Hörmətli Adnan Oktarın 22 fevral 2011-ci ildəki müsahibəsində Nəhl surəsi ilə əlaqədar verdiyi şərhlər.
Adnan Oktar: Şeytandan Allaha sığınıram. Baxın, Allah, Nəhl surəsinin 82-ci ayəsində belə deyir: “Sənin vəzifən ancaq açıq-aydın təbliğat aparmaqdır”. Əbcədi 1998-ci ili verir. “Sənin vəzifən ancaq açıq-aydın təbliğat aparmaqdır”. Bir dənə əbcəd verir, 1998. Nəhl surəsi, 77-ci ayə; “göylərin və yerin qeybi Allaha aiddir”. Hər cür qeyb məlumatı Allaha aiddir. “Qiyamət saatının əmri də bir göz qırpımı kimidir və ya daha tezdir. Həqiqətən, Allah hər şeyə qadirdir”. Allah: “Qiyamət də, hər an qopa bilər” deyir. Hər an qopa bilər, ona görə müsəlman hər an ayıq-sayıq və çox diqqətli olmalıdır inşaAllah.