Hörmətli Adnan Oktarın 16 may 2011-ci ildəki müsahibəsində İsra surəsi ilə əlaqədar verdiyi şərhlər.
Adnan Oktar: Bax, Allah Quranda, İsra surəsinin 107-ci ayəsində deyir ki. Şeytandan Allaha sığınıram. Dinləyən qardaşlarımız da şeytandan Allaha sığınmalıdır, onu xatırladıram. De: “İstər ona inanın”, yəni istər Qurana inanın, “…istərsə də inanmayın: O, daha əvvəl özlərinə elm verilənlərə oxunduğu zaman”, daha əvvəl özlərinə elm verilənlər kimlərdir? Xristianlar və yəhudilərdir. Nə edirlərmiş? Allah: “…Çənələrinin üstünə qapanaraq səcdə edirlər” deyir. Həqiqətən də yəhudilər və xristianlar səcdəyə üzüstə qapanırlar. Onların etdiyi səcdə, bizim səcdəmiz kimi deyil. Üzüstə uzanıb, çənəsi yerə dəyəcək şəkildə, belə uzanırlar. Baxın: “…Çənələri üstünə qapanaraq” üzü yerdə bu şəkildə, tam uzanırlar yəni, əllərini də açaraq. “Və: “Rəbbimiz ucadır! Rəbbimizin vədi mütləq yerinə yetmişdir!” deyirlər”. Allah: “Əhli kitabın Qurana münasibətləri belədir” deyir. “Çənələri üstünə qapanıb ağlayırlar və (Quran) onların huşu (hörmət dolu qorxu)larını artırır”. Qurana qarşı laqeyd olmurlar. Nə edirlər? Bax; “çənələrinin üstünə qapanıb ağlayırlar”, yəni o qədər coşurlar, Quranın həqiqətləri qarşısında “...və (Quran) onların huşu (hörmət dolu qorxu)larını artırır“. Bəziləri nə deyir? Quran xristianlara, yəhudilərə xitab etməz. Müsəlmanamı xitab edir təkcə? Təbii ki, onlara da xitab edər, hər kəsə xitab edir. Elə şey olarmı? Buddistə də, müşrikə də, hamısına xitab edər. Bütün dünyaya gəldi Quran.