Hörmətli Adnan Oktarın 26 aprel 2011-ci ildəki müsahibəsindən Muminun surəsi ilə əlaqədar şərhləri.
ADNAN OKTAR: Rəhman Rəhim olan Allahın adıyla, şeytandan Allaha sığınıram. Muminun surəsi: “Həqiqətən, möminlər nicat tapmışlar!”-yəni qurtulmuşdurlar. Ürəkləri açılar, işləri yolunda gedər, dünyada, axirətdə rahatlayarlar. “O kəslər ki, namazlarında mütidirlər.” Namazlarında müsəlman ürəyini Allaha verməlidirlər, vəsvəsə ilə məşğul olmayın. Əgər görsəniz ki, vəsvəsəyə düşmüsüz, bir-iki-üç sayacaqsınız və bu bir xəstəlikdir deyəcəksiniz. Üçdən çoxdursa, bu, xəstəlikdir. O zaman (vəsvəsəyə) etibar etməməlisən. İlk ağlınıza gələn şəkli keçərlidir. İki dəfə etdim, üç dəfə etdim, dörd dəfə etdim zənni, qalib nə tərəfdədirsə, onunla bitirəcəksən. Vəsvəsəyə ehtiyac yoxdur. “O kəslər ki, namazlarında mütidirlər. O kəslərdir ki, tamamilə boş şeylərdən üz döndərirlər (sözbazlıqdan qaçırlar)”.
Yəni, dedi-qodu ilə, boş işlərlə, boş söz-söhbətlərlə vaxt keçirməzlər. Boş seriallar, dedi-qodular, bilmirəm daha nələr, bunlar insanın ürəyini sıxar, heyfslənirəm, insanın qəlbini daraldar. (Bunun əvəzinə) Qalx idman et, evini gözəl təmizlə,səliqəyə sal, bir işlə məşğul ol, ürəkaçan bir şey et, biliyini artır, bağçaya çıxıb ağacların gözəlliyinə bax, Allahın yaratdıqlarına bax. Oturub deyinmək, dedi-qodu etmək, boş işlərə, boş seriallara vaxt sərf etmək heyifdir. “O kəslərdir ki, zəkat verirlər.” Yəni kasıba, füqəraya bolluca əl tutmalıdırlar. Onlar da sevinər, sən də sevinərsən. Sevdiklərin xoşbəxt olsa, sən də xoşbəxt olarsan. Çox əl tutsan, paylasan, daha da zəngin olarsan. Paylamasan, kasıblaşarsan. Qısdıqca kasıblaşarsan.
Payladıqca zənginləşərsən. Hal-hazırdakı iqtisadi böhranın səbəbi, paylaşmamaqdan irəli gəlir. Zənginlərin kasıblara pulu paylamamağından qaynaqlanır. Paylamayınca, baxın zəngin özü də batır, özü də müflisləşir. Payla, qoy bolluca mal götürsünlər, fabriklər işləsin, sən də daha çox qazan. Daha çox qazanıb, daha çox paylasan, arxasından daha da çox qazanarsan, daha da inkişaf edərsən, inşaAllah. “O kəslərdir ki, öz cinsi orqanlarını (həmişə) qoruyurlar.” Yəni ancaq halalı ilə əlaqədə olarlar. Peyğəmbərimiz (s.ə.v)-in dövründə isə, cariyələri (sağ əllərinin sahib olduqları) və yaxud özünü hədiyyə edən (hibələri) qadınlar halalıdır, onlarla birlikdə ola bilər. “Zövcələri və sahib olduqları cariyələr istisnadır. Onlar (buna görə heç) qınanmazlar.” “Zövcələri”–yəni nigahlı olanlardır. “Cariyələri (nökərlər, sağ əllərinin sahib olduqları)” –yəni qadın deyir ki, “sən mənim sahibimsən, sənə aidəm.
” O, onun sahibidir. “Mən başqa heç kimə aid deyiləm, sənə aidəm” deyir. Quranın bəhs etdiyi budur, azad nökər və ya nökərlər, Peyğəmbərimiz (s.ə.v)-in dövründə belə idi, nəzərdə tutulan budur. “… Onlar (buna görə heç) qınanmazlar. Bundan artığına can atanlarsa həddi aşanlardır.” Yəni əhli fahişə (fahişə əhlindən) olur. “O (mömin) kəslər ki, əmanətlərini və vədlərini qoruyurlar..” Əmanət edilmiş-məsələn bir əşya əmanət edilmişdirsə, əmanəti qorumalısan. Bir uşaq əmanət edilibsə, onu qorumalısan, bir xanım əmanət edilibsə, onu qorumalısan. Pul əmanət edilibsə, qorumalısan. “… Əmanətlərini və vədlərini qoruyurlar.” Söz veribsə, sözünü yerinə yetirməlidir. Bunu edəcəyəm demişdirsə, yerinə yetirməlidir. Etməyəcəyi bir sözü verməməlidir, söz veribsə yerinə yetirməlidir, inşaAllah.
“O kəslər ki, namazlarına riayət edərlər…” Yəni “ürəyim istədiyi zaman namaz qılaram, istəmədiyi zaman etmərəm” olmaz. Sahibi tərtib olacaq (ibadətlərini müntəzəm yerinə yetirməlidir). Namazını müntəzəm 5 dəfə etməlidir, səhər, günorta, ikindi, axşam, şam, hamısını müntəzəm etməli, tərtib sahibi olmalıdır. Yəni “arada bir qılaram” deyə şey olmaz, nəzərdə tutulan namaz olmalıdır. Baxın, “O kəslər ki, namazlarına riayət edərlər…” Tərtib sahibi olmaq-düz 5 vaxt namazını ard-arda namaz vaxtlarını keçirmədən sünnəyə riayət edərək yerinə yetirməkdir. “(yer üzünün hakimiyyətinə” dünya hakimiyyətinə, “…və axirətin nemətlərinə) Varis olanlar məhz onlardır.”
“Mehdiyyətin gözəl qönçələri, gözəl çiçəkləri onlardır”–deyir Allah. “Firdovs cənnətlərinə də varis olacaqlar”-yəni “onlara ayrı cənnət də verəcəyəm” deyir Allah. “… və əbədi orada qalacaqlar.” Sonsuza qədər qalacaqlarını deyir inşaAllah Allah. Bax, “…Varis olanlar məhz onlardır.” Bu ayə dünya hakimiyyətinə işarə edir. “Firdovs cənnətlərinə də varis olacaqlar.” Ayrıca cənnət verəcəyini, deyir Allah. Amma əslində bir müsəlman cənnət üçün deyil Allah rizası üçün cəhd göstərməlidir. Cənnət, Allah tərəfindən hədiyyə kimi verilər. Cənnət, məqsəd olmamalıdır, məqsəd Allahın razılığı olmalıdır. Baxın, əsla orada bir səhv olmamalıdır. Cənnət üçün namaz qılınmaz, Allah rizası üçün namaz qılınar. Allahın hədiyyəsi olaraq möminlərə cənnət verilər, inşaAllah. Əlbəttə ki, Allahdan o gözəlliyi ümid etmək olar, amma nə üçün ümid etdiyini deyəndə, cənnət üçün edirəm deyilməz. Allah rizası üçün deyilər, Allah rizasının da çoxunu istəməliyik, inşaAllah.
“Həqiqətən, Biz, insanı palçıq cövhərindən (süzmə palçıqdan) yaratdıq.” Yəni, bildiyiniz normal farfor (çini), çinidən qab, bu fincan kimi, bunun kimi normal farfordan düzəldilmişdir insan. İndi bu, insanlara qəribə gəlir heykəl, farfor. Yəni heykəl mövcuddur, o heykələ birdən-birə Allahın ona ol deməsi ilə insan olmuşdur, hadisə bundan ibarətdir, başqa qarışıq bir şey yoxdur. Məsələn, siz bayaq burada yox idiniz, birdən Allah yaratdı. Amma orada sən farfordan bir heykəl olaraq da dayana bilərdin, o heykəl hərəkət etməyə başlayır, hadisə belədir, yəni yaradılış bu şəkildədir.
Təkamül, çevriliş filan yoxdur. Bunu da nə üçün edir Allah? Xoşumuza gəlsin deyə edir. Allahın farfora ehtiyacı var? Yəni bu farfor olmasa insan yaradılar mənasına gəlməz, sırf təəccüblü olması üçün yaradılır, hadisə belədir. Allah birbaşa yoxdan yaradır. Allahın farfora heç bir şəkildə ehtiyacı yoxdur. Amma farfordan bir heykəlin hərəkət etməsi təəccüblüdür və çox heyrətləndiricidir, elə deyilmi? Yəni şok bir hadisədir, insanın nəfəsi kəsilir. Fikirləşin ki, farfordan olan bir şey birdən-birə “Salam Əleykum mən gəldim desə”, insanın ürəyi dayanar, elə deyilmi? Xoşuna gəlsin deyə edir Allah. Yoxsa eyni şeyi onsuz da Allah hər gün yaradır, amma insanların xəbəri yoxdur.
İnsanlar hər gün yaradılır. “O hər gün bir işdədir. (Rəhman surəsi, 29)”-deyir Allah, hər an yaradılır insan. Məsələn, qardaşımız qapını açır gəlir, o anda yaradılır, bir anda insan yaradılır. İnsanlar ona təəccüblənmirlər, öyrəşiblər buna. Halbuki eyni sistemdir, arada heç bir fərq yoxdur. Məsələn, bayaq sən də yox idin, birdən qarşıma çıxdın. Allah yaradır, hər an yaradır. Farfordan yaratma ilə bu yaratmanın sistemi eynidir, birə-bir eynidir. Yalnız bunu məqbul görməyimizin səbəbi, buna öyrəşməyimizdir, yəni vərdiş etdiyimizə görə təəcüblənmirik. Farforda, vərdiş etmədiyimiz, yəni fövqəladə bir şey olduğu üçün, öyrəşmədiyimiz sistem olduğu üçün başa düşmək üçün seçicilikdən qaynaqlanan təəccüb yaradır, çünki heykəl hərəkət etməz. Birdən hərəkət edincə şok olur, xoşlarına gəlsin deyə edir Allah.