Hörmətli Adnan Oktarın 1 mart 2011-ci ildəki müsahibəsində Yusif surəsi ilə əlaqədar verdiyi şərhlər.
Adnan Oktar: Yusif surəsi, 87. Şeytandan Allaha sığınıram. “Ey oğullarım! Gedin Yusif və qardaşından (ətraflı araşdırma aparıb) bir xəbər gətirin və Allahın mərhəmətindən ümidinizi üzməyin. Çünki Allahın mərhəmətindən ancaq kafirlərini ümidlərini kəsər”. Biz də nə etməliyik? Hz. Mehdi (ə.s) və qardaşından ətraflı araşdırma apararaq bir xəbər gətirəcəyik, araşdıracağıq. Allahın mərhəmətindən ümid kəsməyəcəyik, çünki Allahın mərhəmətindən təkcə kafirlər ümid kəsər. Axırzamana baxan şərhi bu şəkildə olar. “Beləliklə, Onun (Yusifin) yanına girdikdə dedilər: “Ey vəzir! Bizə və ailəmizə böyük darlıq üz verdi””.
Bax, o dövrdə də bir iqtisadi böhran meydana gəlmiş, hz. Yusif (ə.s) dövründə, yeddi illik. İndi də, hazırda da yeddi illik iqtisadi böhran var. “Ey vəzir! Bizə və ailəmizə böyük darlıq üz verdi. əhəmiyyətsiz bir sərmayə gətirdik. Artıq bizə ölçünü tam elə və sədəqə də ver”. Bu hz. Mehdi (ə.s)-ın malı bol-bol paylamasına işarə edən bir Quran ayəsidir. “Şübhəsiz ki, Allah sədəqə verənləri mükafatlandırar”. O (Yusif) dedi: “Cahil olduğunuz zaman, Yusifə və qardaşına nələr etdiyinizi bilirsinizmi?”” Hal-hazırda da, məsələn, bir çox cahil insan, hz. Mehdi (ə.s)-a və hz. İsa (ə.s)-a qarşı əks rəftar alıblar. “Cahil olduğunuz zaman”, hz. Mehdi (ə.s)-a və hz. İsa (ə.s)-a qarşı hazırda, şərh kimi izah edirəm “nələr etdiyinizi bilirsinizmi?”
Onlar dedilər: “Sən həqiqətən də Yusifsən, sənsən elə mi?” Bax öz qardaşlarını tanımaqda çətinlik çəkirlər. Daha əvvəl tanıdıqları halda, görünüşünü bildikləri halda tanımaqda çətinlik çəkirlər. Hz. Mehdi (ə.s)-ın da görünüşünü, hər şeyini bildikləri halda, hz. Mehdi (ə.s)-ı tanımaqda çətinlik çəkəcəklər, Quran buna işarə edir. “Sən həqiqətən də Yusifsən?” Deməli, hz. Mehdi (ə.s)-da da insanlar şübhəyə qapılacaqlar, həqiqətən hz. Mehdi (ə.s)-dır mı deyə şübhəyə qapılacaqlar. “Sənsən elə mi? O dedi: “Mən Yusifəm, bu da qardaşımdır. Allah bizə lütf etmişdir””. Allah hz. Mehdi (ə.s) və hz. İsa (ə.s)-a lütf edəcək, inşaAllah. “Həqiqət budur ki, kim çəkinsə və səbir etsə”, halal və harama diqqət yetirsə “və səbir etsə” səbir nə deməkdir? Uzun zamana baxmayaraq, gözəl əxlaqda qətiyyətli və israrlı olmaq.
“Səbir etsə. Şübhəsiz ki, Allah yaxşı iş görənlərin qarşılığını boşa çıxartmaz”. Hz. Mehdi (ə.s)-ın səyləri, hz. İsa Məsih (ə.s)-ın səyləri boşa çıxmayacaq, müsəlmanların səyləri boşa çıxmayacaq. Dünyada da qarşılığını alacaqlar, axirətdə də qarşılığını alacaqlar, inşaAllah. “Onlar: “Allah adına, heyrət, Allah həqiqətən də bizə qarşı səni seçmişdir” dedilər”. Hz. Mehdi (ə.s)-a da təəccüblənirlər. Yəni Allah onu niyə seçdi, o insanı, deyir. Bizim şeyximizi, bizim mürşidimizi, bizim məmləkətdən, bizim ətrafdan, bizim təriqətdən birini deyil, əksinə niyə hz. Mehdi (ə.s)-ı seçdi deyə şübhəyə qapılacaqlar və qəribə etirazlar edəcəklər, Quran buna da işarə edir. Bax:
“Onlar: “Allah adına heyrət, Allah həqiqətən də bizə qarşı səni seçmişdir” dedilər”. Allah niyə səni seçdi, deyir. Peyğəmbərimiz (s.ə.v)-ə də təəccüblənmişdilər. Allah niyə onu seçdi, Allah niyə iki böyük şəhərin nüfuz sahiblərindən birini deyil, əksinə onu seçdi deyə təəccübləniblər. “Həqiqətən biz də, xəta edənlərdən olmuşuq”. Deməli, sonunda hz. Mehdi (ə.s) əleyhdarları bunu, yəni xəta etdiklərini qəbul edəcəklər, Quran ona işarə edir. “O (Yusif) dedi: “Bu gün siz sorğu-sula olunmayacaq və qınanılmayacaqsınız””. Hz. Mehdi (ə.s)-ın intiqam almayacağı aydın olur, Quranın işarəsindən. Yəni pislik edənlərdən intiqam almağın uyğun olmayacağı aydın olur. “Sizi Allah bağışlasın!” Lakin bax burada çox mənalı bir şey söyləyir. “Mən bağışladım, lakin sizi əsil Allah bağışlasın” deyir. Əsas məsələ budur. Allah bağışlamasa bitdi.
Məsələn, Allah hətta Peyğəmbərimiz (s.ə.v)-ə: “Sən onlar üçün yetmiş dəfə bağışlanma diləsən də, yenə Allah onları bağışlamaz” deyir. Allah bağışlamasa bitdi. Bunu deyim ki, insanın bağışlaması heç nəyi dəyişdirməz. “O, mərhəmətlilərin (ən) mərhəmətlisidir”. Bəzi insanlar vardır, haşa Allaha mərhəmət öyrətməyə cəhd edər haşa, elə deyil? Cəhənnəm nəyə lazımdır, mən olsam haşa cəhənnəm meydana gətirməzdim kimi, şeytani və axmaq üslubdan istifadə edir. Onsuz da cəhənnəmin gərəyi buradan aydın olur, sənin bu ədabazlığı etməyindən aydın olur. Sən bu qədər ədabaz və ədəbsizsənsə, deməli, həyatının hər anında belə ədabaz və ədəbsizsən. Orada Allaha xəyanət edirsənsə, hər kəsə xəyanət edərsən.
Allaha qarşı, haşa, belə həyasız üslubdan istifadə edirsənsə, hər kəsə qarşı bundan istifadə edə bilərsən. “Bu köynəyimi aparıb atamın üzünə çəkin. Gözləri yenə görməyə başlayar. Bütün ailənizi də mənim yanıma gətirin”. Burada da hz. Mehdi (ə.s)-ın bədəninin, varlığının, insanların bir çox xəstəliyinə də xeyirli gələcəyini anlayırıq. İnsanlar ruhi xəstəliklərdən, dolayısilə bütün xəstəliklərdən xilas olacaqlar. Bir çox xəstəliyin səbəbi psixolojidir. Hz. Mehdi (ə.s) insanlarda çox yüksək psixoloji əhval, çox böyük sevinc və yaz havası meydana gətirəcəyi üçün, insanlardakı o psixoloji mahiyyətli şiddətli təzyiq aradan qalxacaq.
Dolayısilə çox sağlam olacaqlar. Gözlərində xəstəlik olanların gözləri sağalacaq. Başqa xəstəliyi olanlar da sağalacaq. Hz. Mehdi (ə.s.) dövründə xəstəliklər geniş miqyasda sağalacaq. Cəmiyyətdəki ümumi psixoloji rahatlıq insanların bədənlərində də əks olunacaq. Çünki, məsələn, baş ağrılarının səbəbi sıxılmadır. Bir çox insanın baş ağrılarının, məsələn, miqrenlərinin səbəbi sıxılmaqdır, həyatdan bezməkdir, yorulmaqdır. Hz. Mehdi (ə.s) dövründə bunlar aradan qalxacağı üçün, insanlar, məsələn, miqren hiss etməyəcəklər, baş ağrısı hiss etməyəcəklər. Misal üçün qrip xəstəliyi, o, bu, filan da, onlar da, əhval-ruhiyyə pozulduqda, immunitet sistemi zəiflədiyi üçün, insanlar asanlıqla xəstələnir. Şən bir insan asanlıqla xəstələnməz.
