Hörmətli Adnan Oktarın 16 may 2011-ci ildəki müsahibəsində İsra surəsi ilə əlaqədar verdiyi şərhlər.

Adnan Oktar: Tam uzanırlar. De: “Allah deyib çağırın, Rəhman deyib çağırın, necə çağırsanız da, hər halda ən gözəl adlar Ona məxsusdur. Namazında səsini çox ucaltma, çox da azaltma, bu ikisi arasında (orta) yol tut”. Bəzən namaz qılanlar öz səsini eşitmir, mən görürəm məsciddə, başqa yerlərdə; necə olur, yanına gəlirik, heç mümkün deyil, belə şey olarmı? Yanındakı insanın eşidəcəyi qədər olmalıdır, baxın Allah ayədə nə deyir: “Namazında səsini çox ucaltma, çox da azaltma”, heç eşidilmir və bir çox insan da bunu səhv bilir. Öz dediyini eşitmir, öz dediyini eşitməlidir, belə olmaz. Öz dediyini eşitdikdə, yanındakı insan da onu eşidər. Yanındakı insanın eşidəcəyi kimi olmalıdır.

“…Bu ikisi arasında (orta) bir yol tut. Və belə de: “Tərif (həmd), övladı olmayan, hz. İsa (ə.s) Allahın övladı deyil. “…Övladı olmayan, mülkdə ortağı olmayan və aciz qalmamaqdan ötrü yardımçıya da (ehtiyacı) olmayan Allaha məxsusdur. İnsanlar acizləşə bilirlər. Allah heç vaxt aciz olmaz, əsla yatmaz, əsla acizliyə düşməz, sonsuzdur, sonsuz gücə malikdir. “Və Onu təkbir edə bildikcə təkbir et”. Allahu əkbər, inşaAllah. “Onu təkbir edə bildikcə təkbir et”. Azanda Allah təkbir edilir, namazda təkbir edilir, inşaAllah. Ucalığını, böyüklüyünü söyləmiş oluruq, inşaAllah. Mənəvi olaraq böyük Allah, mənəvi cəhətdən. Böyük dedikdə həcm mənasında deyil.

Mənəvi cəhətdən böyükdür, çünki Allah zaman və məkandan asılı deyil. Zaman və məkan bizim üçündür, inşaAllah. Allah həm zamanın içindədir, həm xaricindədir. Həm məkanın içindədir, həm xaricindədir. Hər yeri əhatə etmişdir, təcəllisi olaraq, şəxsi deyil. Şəxsi biz heç vaxt bəlli olmayacaq. Cənnətdə də, bizə sonsuza qədər bəlli olmayacaq. Şəxsini təkcə Allahın Özü bilər. Allahın Özünü bildiyi kimi, bilmərik. Biz, Allahın bilməyimizi istədiyi qədər məlumatı alacağıq. Allahın Özünü bildiyi kimi, bilmək üçün, haşa Allah olmaq lazımdır. Təkcə Allah Özünü bilər, lakin bizə istədiyi qədər məlumat verir, bizim anlayacağımız qədər məlumat verər, inşaAllah.

Baxın, o mövzunu anlamazlıqdan gələn hoca əfəndilər Quranın bu hökmünü çox yaxşı bilməlidirlər. Deməli, Əhli kitab, yəni xristianlar və yəhudilər Quran oxunduqda, eşitdikləri zaman tamamilə səcdəyə qapanırlar. Həmçinin; “gözlərindən yaş gələr, o qədər sevinərlər” deyir Allah. Səmimi bir insanın Quranı anlamaması mümkündürmü? Nə qədər böyük nemətdir, saf vəhydən ibarət olan bir Kitaba tabe olmaq nə qədər böyük asanlıqdır. O birisində nəql etmişdir. “Sən nə deyirsən?” “Mən belə deyirəm”. Markosa görə belə, Lukaya görə belə, dörd ayrı kitab.

Dördü də bir-biriylə ziddiyyət təşkil edir. “Ortaq nöqtədə birləşirlər” deyirlər, elə şey olarmı? Qurandakı ayələr necədir? Saf vəhydir. Ziddiyyət vardırmı? 6666 ayədə heç bir ziddiyyət yoxdur. Elmlə ziddiyyət təşkil edən bir yer vardırmı? Heç yoxdur, mükəmməldir, inşaAllah. Allahın cənnət və cəhənnəm barədə verdiyi açıqlamalar necədir? Mükəmməldir. Tale mükəmməl izah edilir, hər şey mükəmməl izah edilmişdir. Yazıq, günah deyil? Sən insanlara təhrif olunmuş kitab verirsən. Bir gəncin əlinə elə bir kitab verirsən, necə anlayacaq onu, necə qavrasın?

Altuğ Berker: Quran barədə belə söyləmişdiniz: “Quran, insan ağlını və zəkasını fövqəladə inkişaf etdirən bir kitabdır. Mühakimə qabilliyyətini fövqəladə inkişaf etdirər. Çox güclü məntiqin yaranmasına səbəb olar. Quran, beyni çox sağlam vəziyyətə gətirər və insanın çox ağıllı olmasını təmin edər. Lakin Quran ayələri çox diqqətlə oxumaq, diqqətlə təfəkkür etmək və içindəki sirləri tapmağa çalışmaq lazımdır. O zaman ağıl fövqəladə dərinlik qazanar, insan ruhunda fövqəladə inkişaf baş verər” dediniz, inşaAllah hocam.

Adnan Oktar: MaşaAllah. Bəli, Quran çox böyük nemətdir, bütün dünya üçün böyük nemətdir. Qurandan uzaq olmaq çox böyük ələmdir, çox böyük əzabdır, insanlara zülm etməkdir. Bunun üçün insanların diqqətini Qurandan yayındırmaq böyük zülm olar. Doğrunu, həqiqəti qavramaq üçün Qurandan savayı bir yol yoxdur və heç bir əskiklik yoxdur, əlhamdulillah. Heç bir ayə çıxardılmamışdır, heç bir ayə əlavə edilməmişdir. Saxta bir ayə yoxdur, hamısı saf vəhydir, maşaAllah.

quran worry beads