Hörmətli Adnan Oktarın 1 mart 2011-ci ildəki müsahibəsində Nəml surəsi ilə əlaqədar verdiyi şərhlər.
Adnan Oktar: Şeytandan Allaha sığınıram. Nəml surəsi, 18. Bax gör, hz. Süleyman (ə.s)-ın qəlbi nə qədər heyvan sevgisi ilə doludur. O: “Nəhayət, onlar qarışqa vadisinə gəlib çatdıqda bir dişi qarışqa dedi: “Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və onun qoşunu özləri də bilmədən sizi tapdayıb məhv etməsinlər””. Qarışqalar hz. Süleyman (ə.s)-ın sözünü dinləyir, qarışqalarla əlaqə quran bir gücə sahibdir, yəni Allah qarışqaların da insanların dilindən anladığını göstərir. Bu xüsusi elmdir, təbii ki, bunun hz. Mehdi (ə.s)-a işarə edən tərəfi də var. Lakin burada hz. Mehdi (ə.s)-ın ta həşəratlara qədər sevgi göstərəcəyi görülür. Heyvan sevgisinin nə qədər əhatəli olduğu aydın olur. “Süleyman qarışqanın bu sözünə gülümsədi”.
Bax bu da bir sevgi əlamətidir, qarışqaya qarşı şəfqətin bir əlamətidir, ona olan sevgi ona sevinc verir. “Və dedi: “Ey Rəbbim! Mənə həm mənim özümə, həm də ata-anama verdiyin nemətə şükür etmək üçün””, bax, “ata-atama verdiyin nemətə şükür etmək”. Ata-anasını sevməsi, nemətə şükür etməsi, Allah buna diqqət çəkmişdir. “Razı qalacağın saleh əməl etmək üçün ilham ver“. Yəni etdiyim hər cür gözəl fəaliyyəti, hər şeyi sənə borcluyam sən mənə etdirirsən ey Rəbbim deyir, Sən yaradırsan, mən etmirəm deyir.
Hər cür müsbət, yaxşı rəftarı Sən edirsən ey Rəbbim deyir. Hər cür müsbət, yaxşı rəftarı Sən edirsən deyir. Doğrusu da budur. Bir insan nə edə bilər ki? Təsviri beyninin içində özü mü yaradır? Allah yaradır. “Və məni Öz mərhəmətinlə əməlisaleh qullarının arasına daxil et!” Səmimi qulların arasına daxil et. Bax, həmişə səmimiyyət istəyir görürsənmi? Saleh əməl etmək, saleh; səmimi deməkdir. Müsəlmanın ən çox üzərində dayanamalı olduğu səmimiyyətdir. Allah həmişə səmimiyyətə diqqət çəkir.
“Süleyman quşları nəzərdən keçirib dedi: “Hüdhüdü nə üçün görmürəm? Yoxsa o itənlərdən oldu?”” Hz. Süleyman (ə.s)-ın eyni zamanda hərbi nizam-intizamı da əhəmiyyətli hesab etdiyini görürük, çünki nəzarət edir. Deməli, dövlət idarəçiliyində nəzarət əhəmiyyətlidir, buna diqqət çəkilir və kəşfiyyat fəaliyyətlərində cinlərdən də istifadə edilə biləcəyini anlayırıq. Hüdhüd Allahualəm cindir, yəni quş görünüşündəki bir cindir. Təbii ki, doğrusunu Allah bilər. Çünki imanla mükəlləf olduğuna görə; quş imanla mükəlləf olmaz. Lakin burada imanla mükəlləf olduğu aydın olur.