Məsələn, bədəndə əmələ gələn şişlər, bunlar həmişə əhval pozğunluğundan yaranar, çoxu. Məsələn, yırtıqlar, bel yırtıqları həmişə əsəbdəndir, boyun yırtığı, şiddətli gərginlikdən və şiddətli iztirabdan meydana gələr bunlar. Məsələn, vərəm olması, hətta filmlərdə belə yerli filmlərdən məlumatınız var, kədərlənən insan sonunda vərəm olar. Hətta deyərlər, adamı vərəm edirsən filan deyərlər, çünki bədənin müdafiə sistemi zəifləyər bundan sonra mikrob üçün əlverişli hala gələr bədən. Hz. Mehdi (ə.s) elə şən, elə canlı, elə dinamik bir cəmiyyət meydana gətirir ki, cəmiyyət artıq xəstələnmir, az hallarda xəstələnmir. Çox nadir hallarda xəstələnən tapılır. 93-cü ayə buna işarə edir.
Bax: “Bu köynəyimi aparıb atamın üzünə çəkin. Gözləri yenə görməyə başlayar. Bütün ailənizi də mənim yanıma gətirin”. Hər kəsə sahib çıxdığını da göstərir ayədə. Hz. Mehdi (ə.s)-ın hər kəsə, hər insana sahib çıxacağına, mərhəmətli olacağına işarə edir. Yusif surəsi başdan-sona qədər mehdiyyətdən bəhs edər. Hz. Süleyman (ə.s)-ın hekayəsi də mehdiyyətdən bəhs edər, hz. Zülqərneyn (ə.s) hekayəsi də, Kəhf surəsi də mehdiyyətdən bəhs edər. Mehdiyyət dünyanın ən böyük hadisələrindən biridir, ən böyük hadisədir. Çünki bütün peyğəmbərlər bunu söyləyir, ən böyük hadisədir deyir dəccaliyyət, gəlib-keçmiş ən böyük hadisədir. Ən böyük hadisəyə qarşı da ən böyük əks hücum olur, ən böyük təmizlik edilir.
Bunu da, məhz hz. Mehdi (ə.s) edir. Təbii ki, mənəvi cəhətdən Peyğəmbərimiz (s.ə.v)-in dünyaya gəlişi və peyğəmbərliyi ən böyük hadisədir, lakin dünya səviyyəsində olması baxımından, ən böyük hadisə mehdiyyət dövründəki hadisədir, yəni əhatə baxımından ən böyük hadisə odur. Mənəvi cəhətdən ən böyük hadisə Peyğəmbərimiz (s.ə.v)-dir.
“Karvan (Misirdən) ayrılmağa başladığı zaman, ataları dedi: “Əgər məni ağılsız saymırsınızsa, inanın ki, Yusifin qoxusunu burnumda hiss edirəm””. “Karvan Misirdən ayrılmağa başladığı zaman”, deməli, bəzi yaramaz insanlar, bəzi səhv insanlar Misirdən ayrılacaq, çünki o zamanlar qardaşları yaramaz rəftar göstərəcək. Bax gör Allah nə deyir: “Karvan (Misirdən) ayrılmağa başladığı zaman”. Hazırda həmin karvan Misirdən ayrıldı, deyil mi? Tanınmış dəstə, sağsağanın dəstəsi. “Ataları dedi: “Əgər məni ağılsız saymırsınızsa””, deməli, Axırzamanda bəzi böyük mücəddidlərə, bəzi böyük alimlərə ağlını itirmiş insan rəftarı ediləcək.
Sanki ağlını itirmiş kimi bir üslubdan istifadə edəcək bəzi tərbiyəsizlər, bəzi ədəbsizlər. Çünki yaşı irəlilədikdə bəzi insanlardan şübhə edilir, məsələn, görəsən ağlını itirib mi və s. kimi. Lakin böyük mürşidlər və böyük alimlər ağlını itirməz. Lakin bəzi özünü bilməz insanlarda bunu görürük, bəzi cahillərdə, məlum. “Əgər məni ağılsız saymırsınızsa, inanın ki, Yusifin qoxusunu burnumda hiss edirəm”. Deməli, hz. Mehdi (ə.s) daha əvvəldən hiss ediləcək, onun qoxusu daha əvvəldən hiss ediləcək və həmçinin hz. Mehdi (ə.s)-ın da gözəl qoxusu olduğuna da işarə var burada, inşaAllah. Lakin bu cür hadisələrdə zühurundan əvvəl qoxusunun gəldiyi, əlamətlərinin meydana gəldiyi aydın olur.
Qoxusu əlamətlərinə işarədir, inşaAllah. “Allaha adına, heyrət”. Bax, hər şeydə Allahın adından istifadə edirlər. “Allah adına heyrət, Allah həqiqətən də bizə qarşı səni seçmişdir”. Bax, həmişə də övliya havasındadırlar görürsünüzmü? Hər dəfə cinayət işlədikləri vaxt da, həmişə Allahın adından istifadə edirlər. Allah: “Şeytan sizi əsla Allahın adı ilə aldatmasın” deyir. “Onlar: “Allah adına heyrət, sən hələ də köhnə yanlışlığından əl çəkməmisən” dedilər”. Halbuki, Peyğəmbərdir bu insan, yanlışlığı da yoxdur. Keçmişdəki yanlışlığından əl çəkməmisən deyirlər.
“Müjdəçi gəlib onu (köynəyi) üzünə çəkən kimi”, hz. Mehdi (ə.s) dövründə də müjdəçi olmaq çox əhəmiyyətlidir. Peyğəmbərimiz (s.ə.v) nə deyir? “Mehdi ilə müjdələnin” deyir. Bu müjdə insanların qəlbini rahatlıq bəxş edər. Axırzamanda müjdəçilər var. Mən də müjdəçiyəm, sən də müjdəçisən, bizi sevən hər kəs müjdəçidir. “Müjdəçi gəlib onu (köynəyi) üzünə çəkən kimi, gözü görməyə başlayaraq, sağaldı”. Sevinc gəlir. Deməli, yenidən İslama qovuşmağın sevinci, yenidən gözəlliyə qovuşmağın sevinci insanlarda heyrətamiz canlanmaya səbəb olacaq. Buradakı köynək İslamın yenidən qayıtmasına işarə edən bir hadisədir.
Peyğəmbərimiz (s.ə.v)-in hırkası və köynəyi tapıldıqda, bütün cəmiyyətdə böyük mənəvi inqilab olacaq, buna işarə edir. Böyük həyəcan meydana gələcək, inşaAllah və cəmiyyət maddi, mənəvi sağlamlığına qayıdacaq, inşaAllah. “Yaqub dedi, yəni İsrail, Yaqubun digər adı İsraildir. Yaqub (ə.s) belə dedi: “Məgər sizə, Allahdan gələn vəhy sayəsində bilmədiklərinizi bildiyimi demədim?” Bəzi insanlar mürşidlərə, alimlərə və ya xüsusilə hz. Mehdi (ə.s)-a zahir gözüylə baxdıqda anlaya bilməzlər. Bax gör nə deyir: “Məgər sizə, Allahdan gələn vəhy sayəsində bilmədiklərinizi bildiyimi demədim?” Çünki xüsusi elmə sahibdir, xüsusi elmə sahibdir. Deməli, peyğəmbərlər xüsusi elmə sahib olurlar. Bəzi vəlilər xüsusi elmə sahib olurlar. Zahirə baxan aldanar.
“Onlar dedilər: “Ey atamız! Allahdan bizim günahlarımızın bağışlanmasını dilə. Doğrudan da, biz xəta edənlərdən olmuşuq””. Deməli, ən sonunda, bunu deyəcəklər. Hz. Mehdi (ə.s) əleyhdarları ən sonunda xəta etdiklərini, səhv etdiklərini qəbul edəcəklər. “O dedi: “İrəlidə Rəbbimdən sizin üçün bağışlanma diləyərəm””. Baxın Peyğəmbər dərhal bağışlanma diləmir, çünki baxacaq, rəftarlarına baxacaq, səmimi iman gətirdiklərinə qənaət gətirsə bağışlanma diləyəcək. Çünki bağışlanma istənildikdə bağışlanma dilənməz. İnsan həqiqətən düzəldisə vicdani qənaəti gələcək, ondan sonra bağışlanma dilməlisən.
O da dürüst olduğu üçün nə deyir: “İrəlidə Rəbbimdən sizin üçün bağışlanma diləyərəm”. Çünki qənaəti gəlməmişdir. “Çünki, O, Bağışlayandır, Rəhmlidir” dedi. Beləliklə onlar gəlib Yusifin yanına daxil olduqda, o, ata-anasını bağrına basdı. Deməli, sevgidə sarılma var, bağrına basma var. Sevgi ifadəsidir, qəlbdən-qəlbə məhəbbət keçər. “Həmçinin: “Allahın istəyi ilə Misirə əmin-amanlıqla daxil olun!”” Deməli, Misir, İslam aləmi əmin-amanlığa qovuşacaq, İslam dünyaya hakim olacaq. Əmin-amanlıqla daxil olun nə deməkdir? Əmin-amanlıq, hər yer aydınlıq. Hz. Mehdi (ə.s) dövründə bir qadın təkbaşına Şama qədər gedəcək, əmin-amanlıq içində olacaq deyir, hədisdə açıqca ifadə edilmişdir. Məhz bu ayə ona işarə edir.