Hörmətli Adnan Oktarın 1 mart 2011-ci ildəki müsahibəsində Təğabun surəsi ilə əlaqədar verdiyi şərhlər.
Adnan Oktar: Bismillah. Təğabun surəsi. Şeytandan Allaha sığınırıq. Şeytandan Allaha sığınıram. Allah: “Var-dövlətiniz və övladlarınız ancaq bir sınaqdır”deyir. Baxın; “var-dövlətiniz və övladlarınız”, insanların ən çox diqqət yetirdikləri mövzulardan biri, bəzi insanların.“Allah isə, böyük mükafat (ən gözəl qarşılıq) öz qatında Olandır”.Məqsədiniz təkcə Allahın rizası olsun, deyir. Allah: “Dünyada, mallarınızı, övladlarınızı, qadınlarınızı bütləşdirməyin” deyir. Əsas hədəf halına gətirməyin. Baxın, Allah: “Elə isə”deyir,“gücünüzün çatdığı qədər Allahdan qorxun”. Ən son iradənizlə, ən son diqqətinizlə.“Qulaq asın və itaət edin. Özünüz üçün xeyir (ən böyük fayda) olaraq malınızdan infaq edin”.Yəni fəqir-füqəraya, insanlara paylayın. “Kim nəfsinin eqoist ehtiraslarından (və ya xəsisliyindən) qorunarsa”, yəni “eqoist olmazsa”, “məhz onlar, nicata (qurtuluş) qovuşanlardır”.Eqoist, tamahkar olmayan insan o qədər şirindir ki, o qədər rahatlıq vericidir ki. Eqoist, tamahkar insan da çox çətindir. Çox çətindir, çox iztirab verər.“Əgər Allaha gözəl borc versəniz”, yəni verdiyiniz hər pul, Allaha borc olaraq verirsiniz, Allah sizə onu qat-qat ödəyəcək, deyir. Məsələn, kömək, yemək, hər nə olsa.“O bunu sizin üçün qat-qat artırar və sizi bağışlayar. Allah Şəkur (şükrü qəbul edib, çox lütf edən) və Həlimdir (cəzanı verməkdə tələsməyəndir)”.Şükrü qəbul edib lütf edən Həlim, mülayim.