Hörmətli Adnan Oktarın 22 fevral 2011-ci ildəki müsahibəsində Kəhf surəsi ilə əlaqədar verdiyi şərhlər.
Adnan Oktar: Quranı oxuyan qardaşlarımız, Qurana bir mehdiyyət gözüylə baxsınlar, diqqətli baxsalar başından sonunacan mehdiyyətdən bəhs edildiyini görəcəklər. Həmişə mehdilərlə dəccalların mübarizəsindən bəhs edir, hara baxırsanız baxın. Baxın, bura baxıram yenə, Kəhf surəsi, şeytandan Allaha sığınıram, 65-ci ayə: “Tam o əsnada Öz tərəfimizdən rəhmət bəxş etdiyimiz” Allahın rəhmətinin istənilməsi çox əhəmiyyətlidir. “Rəhman və Rəhim olan Allahın adı ilə” deyilir. “Və özünə elm öyrətdiyimiz”, “mən elm adamıyam” deyirlər. Heç bir elm adamı, elm adamı ola bilməz. Allahın verdiyi elmlə, elm adamı görünüşündə təcəlli edir. “Qullarımızdan bir qula rast gəldilər”. Allah adını vermir, Allah: “Xızır” demir. Amma bax; “qullarımızdan bir qula“, əbcədi tam 2010-ci ili verir.
“Musa Ona: “Doğru yol olaraq sənə öyrədiləndən mənə öyrətmək şərtilə sənə tabe ola bilərəmmi?” dedi”. Bir kərə mürşidin, öyrədən insanın doğru yolu öyrətməsi əhəmiyyətlidir. Biz ona mürşid deyirik. Yoxsa bundan savayı, tabe olunacaq bir tərəfi olmaz. Yəni mürşiddə axtarılan şey nədir? Doğru yolu öyrətməsidir. “Sənə öyrədiləndən”, bax sən bilirsən demir, “sənə öyrədilən” deyir. “Necə böyük alimdir, nə qədər böyük alimdir” deyirlər, belə demir hz. Musa (ə.s), “sənə öyrədilmiş” deyir. Çünki, elmin əsil sahibi Allahdır, Allaha istinad edir. “Sənə öyrədiləndən mənə öyrətmək şərtilə sənə tabe ola bilərəmmi?” Bu da şagirdliyin nəzakətini göstərir. Nəzakətlə yanaşır. Yəni belə: “Mənə bunu izah et, bunu mənə elə et, belə et” demir. İslami, Quranı nəzakət burada göstərilir. “O dedi: “Həqiqətən sən, mənim yanımda olmağa səbir göstərə bilməzsən”.
Bir insanın şagirdi olmaq ayrı bir mövzudur, bir insanla birlikdə yaşamaq, dost olmaq, yoldaş olmaq; onlar da çox çətindir. İnsanın biriylə birgə yaşaya bilməsi üçün, səbrə ehtiyac var, çox səbirli olmalıdır. Səbir olmadan çox rahat qopar. İnsanlar bundan ötrü birlikdə ola bilmir, dost ola bilmir, yoldaş ola bilmir, qardaş ola bilmirlər. Bax; “o dedi: “Həqiqətən sən, mənim yanımda olmağa səbir göstərə bilməzsən”. Lakin bu vəhylə bildirildiyi üçün bilir təbii ki. “(Belə olan halda) “Qavraya bilmədiyin şeyə necə səbir edə bilərsən?” Məni tənqid edən insanların da qarşılaşdığı məsələ budur. Bilmədikləri bir məlumatdan ötrü səbir edə bilmirlər. Həmişə mənə yazılar gəlir, mən bir hissəsini oxumuram; “hocam, bu insan barəsində niyə bunu deyirsən? Buna niyə bunu deyirsən?”
Hikmətini bilmirlər, təxmin edə bilmirlər. Halbuki, mən onların dediyi kimi, olmuş olsam, yəni dedikləri kimi etmiş olsam, çox böyük zərər gələr. Özlərinə də zərər gələr, İslama da zərər gələr. Əslində çox böyük ağılsızlıq edirlər. Yəni etdiyimin çox məqsədəuyğun hərəkət olduğunu xeyli sonra anlayacaqlar. Onlar kimi hərəkət etsəm, o üsulla hərəkət etsəm, müsəlmanları məhv edərdilər. Müsəlmanlar açıq hədəfdir, onları çox asanlıqla əzə bilərlər. Qavramağa çalışsınlar. Hər şeyi məndən soruşurlar, məsələn, söylənilməsində problem olmayan şeyləri söyləyim, problem olanlar da var. Bəzən də qavraya bilirlər, məsələn, bu hekayəni söylədikdə, “anladım nə demək istədiyinizi” deyirlər. “O (Musa) dedi: “İnşaAllah, məni səbir edən (biri kimi) görəcəksən. Heç bir işdə sənə qarşı çıxmayacağam“.
Mürşidə belə tabe olunar. İnsan sevdiyinə də tabe olduqda, evlilik də belədir, yəni qarşılıqlı təslimiyyət vardır. Hər şeyə qarşı çıxmaq olmaz, bir xeyir axtarılmalıdır, bir gözəllik axtarılmalıdır. “O dedi: “Əgər mənə tabe olsan, heç nə barəsində mənə sual vermə, mən sənə öyüd-nəsihətlə bəhs edib danışana qədər”. Məsələn, bax mənə həmişə sual verirlər. Başqa yerlərdə də belədir. Məsələn, müəyyən iddia ilə çıxış edən birinə, min bir cür labirintin içindən keçən, min bir təhlükənin içindən keçən bir insana, iddia ilə çıxış edən birinə, “sən bunu niyə edirsən? Niyə bunu belə edirsən?” demək məntiqli olmaz. Asandırsa, sən keç görək bu yoldan. Mənim keçdiyim yoldan bir keçsən, başın min dəfə parça-parça olardı sənin, min dəfə yəni. Heyrətamiz diqqət, heyrətamiz məharət, heyrətamiz ağıl lazımdır. Bunları da mənə Allah verir, Allah nəsib edir. Məsələn, gördüyümüz hər işdə müvəffəqiyyət qazanırıq, Allaha çox şükür.
MaşaAllah. Bir də mürşidə həmişə sual verilməz. Əgər tabe olursansa, vardır bildiyi deyərsən, tabe olarsan. Ümumiyə baxılar, ümumidən aydın olar. Mən, məsələn, Bədiüzzamanın ümumi halına baxıram, mükəmməl insandır. Məsələn, bəzi danışıqları var mənə zidd gəlir, vardır bir bildiyi deyirəm və dərhal bunu açıqlayıram, bunu niyə söylədiyini çıxardıram. Məsələn, Şeyx Nazim Kıbrısi həzrətləri, mənim çox sevdiyim bir insandır, çox mübarək insandır. Bədiüzzaman barədə belə dedi; “Risale-i Nurları aparın məzarına qoyun Bədiüzzamanın” dedi.
Nur tələbələri barəsində də xeyli ağır danışdı. Canım kimi sevirəm, mən onu ledün elmi ilə açıqlayaram, niyə onu söylədiyini açıqlayaram. Eşidən də; “Allah razı olsun, haqlısan” deyər. Batini gözlə baxmasan, görə bilməzsən. Ledün gözüylə baxsan, görərsən. İnşaAllah. O, hər hansı bir insan deyil. Bir şey söyləyən kimi, dərhal coşurlar. Qardaşım, ledün gözüylə baxdınmı? Batini gözlə baxdınmı? Yox. Əvvəla mütləq, tamam bir zahir vardır, amma bir də batini göz vardır, batinlə baxılmalıdır. Berkerim söylədiklərim barəsində nə deyirsən?
Altuğ Berker: Əstağfirullah, hocam, doğrudur. Necə ki, Şeyx Nazim həzrətlərinin, “Risalələri oxumayın” sözünü açıqlamışdınız.
Adnan Oktar: Bir hissəsini.
Altuğ Berker: Artıq hz. Mehdi (ə.s) gəldi və hz. Mehdi (ə.s) dövrü olduğu üçün, hz. Mehdi (ə.s)-ın kitablarını oxuyun mənasında olduğunun, qəbul edilməli olduğunu söyləmişdiniz, inşaAllah.
Adnan Oktar: Qardaşım, bir sözü söyləməyin yolları var. Təsirli izah edər, lakin bir hikmət vardır. Baxın, hz. Mehdi (ə.s)-ın kitabları da demir; “çox gözəl əsərlər var kənarda, görürəm çox gözəl kitablar var” deyir. Bu zaman; “onlar hansı kitablardır?” deyəcəklər. “Bu kitablardır” dedikdə, üzərinə hücum başlayar. Demir. Məsələn, bu da bir elmdir. “Çox-çox mükəmməl, çox təsiredici gözəl kitablar var” deyir. Axtar tap, o mənanı verir.
Risale-i Nuru oxuma demir ki. Lakin sənin mehdiyyətdən heç nəsibin yoxdursa, əlaqəni qoparmısansa, biz Bədiüzzamanın dövründə; “Bədiüzzamana ehtiyac yoxdur, biz Mövlana Xalidin kitablarına davam edərik” desək, çox mükəmməl kitabları var və mücəddiddir Mövlana Xalid, doğrudur, davam edə bilərsən, lakin bu anormal hərəkət olar. Bədiüzzaman olduğu halda, Mövlana Xalidin kitablarına davam edə bilməzsən. Onu oxuyarsan, istifadə edərsən, həm də Bədiüzzamanın kitablarını oxumağın lazımdır. Bədiüzzamanın kitabları da olduğu halda, hz. Mehdi (ə.s) zühur etdisə, hz. Mehdi (ə.s)-ı görməzlikdən gəlsən, xəstə olarsan. Hocamızın izah etmək istədiyi budur. Mürəkkəb bir şey yoxdur. İnşaAllah. Bu çox uzun məlumatdır, uzun izahatdır, biz hələlik bu qədərini izah etsək kafi olar.