Hörmətli Adnan Oktarın 25 aprel 2011-ci ildəki müsahibəsindən Muminun surəsi ilə əlaqədar şərhləri.
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram, Muminun surəsi, 111-ci ayə: “Bu gün Mən”–deyir Allah-“həqiqətən, onları səbir etdiklərinə görə mükafatlandırdım...” Səbir etmək çox vacibdir. İndi mehdiyyət çox uzun davam edəcək, hələ xeyli mərhələlərdən keçəcəyik, səbir lazımdır. “Şübhəsiz ki, uğur qazananlar da onlardır!”-deyir Allah. Baxın, həm qurtularlar (xilas olarlar), həm də uğur qazanarlar, bütün ömür səbirlə keçməlidir, inşaAllah. “Allah kafirlərdən: “Yer üzündə neçə il qaldınız?”–deyə soruşacaq. Onlar: “Bir gün yaxud bir gündən də az qaldıq. Sən (günləri) sayanlardan soruş”– deyəcəklər.'”
Çox az qaldıqlarını zənn edirlər, səmimi fikirləridir. Bir ömür qaldıqları halda “Bir gün belə olmadı, bir gün yaxud bir gündən də az qaldıq” deyirlər. “(Allah) deyəcək: “Siz (orada) çox az qaldınız. Kaş (bunu) biləydiniz!'” Yəni, “çox az vaxt qaldınız’” deyir, amma buradakı ifadə, Allahın ifadəsi ayrıdır “Siz (orada) çox az qaldınız. Kaş (bunu) biləydiniz!”
Allah qatında bir saniyə kimidir, hətta daha da qısa zamandır, normalda insanlar (bir) an qalır. An nə qədər zamandır (müddətdir)? Sonsuz qısa zamandır, insanlar bu qədər qalır. