Hörmətli Adnan Oktarın 16 may 2011-ci ildəki müsahibəsində Əraf surəsi ilə əlaqədar verdiyi şərhlər.
Adnan Oktar: Şeytandan Allaha sığınıram. Əraf surəsi, 105-ci ayə; “mənim üzərimdəki məsuliyyət, Allaha qarşı təkcə həqiqəti söyləməkdir”, Peyğəmbərimiz (s.ə.v): “Mən təkcə həqiqəti söyləyirəm” deyir. 104-ci ayə; “mən Rəbbinizdən sizə açıq-aydın bir dəlil gətirmişəm. Artıq İsrail oğullarını mənimlə göndər”. Hz. Musa (ə.s)-ın xitabı. “Musa dedi: “Ey Firon! Həqiqətən, mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir elçiyəm”. “Bir Peyğəmbərəm” deyir. O dövrün Mehdisi, həmin dövrün Dəccalına, bu cür deyir. “Mənim üzərimdəki məsuliyyət, Allaha qarşı təkcə həqiqəti söyləməkdir” deyir, hz. Musa (ə.s). “Mən Rəbbinizdən sizə açıq-aydın bir dəlil gətirmişəm. Artıq İsrail oğullarını mənimlə göndər“. Yəni “müsəlmanları burax, azad et, dəccallıqdan imtina et, bizə zülm etmə” deyir. 106; “O (Firon) dedi: “Əgər həqiqətən bir dəlil gətirmisənsə və doğru danışanlardansansa, o zaman onu gətir (görək)!” deyir. Baxın, Avropanın fironları, o dövrün Fironu qədər ola bilmirlər. Avropanın fironları, kitabları yandırmağa cəhd edirlər. Baxın o dövrdə Firon nə deyir? “Əgər həqiqətən bir dəlil gətirmisənsə və doğru danışanlardansansa, o zaman onu gətir (görək)!” deyir. Bunların, bunu dinləməyə belə səbirləri yoxdur. Guya dinləməsələr nə olacaq? Allahın köməyi ilə onları tamamilə əzdik, əlhamdulillah.