Hörmətli Adnan Oktarın 25 fevral 2011-ci ildəki müsahibəsində Nəhl surəsi ilə əlaqədar verdiyi şərhlər.

Adnan Oktar: Şeytandan Allaha sığınıram. Nəhl surəsi 94; andlarınızı aranızda pozuculuq vasitəsinə çevirməyin”. Məsələn; “bundan sonra əgər səninlə görüşsəm, and içirəm bir daha görüşməyəcəyəm” deyir. Yaxud; “and içirəm sənin yanında bu yeməyi yeməyəcəyəm. Yaxud and içirəm sənin yanında musiqi dinləməyəcəyəm” deyir. Allah: Andlarınızı aranızda pozuculuq vasitəsinə çevirməyin”. Bu cür and haramdır. Belə and yoxdur. Yoxsa ayağınız möhkəm dayanmış ikən sürüşər, yəni ki Allah: “Azarsınız” deyir.  “Və Allah yolundan döndərdiyinizə görə əzabı dadarsınız”.

Yəni ki Allah: “Bəla verərəm” deyir. “Böyük əzab da sizin üçündür”. Allah: “Belə and olmaz” deyir. Dostluğunuzu pozan, sevginizi pozan and olmaz. Məsələn, bir daha görüşməyəcəyəm deyə and içir, olmaz. “Allahın əhdini ucuz qiymətə satmayın”. Yəni ki Allah: “Kiçik mənfəətlər üçün belə andlar içməyin” deyir. “Əgər bilsəniz, Allah qatında olan sizin üçün daha xeyirlidir. Yanınızdakılar tükənər, Allahın qatında olan isə daimidir.

Yəni mal da, pul da tükənər. Lakin, Allah qatında olan heç cür bitməz deyir. Əsla bitməz. Allah: Biz, səbir edənlərin əməllərinin qarşılığını etdiklərinin ən gözəli ilə, mütləq, onlara verəcəyikdeyir. Biz, səbir edənlərin əməllərinin qarşılığını etdiklərinin ən gözəli ilə, mütləq, onlara verəcəyik. Əbcədi 2015-ci ili verir, inşaAllah.

Mehdiyyətə işarə edən bir ayədir. İstər kişi, istərsə də qadın olsun, mömin olaraq kim yaxşı bir əməl işləsə”, yəni səmimi bir rəftar göstərsə, səmimi bir ibadət, səmimi bir gözəllik etsə, “Biz onu mütləq gözəl həyatla yaşadarıq”. Baxın, Quran böyük bir möcüzədən bəhs edir. İndi diqqət yetirin;istər kişi, istərsə də qadın olsun, mömin olaraq kim yaxşı bir əməl işləsə”, yəni səmimi olaraq yaşasa, İslamı, Quranı səmimi olaraq yaşasa, təkcə bu qədər.

Baxın, Allah bir möcüzədən bəhs edir. “Biz onu mütləq gözəl həyatla yaşadarıq”. “Zəngin, bərəkətli, bol, sağlam gözəl həyatla yaşadarıq” deyir. Allah: “Kim olursa olsun bunu edərəm” deyir. Bu bir möcüzədir. O: “Dinlə, imanla, maşaAllah və inşaAllah ilə həyat olmur” deyir. Allah nə deyir bax; mömin olaraq kim yaxşı bir əməl işləsə, Biz onu mütləq gözəl həyatla yaşadarıq”. cennet-300x247Təbii ki, möminin məqsədi Allah rizası üçün yaşayarkən pul gəlsin, marka gəlsin, rahatlıq tapım deyil. Lakin Allah yolunda səmimi olan hər insan, baxın, diqqət yetirin, söyləyirəm, mütləq zəngin, gözəl, bərəkətli, sağlam, dinc və gənc həyat yaşayar. Baxın, belə bir möcüzə var. İnsanların böyük əksəriyyətinin belə bir möcüzədən xəbəri yoxdur. Bu dəqiqdir, qəti ayədir, açıq hökmdür. Amma bax, tamamilə Allaha özünü həsr etməlidir, səbir etməlidir, həqiqi mənada Allaha bağlı olmalıdır. Allah:

“Gözəl həyatla yaşadaram” deyir. Allahın qanunudur, bu mütləq olar. “Və onların əməllərinin qarşılığını, etdiklərinin ən gözəli ilə mütləq verərik”. Allah: “Cənnətdə də ən gözəlini verərəm” deyir. Allah onlardan razı olmuş olur, inşaAllah. “Elə isə Quran oxuduğun zaman, qovulmuş şeytandan Allaha sığın”. Mən həmişə Allaha sığınıram deyirəm ki ha, Quranı, bu Allahın əmri olduğu üçün, xatırlatmaq üçün söyləyirəm.

Möhkəm ayədir; “Quran oxuduğun zaman, qovulmuş şeytandan Allaha sığın”. Həqiqət budur ki, iman gətirənlər və Rəblərinə təvəkkül edənlər”, baxın iman edir, sonra da hər şeyi ilə özünü Allaha təslim edir. Xəstəmi olar, ölərmi? “Nə olursa olsun, mən Sənə təsliməm” deyir. “Rəblərinə təvəkkül edənlər üzərində onun (şeytanın) heç bir zorlayıcı gücü yoxdur”. Təzyiq göstərə bilmir şeytan, müsəlmanda iztirab, sıxıntı, narahatlıq meydana gəlmir.

“Onun zorlayıcı gücü”, yəni şeytanın zorlayıcı gücü,” şeytan kimə təsir edir. Baxın, Allah bunu açıqlayır; “ancaq onu vəli tutanlara, yəni belə Allahı tərk etmiş, darvinist, materialist olmuş, şeytana təslim olmuş insana. “Onu vəli tutanlar və onunla Ona (Allaha) şərik qoşanlar üzərindədir”. Allah: “Müşriklərin üzərindədir” deyir. Şeytan müşriklərə yapışır. Bir də Allahı inkar etmiş, azmış tiplərə, onlara yapışır şeytan. Məsələn, gördünüz, insan müşrikdir, azır. Allah rüsvay edir. Hansı vəziyyətlərə düşdüyünü gördünüz.