Hörmətli Adnan Oktarın 17 may 2011-ci ildəki müsahibəsində İsra surəsi ilə əlaqədar verdiyi şərhlər.
Adnan Oktar: Bəli. İsra surəsi, 87; “doğrudan da, Onun sənə olan lütfü çox böyükdür”. Əbcədi 1980-ci ili verir.
Altuğ Berker: Hz. Mehdi (ə.s)-ın gəldiyi tarixdir, maşaAllah.
Adnan Oktar: MaşaAllah. Şeytandan Allaha sığınıram. “De: “Əgər insanlar və cinlər bu Qurana bənzər bir şey gətirmək üçün, (bir hissəsi digər hissəsinə kömək edərək) bir yerə toplaşsalar da, ona bənzərini gətirə bilməzlər””. Ərəbcə oxunduqda insanların nəfəsi kəsilir. Yəni elə mükəmməl bir ədəbi üslub və elə mükəmməl bir ahəng vardır ki, Quranın özünəməxsus bir musiqisi var; təqlidi edilə bilmir. Min dörd yüz ildən bəri çalışırlar, təqlidini etmək üçün, edilə bilmir. Elmlə tək bir xüsusda ziddiyyət təşkil etməmişdir, öz daxilində, ayələrində tək bir xüsusda ziddiyyət təşkil etmir. Bir insana; “bir kitab yaz” desən, yüz xüsusda bir-biriylə ziddiyyət təşkil edər. Onsuz da elmlə dəfələrlə ziddiyyət təşkil edər, min dörd yüz il əvvəl yazılmışdır. Əksinə; elmin müəyyənləşdirə bilmədiyi, min dörd yüz il əvvəl bilinməyən həqiqətləri o vaxtdan Quran bildirmişdir. Məsələn, maddənin yoxdan yaradılması, zamanın sonradan yaradılması, zamanın nisbi olması, kainat ilk yaradıldığı vaxt, yuxarı hissəsinin tamamilə duman və buludlarla örtülmüş olduğu kimi, elmi həqiqətləri Quran min dörd yüz il əvvəldən bildirmişdir. Nisbi fizika və müasir elm daha yeni qavradı bunları, yeni öyrəndi.
Altuğ Berker: Bir qədər əvvəl bəhs etdiniz Quranın mükəmməlliyindəndir hocam, maşaAllah.
Adnan Oktar: MaşaAllah. Quran nurdur, nur. Hər kəsin evində olması şərtdir, hər kəsin oxuması şərtdir.