəki müsahibəsində Kəhf surəsi ilə əlaqədar verdiyi şərhlər.
Adnan Oktar: Şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə. Kəhf surəsi, “Həmd, Kitabı Öz quluna nazil edən və onda heç bir nöqsana yol verməyən Allaha aiddir!” Həmd etdiyimiz zaman, təkcə Allaha həmd edirik. Yəni insana həmd edilməz. Həmd olsun sənə deyilməz. Allah: “Mənə aiddir” deyir, həmd edilmək. Bax: “Kitabı Öz quluna nazil edən”, Peyğəmbərimiz (s.ə.v)-ə nazil olur. Lakin: “Onda heç bir nöqsana yol verməyən Allaha aiddir!” Allah: “Quran olduqca mükəmməldir” deyir. “Tam mükəmməllik var” deyir. “Dosdoğru (bir kitabdır) ki, Öz qatından gələcək şiddətli bir əzabla xəbərdar edib qorxutmaq“. Bax: “Dosdoğru (bir kitabdır) ki, Öz qatından gələcək şiddətli bir əzabla xəbərdar edib qorxutmaq”.
İnsanlar qorxudulmadıqdan sonra, qorxu olmadıqdan sonra nə sevgini normal yaşaya bilirlər, nə də normal əxlaq göstərə bilirlər. Allahın hikmətidir, mütləq cəhənnəm qorxusu olmalıdır, mütləq Allahdan qorxmalıdır, yoxsa normal insan ola bilmirlər. İnsan eqoistliyə və tamahkarlığa çox meyillidir. Məsələn; “Mən Allahı çox sevirəm” deyir. Gözəl. Yaxşı, əxlaqın pisdir, bu niyə belə olur? Çünki Allahdan qorxmursan. Məsələn, eşqdən, ehtirasdan bəhs edir. Baxırsan ki, eşqi, ehtirası bilmir. “Çox sevirəm” deyir. Bilmir, niyə? Çünki Allahdan qorxmur. Allahdan qorxmayan eşqi, ehtirası bilə bilməz. “Və yaxşı işlər görən möminlərə müjdə vermək üçün”, “səmimi möminlərə müjdə vermək üçün, “(onu endirdi). Şübhəsiz ki, onlar üçün gözəl mükafat var”. Bizə verilən müjdə nədir? Nur surəsində də bildirilir; dünya hakimiyyəti və axirətdə də cənnət. “Şübhəsiz ki, onlar üçün gözəl mükafat var”. Savab var. “Onlar orada əbədi olaraq qalacaqlar”.
Bir instinktdir, əbədi yaşamaq istəyərik. Allah: “Cənnətdə əbədi qalacaqsınız” deyir. Onsuz da texniki cəhətdən mövcud olan bir təsvirin, mövcud olan bir səsin yox olması qeyri-mümkündür. Sonsuza qədər yox olmaz. Məsələn, mən hazırda danışıram ha, bu danışıq və təsvirin əslində texniki cəhətdən yox olması qeyri-mümkündür. Yəni var olan bir şey yox olmur. Çünki mütləq yoxluq olması lazımdır. Mütləq yoxluq da texniki cəhətdən qeyri-mümkündür. Bir qədər düşünən bunu anlayar. Məsələn, bir səs deyək, eyni zamanda o bir cisimdir, səs; bir şeydir. Əsla sonsuza qədər yox olmaz. Heç bir xatirə yox olmaz, heç bir danışıq yox olmaz. Lakin Allah istəsə göstərər, istəsə də göstərməz. Lakin yox olması qeyri-mümkündür.
“Bu Quran, “Allah Özünə övlad götürdü!” deyənləri xəbərdar edib qorxudur”. Yəni Allah: “Xristianları xəbərdar edər” deyir. Deməli, Quran eyni zamanda xristianlara iqstiqamətli bir kitabdır. Onları xəbərdar edib, qorxudur. “Bu haqda onların və atalarının heç bir məlumatı yoxdur”. Yəni Allah: “Bilavasitə yalan söyləyirlər” deyir. “Bir məlumata əsaslanmırlar” deyir. Allah: “Ağızlarından çıxan söz necə də ağırdır. Onlar yalnız yalan danışırlar” deyir. Belə ki, bildiyiniz kimi, təslis inancı dünyanın böyük hissəsini cənginə alıb, “Allah özünə övlad götürdü!” inancı, hazırda dünyanı pərişan edir. Xristian aləmini məhv edən bir düşüncədir. “İndi, onlar bu sözə (Qurana) inanmasalar, arxalarınca kədərlənib özünü həlakmı edəcəksən?”
Onlar iman gətirmirlər deyə Peyğəmbərimiz (s.ə.v) qəribə kədərlənir. Xristianlara da izah edir, dinləmirlər. Peyğəmbərimiz (s.ə.v) də xeyli kədərlənir, lakin xəstələnəcək dərəcəyə gəlir. Bax, Allah: “Özünü həlakmı edəcəksən?” deyir. Çünki çox şiddətli kədər insanı, Allah qorusun, öldürə bilər. Şikəstliyə və ölümə səbəb ola bilər. Allah buna diqqət çəkir. Yəni Allah: “Belə şey etmə” deyir. Çünki taledə olduğu üçün, Peyğəmbərimiz (s.ə.v)-in bunu normal qarşılamasını istəyir, bu vəziyyəti. “Şübhəsiz ki, Biz yer üzündə olan bütün şeyləri ona bəzək etdik”. Məsələn, stəkan bir bəzəkdir, qab bəzəkdir, dağlar bəzəkdir, insanlar bəzəkdir, qadınlar bəzəkdir, qaşlar bəzəkdir, gözlər bəzəkdir, burunlar bəzəkdir.
Allah: “Belə ki, hansınızın daha gözəl davranış sərgilədiyini sınaqdan keçirək deyə” deyir. Sınaq deyərkən, təbii ki, Allah bizim nə edəcəyimizi bilir. Bizi bizə göstərir, nə olduğumuzu görürük. Çünki, məsələn, bax, mən sizin gözəl əxlaqınızı gördükdə sizi daha çox sevirəm. Sizi tanımasam sevə bilmərəm. İnsan həmişə təfərrüatlarla sevir. Məsələn, xarakteriniz, dürüstlüyünüz, doğru danışmağınız, təmizliyiniz, şəfqətiniz, insanpərvər olmağınız, yetkin olmağınız həmişə beynimizdə məlumat olaraq toplanır. Hər məlumat sayəsində ayrı bir məhəbbət meydana gəlir, hər məlumat sayəsində ayrı bir məhəbbət meydana gəlir. Bunun nəticəsində cani könüldən sevməyə başlayırıq.
Yoxsa bir ovuc saça, ətdən əmələ gəlmiş bir cüt buruna və bir cüt gözə sevgi bəslənilməz. Yəni bir çox mənəvi ünsür bir yerə toplandığı üçün çox sevirik. Bir də bu qətiyyətli olduqda, məsələn, qətiyyətli sədaqət və sevgi, hörmət, gözəl əxlaq gördükdə sevgi qat-qat artır. Məsələn, iki, dörd, səkkiz, on altı davam edir. Zamanla mütənasib şəkildə heyrətamiz yüksəliş göstərir. “Biz həqiqətən (yer) üzündə olan hər şeyi lazım gələrsə, qupquru bir torpağa döndərərik”. İndi əbcədinə baxın, heyrətamiz bir şeydir. Tam 1545 tarixini verir. Bədiüzzamanın qiyamətin qopma tarixi olaraq verdiyi tarix. Tam 1545. Bax:
“Biz həqiqətən (yer) üzündə olan hər şeyi lazım gələrsə, qupquru bir torpağa döndərərik”. Onsuz da bu qiyamətdə olur. “Yoxsa sən Kəhf və Rəqim əhlinin, Bizim təəccübləniləcək ayələrimizdən olduğunumu güman etdin?” İki qrup gənc kimi görünür, bu Kəhf və Rəqim. Kəhf onsuz da elədir də, Rəqimin də mən ikinci bir gənclik qrupu olduğunu düşünürəm. Biri hz. Mehdi (ə.s)-ın, digəri isə, hz. İsa (ə.s)-ın tələbələrinə işarə edir Allahualəm. “O gənclər mağaraya sığındıqları vaxt: “Ey Rəbbimiz! Bizə Öz tərəfindən mərhəmət bəxş et və işimizdə bizə doğrunu asanlaşdır (bizi müvəffəqiyyətli et!” demişdilər”. Mağara deyildikdə nə nəzərdə tutulur? Qapalı bir məkan. Çünki bu gənclər cihad edirlər, yəni dini yayırlar. “İşimizdə bizə doğrunu asanlaşdır”.
Çünki mağaranın içində fəaliyyət göstərmək olmaz. O zaman aktiv, qızğın fəaliyyət var. Bu ayə, bilavasitə mehdiyyətə işarə edən bir ayədir, inşaAllah. Kəhf surəsi başdan-sona qədər mehdiyyətdən bəhs edir. Əvvəlcə kiçik bir gənc qrup var, bir yerə toplanırlar; analarından, atalarından ayrı qalırlar. Çətin şərtlər altındadırlar. Sonra onların hadisələrinin arxasından Xızır (ə.s) hekayəsi var. Bir dövlət quruluşundan bəhs edilir. Xızır (ə.s) onsuz da dövlət strukturlarında həmişə meydandadır, vəzifədədir. Bax, burada, bu ayədə də bunu görə bilərik. 59-cu ayə; bu ayə ilə başlayır; “budur ölkələr”, yəni dünya ölkələri, Türkiyə, Malayziya, Filippin, “və onların əhalisi, Biz onları zülm etdikləri zaman məhv etdik”.
Allah: “O dövləti məhv edirik, yəni orada qiyam meydana gətirərəm” deyir. Müəyyən yolla məhv edərəm. Allah: “Sistemlərini məhv edərəm” deyir. “Biz onları məhv etmək üçün, görüş vaxtı müəyyən etmişdik”. Məhz bu Xızır (ə.s)-ın görüşməsidir. Bax: “Məhv etmək üçün, görüş vaxtı müəyyən etmişdik”. Bu görüş baş tutduqdan sonra, məhv olurlar. Baxın 60-cı ayədə başlayır. Bu mövzu 59-cu ayədədir, 60-da başlayır indi. “Bir zaman Musa gənc yardımçısına belə demişdi: “Mən iki dənizin qovuşduğu yerə çatana qədər gedəcəyəm””. Yəni İstanbul.
“Yaxud uzun illər sərf edəcəyəm. Beləliklə də, ikisi, o iki dənizin qovuşduğu yerə gəlib çatdıqda”, iki, iki, hər zaman dediyim söz. Bax: “Beləliklə də, ikisi, o iki dənizin qovuşduğu yerə gəlib çatdıqda”, hz. Süleyman (ə.s)-ın sarayı iki, ikidir. Sarayın tikilmə tarixi, başlanğıcı 2 fevralda başlamışdır. Hz. Süleyman (ə.s)-ın sarayının təməli o zaman qoyulmuşdur. “Beləliklə də, ikisi, o iki dənizin qovuşduğu yerə gəlib çatdıqda”, yəni İstanbula çatdıqda, “balığı unutdular”. Yəni biz, təbii ki, ikinci təfsirini, şərhini veririk. “Balığı unutdular. O (Balıq) isə, dənizdəki axınla yol alıb getdi”. Yəni balıq dövrü gedir.
Yerinə nə gəlir? Dolça dövrü gəlir. “Dənizdəki axınla yol alıb getdi”. Yəni o, zamanın gedişatında meydana çıxır. Yorğunluq da, “çox yorulduq” deyir. Bax, 62-ci ayədə deyir ki, şeytandan Allaha sığınıram; “(çatmalı olduqları yerə gəlib) keçdikləri vaxt”, bax, “keçdikləri vaxt, (Musa) gənc yardımçısına:”, “gənc yardımçısı”, burada, təbii ki, hz. İsa (ə.s)-a işarə edir. “Yeməyimizi gətir. Andolsun, biz bu səfərimizdə lap əldən düşdük” dedi. O (gənc yardımçısı) dedi: “Gördün mü, qayaya sığındığımız vaxt,”” baxın, “qayaya sığındığımız vaxt balığı unutdum”.
Bu hansı qayadır, hansı qayalıq yer olduğuna baxacağıq sonra, gələcəkdə biləcəyik. “Balığı unutdum. Doğrusu, onu xatırlamağı mənə yalnız şeytan unutdurdu”. Deməli, şeytanın insanların beyninə təsir etmə gücü varmış. Unutdura bilirmiş. “O da heyrətamiz şəkildə dənizdə yol tutub getdi”. Heyrətamiz şəkildə dənizdə yol tutub getdi. Təbii ki, ikinci mənası, zahiri mənalarına davam edirəm. Üçüncü məna olaraq; balıq, balıq yağı bədəni ən gücləndirən qidadır. Yəni ona da işarə var. “O (Musa): “Elə axtardığımız da bu idi!” dedi. Sonra ikisi öz ləpirlərinin izinə düşüb geri qayıtdılar”.
Bəzən bir işarə olar, buradan nə baş verəcəyi aydın olar. Məsələn, çölə çıxmaq istəyərsən ayağın büdrəyər. Bir şey var, yəni bir fövqəladəlik var. Tam qapını açacağın vaxt, anidən şiddətli külək başlayar. Bəsirət sahibi biri, getməməli olduğunu anlayar. “Bir şey vardır” deyər, işarədən işarə çıxardar. Lakin mən bunuŞ təbii ki, hər kəsə tövsiyə etmirəm. Lakin bilən üçün bir işarə var. “O (Musa): “Elə istədiyimiz də bu idi!” dedi”. “O işarədən mən anladım” deyir. “Sonra ikisi öz ləpirlərinin izinə düşüb geri qayıtdılar”. Bu dəfə də geriyə doğru qayıdırlar, irəli doğru getməkdən imtina edirlər.
“Tam o əsnada, Öz tərəfimizdən mərhəmət bəxş etdiyimiz və elm öyrətdiyimiz”, ledun elmi öyrətdiyimiz, “qullarımızdan birinə rast gəldilər”. Belə ki, əbcədi 2010 tarixini verir. “Musa Ona: “Doğru yol olaraq sənə öyrədiləndən mənə öyrətmək şərtilə sənə tabe ola bilərəmmi?” dedi”. O (Xızır) dedi: “Doğrusu, sən mənimlə birlikdə olmağa səbir edə bilməzsən””. İndi, bax, mənə də yazı yazır gənclər, qardaşlar; “hocam buna bunu niyə belə dedin? Ona onu niyə belə dedin? Təəccüblüdür ki, sən belə bir mövzunu çox açıq bildiyin halda, niyə belə deyirsən?” deyirlər. Ledun elmindən qaynaqlanır. “Hocam niyə bu rəftarı göstərdin?” deyirlər.
Ledun elmindən qaynaqlanır. Məsələn, “Ərbakan müəllimimiz 28 fevralda niyə o qərarların yazıldığı sənədlərə imza atdı. Təqvalı bir müsəlman bunu edərmi?” deyir. Ledun elmindən qaynaqlanır. “Fəthullah hoca niyə Ərbakan müəllimin əleyhində iyrənc bir ifadə işlətdi?” deyirlər. Ledun elmindən qaynaqlanır. Məsələn, Fəthullah hocamın bir çox sözü ledun elmindən qaynaqlanır. Ərbakan müəllimin çox sözü ledun elmindən qaynaqlanır. Lakin zahir gözü ilə baxanlar, anlaya bilmədikləri üçün səs-küy çıxardırlar. Qardaşım, sənin ağlın haradadır, bu insanların ağlı haradadır? Haradan bilirsən o qədər zahiri insan olduqlarını? O qədər səthi düşündüklərini haradan çıxardırsan?
Çox əhatəli və dərin düşünürlər. “O (Musa) dedi: “İnşallah, məni səbir edən görəcəksən. Heç bir işdə sənə qarşı çıxmayacağam””. Mürşidə qarşı ediləcək rəftar budur. Heç bir işdə qarşı çıxılmaz. “O (Xızır) dedi: “Əgər mənə tabe olacaqsansa, heç nə barəsində məndən soruşma””. Çünki bu qəlbə toxuna bilər və elmə yaraşan bir şey olmaz. “Ta ki, sənə öyüd-nəsihətlə bəhs edənə qədər”. Çünki biri bir şeydən şübhələnirsə, onsuz da yetkin bir insan bunu anlayar, şübhələndiyini, həmçinin onu ona açıqlayar onsuz da. Onu ondan soruşmasına ehtiyac yoxdur. “Beləliklə, hər ikisi yola düzəldi. Nəhayət gəlib gəmiyə mindikləri zaman O (Xızır) bunu deşdi”. Gəmini parçaladı, yəni gəmini dəmir-dümür halına qoydu və ya müəyyən yerinə zərər vurdu.
“O (Musa) dedi: “İçindəkiləri suya qərq etmək üçünmü onu deşdin? Andolsun, sən heyrətamiz bir iş gördün””. Xıdır, yaşıl deməkdir. Əl-Xadra, hz. Mehdi (ə.s)-ın da gözünün rəngidir, inşaAllah. Əl-Xadra, oradan gəlir. Məsələn, indi biz hz. Xızır (ə.s)-ın fəaliyyətlərini insanlara söyləsək, hz. Xızır (ə.s)-a xeyli qarşı çıxan insan ola bilər. Bunun üçün Allah bir çox pərdələrlə yaradıb. Məsələn, bir yol qəzası olar. Gedib yazıq sürücünü döyməyə cəhd edərlər. Sürücü öldürməz onu. Bu dəfə də gedib həkimə hücum edərlər. Həkim də öldürməz. Əzrail (ə.s)-a deyirlər, “o niyə can aldı” deyirlər. Əzrail də öldürməz.
Allah öldürər. Nə zaman öldürür? Hələ o doğulmadan ölmüşdür. Hər uşaq hələ doğulmadan ölər. Allah qatında ölmüşdür. Hələ atası dünyaya gəlmədən o uşaq onsuz da ölmüş olur. Taleyində elədir. Allah elə yaradır. Bu, Axırzamanda olacaq hadisələrdən biridir. Bunu bilənlər bilirlər, yəni 71-ci ayədəki bu hadisə bir çox insanın qavraya bilməyəcəyi bir hadisədir. “O (Xızır) dedi: “Həqiqətən mənimlə birlikdə olmağa əsla səbir edə bilməyəcəyini, sənə söyləmədim mi?”” Deməli, ledun elminə səbir etmək bir xeyli çətindir. Ledun elmini tətbiq edən bir insana səbir edə bilmək bir xeyli çətindir. Hz. Mehdi (ə.s)-a tələbə olmaq buna görə çox çətindir. Buna görə 313 nəfərdirlər. Əsas səbəbi ledun elmidir. Hz. Musa (ə.s) kimi ulul-əzm bir Peyğəmbər, hz. Xızır (ə.s)-a tələbə ola bilmir. Hələ üçüncü sualda bitir tələbəliyi. Bu qədər çətindir.