İçeriğe geç

Nəml surəsinin 18-20-ci ayələrinin təfsiri (1 mart 2011-ci ildəki söhbətdən)

Hörmətli Adnan Oktarın 1 mart 2011-ci ildəki müsahibəsində Nəml surəsi ilə əlaqədar verdiyi şərhlər.

Adnan Oktar: Şeytandan Allaha sığınıram. Nəml surəsi, 18. Bax gör, hz. Süleyman (ə.s)-ın qəlbi nə qədər heyvan sevgisi ilə doludur. O: “Nəhayət, onlar qarışqa vadisinə gəlib çatdıqda bir dişi qarışqa dedi: “Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və onun qoşunu özləri də bilmədən sizi tapdayıb məhv etməsinlər””. Qarışqalar hz. Süleyman (ə.s)-ın sözünü dinləyir, qarışqalarla əlaqə quran bir gücə sahibdir, yəni Allah qarışqaların da insanların dilindən anladığını göstərir. Bu xüsusi elmdir, təbii ki, bunun hz. Mehdi (ə.s)-a işarə Kim_demi_Kediler_ve_kpekler_yan_yana_durmaz_diyeedən tərəfi də var. Lakin burada hz. Mehdi (ə.s)-ın ta həşəratlara qədər sevgi göstərəcəyi görülür. Heyvan sevgisinin nə qədər əhatəli olduğu aydın olur. “Süleyman qarışqanın bu sözünə gülümsədi”.

Bax bu da bir sevgi əlamətidir, qarışqaya qarşı şəfqətin bir əlamətidir, ona olan sevgi ona sevinc verir. “Və dedi: “Ey Rəbbim! Mənə həm mənim özümə, həm də ata-anama verdiyin nemətə şükür etmək üçün””, bax, “ata-atama verdiyin nemətə şükür etmək”. Ata-anasını sevməsi, nemətə şükür etməsi, Allah buna diqqət çəkmişdir. “Razı qalacağın saleh əməl etmək üçün ilham ver“. Yəni etdiyim hər cür gözəl fəaliyyəti, hər şeyi sənə borcluyam sən mənə etdirirsən ey Rəbbim deyir, Sən yaradırsan, mən etmirəm deyir.

Hər cür müsbət, yaxşı rəftarı Sən edirsən ey Rəbbim deyir. Hər cür müsbət, yaxşı rəftarı Sən edirsən deyir. Doğrusu da budur. Bir insan nə edə bilər ki? Təsviri beyninin içində özü mü yaradır? Allah yaradır. “Və məni Öz mərhəmətinlə əməlisaleh qullarının arasına daxil et!” Səmimi qulların arasına daxil et. Bax, həmişə səmimiyyət istəyir görürsənmi? Saleh əməl etmək, saleh; səmimi deməkdir. Müsəlmanın ən çox üzərində dayanamalı olduğu səmimiyyətdir. Allah həmişə səmimiyyətə diqqət çəkir.

“Süleyman quşları nəzərdən keçirib dedi: “Hüdhüdü nə üçün görmürəm? Yoxsa o itənlərdən oldu?”” Hz. Süleyman (ə.s)-ın eyni zamanda hərbi nizam-intizamı da əhəmiyyətli hesab etdiyini görürük, çünki nəzarət edir. Deməli, dövlət idarəçiliyində nəzarət əhəmiyyətlidir, buna diqqət çəkilir və kəşfiyyat fəaliyyətlərində cinlərdən də istifadə edilə biləcəyini anlayırıq. Hüdhüd Allahualəm cindir, yəni quş görünüşündəki bir cindir. Təbii ki, doğrusunu Allah bilər. Çünki imanla mükəlləf olduğuna görə; quş imanla mükəlləf olmaz. Lakin burada imanla mükəlləf olduğu aydın olur.

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz