İçeriğe geç

Yarasa qanadlarındakı incə əzələlər qanad dərisinin güclənməsinə kömək edər

Yarasa qanadlarındakı incə əzələlər qanad dərisinin güclənməsinə kömək edər

Uçuş vaxtı, yarasaların qanad dərilərində gizlənmiş saç teli incəliyindəki əzələlər, qanadların sərtliyini və qanad çırpma vaxtı, müxtəlif nöqtələrdə qanadın əyilməsini dəyişdirməyə xidmət edər.

Yeni tədqiqatlar yarasaların qanad dərisi üzərində eynilə bir tor kimi əmələ gəlmiş saç teli incəliyindəki əzələlərin uçarkən qanadların forma və sərtliyini formalaşdırdığını göstərdi. Bu tapıntılar pərdə formalı qanadların həssas aerodinamik quruluşu barəsində yeni məlumatlar əldə etməyimizi təmin etdi.

Braun Universitetinin Biologiya fakültəsindən Yorn Çeyni (Jorn Cheney) bu fiziki möcüzəni bizə belə açıqlayır:

“Aerodinamik performans qanadın formasından asılıdır. Uçuş başladığı vaxt, pərdə qanadların forması düz ola bilər, lakin yüksəlmə başladıqca düz qalmaz. Aerodinamik yük müqabilində forma dəyişdirməli olacaq”.

“Qanadın aldığı forma və bucaq heyvanın yerə çırpılması kimi, böyük risk və ya çox müvəffəqiyyətli bir nəticə ilə nəticələnə bilməsi baxımından çox əhəmiyyətlidir. Yarasa qanadlarındakı əzələlər sümüklərin ümumi formasını da idarə edə bildiyi üçün çox sayda forma ala bilir”.

Saç teli qalınlığındakı bu əzələlərin mövcudluğunun (plagiopatagiales) yüz ildən daha uzun müddətdir ki, məlum olmasına baxmayaraq, funksiyalarının nə olduğu tam ortaya çıxarılmamışdı.

Çeyni (Cheney) əzələlərin qanada forma verməkdə qeyri-kafi qalacağını düşünürdü. Çeyniyə (Cheney) görə iki ehtimal vardı. Ya əzələlər birlikdə aktivləşib güc meydana gətirir ya da müxtəlif formalı zəif əzələlər təkcə gərilmə reseptorları kimi vəzifə yerinə yetirirdi.

Sualın cavabını təcrübələr göstərəcəkdi. Çeyni (Cheney) Yamayka meyvə yarasasının (lat. artibeus jamaicensis) qanadlarındakı əzələlərin bir hissəsinə reseptorlar yerləşdirdi və laboratoriyanın külək tunelində uçuşunu lentə aldı.

Məlumatlar əsasında üç müxtəlif şey müəyyənləşdi və hamısı plagiopatagiales əzələlərinin dərinin sərtliyinə təsir etdiyini göstərirdi. Əzələlər aşağı çırpılarkən sərtləşir, yuxarı çırpılarkən boşalırdı.

Təcrübə nəticələrini qiymətləndirən Braun Universitetindən Biologiya professoru Sharon Swartz: “Bu tipik qanad çırpma hərəkəti yarasaların əzələlərini uçuş vaxtı açıq və bağlı vəziyyətə gətirdiklərini göstərir” deyərək nəticəni təsdiqləmişdir.

yarasa-nedir-01Müəyyənləşdirilən digər bir şey də, əzələlərin tək və ayrılıqda hərəkət etmədikləridir. Bunun əvəzinə birlikdə və eynivaxtda hərəkət edərək, qanadın sərtləşməsi üçün, birlikdə toplu güc tətbiq edirlər.

Nəhayət, Çeyni (Cheney) fərqli uçuş sürətləri və zamanlamanın əzələləri aktivləşdirdiyini müşahidə etdi; yarasalar sürətlənərək uçduqları vaxt, əzələlər yuxarı və aşağı vuruşlar əsnasında daha sürətlə gərilirdilər. Məhz müəyyənləşdirilən bütün bu şeylər, əzələlərin passiv vəziyyətdə hərəkət etmədiklərini, (uçuş şərtlərinə uyğun) aktiv və toplu hərəkətlər etdiklərini göstərmişdir.

Bir heyvanın ona uçuş bacarığı, manevr qabiliyyəti və güc qazandıran əzələ quruluşu və funksiyaları daxil olmaqla, yaşadığımız müddətcə qarşımıza çıxan hər şey Rəbbimiz tərəfindən mənən “oxumalı olduğumuz” üçün, bizə göndərilən mesaj xüsusiyyəti daşıyır. Öyrənilən hər yeni məlumat, düşünmək, həmd etmək, Rəbbimizin elm və sənətini daha dərin qavrayıb, Ona yaxınlaşmaq üçün bir vasitədir.

Allah bir Quran ayəsində belə bildirir:

İnsanlardan, heyvanlardan və davarlardan da rəngləri belə müxtəlif olanlar var. Qulları arasında isə, Allahdan, təkcə alim olanlar “içləri titrəyərək qorxar”. Şübhəsiz, Allah, üstün və güclü olandır, bağışlayandır. (Fatir surəsi, 28)

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz