İçeriğe geç

Hz. Mehdi (ə.s)-ın ruhu Allahın yaratdığı on dörd nurdan biridir

Hz. Mehdi (ə.s)-ın ruhu Allahın yaratdığı on dörd nurdan biridir

Din kitabında (İkmalüd din) belə qeyd olunmuşdur:
0176

İbn İdris, atası, Məhəmməd b. Hüseyn b. Zeyd, Həsən b. Musa, Əli b. Səmaya, Əli b. Həsən b. Ribat, onun atası, Mufaddal vasitəsilə rəvayət edər:

İmam Sadiq (ə.s) buyurdu ki:

“Şanı uca olan Allah məxluqatı yaratmamışdan qabaq, 14 min il əvvəl 14 nur yaratdı və onlar bizim ruhlarımızdır.”

Ona: “Ey Rəsulullahın övladı 14 nur ifadəsi ilə kim nəzərdə tutulur?” deyildikdə belə cavab verdi:

“Məhəmməd, Əli, Fatimə, Həsən, Hüseyn və onların soyundan gələn imamlardır. Onların sonuncusu əl-Qaimdir (Hz. Mehdi (ə.s)). O qeybinden sonra zühur edərək Dəccalı (fikrən) öldürəcək, yer üzünü hər cür zülm və haqsızlıqdan təmizləyəcək.”

(Məclisi, Biharül-Ənvar, Beyrut, 1404, c. 15, s. 23)

 

Ənbiya surəsi  105-ci ayədə bəhs edilən: “Dünyanın hakimi əməlisaleh qullar” Hz. Mehdi və tələbələridir.

Təfsirul-Qummidə belə deyilir:

” “Biz and olsun, Zikrdən sonra Zəburda da yazdıq” (Ənbiya surəsi, 105) ayəsindəki “zikrdən” sözü Allahın əvvəl nazil etdiyi bütün kitabları nəzərdə tutur. “…Ki, yer üzünə şübhəsiz Mənim əməlisaleh qullarım varis olacaq”. (Ənbiya surəsi, 105) burda nəzərdə tutulan isə əl-Qaim (Hz. Mehdi (ə.s)) və onun əshabıdır”.

(Məclisi, Biharül-Envar, Beyrut, 1404, c. 14, s. 37)

 

Hz. Mehdi üçün 9313 mələk enəcək, bu mələklər Hz. İsa göyə yüksələrkən onunla birlikdə olan mələklərdir.

Əbu Abdullah (Cəfər Sadiq (ə.s)) belə buyurdu:

“əl-Qaim (Hz. Mehdi (ə.s)) üçün doqquz min üç yüz on üç mələk enəcək ki, bunlar Allah İsanı göyə yüksəldəndə onunla birlikdə olan mələklərdir.”

(Məclisi, Biharül-Ənvar, Beyrut, 1404, c. 14, s. 339)

 

Hz. İsanın  Hz. Mehdinin arxasında namaz qılacağı haqda hədis,etibarlı bir qaynaqdan nəql olunmaqdadır.

Təfsirul-Qummidə belə qeyd olunmuşdur:

Qasım ibn Məhəmməd, Süleyman ibn Davud əl-Minkari Əbu Həmzə vasitəsilə Şəhr ibn  Həvşəbdən rəvayət etdi:

“İsa (ə.s) qiyamət günündən əvvəl dünyaya enəcək və beləcə ölmədən əvvəl ona iman etməyən heç kimsə qalmayacaq. Yenə o, Mehdinin (ə.s) arxasında namaz qılacaq.”

Həccac mənə dedi: “Nələr izah edirsən, bu xəbəri haradan nəql edirsən?”

“Bunu mənə Məhəmməd ibn Əli ibn Hüseyn ibn Əli ibn Əbu Talib rəvayət etdi” dedim.

“Allaha and olsun ki, etibarlı bir qaynaqdan nəql edirsən” şəklində cavab verdi.

(Məclisi, Biharül-Ənvar, Beyrut, 1404, c. 14, s. 349-350)

 

Öz zamanının zorbasına (dəccalına) ancaq Hz. Mehdi beyət etməyəcək.

İlamül-Virada Hənan ibn Sidr onun atası, babası və Əbu Səid Əksə vasitəsilə rəvayət edilir:

Həsən ibn Əli (salavatullahi əleyh) buyurdu ki:

53827488

 

“Öz zamanının zorbasına (dəccalına) ancaq  bizdən olan əl-Qaim (Hz. Mehdi (ə.s)) beyət etməyəcək və Ruhullah İsa ibn Məryəm onun arxasında namaz qılacaq.”

(Məclisi, Biharül-Ənvar, Beyrut, 1404, c. 14, s. 349)

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz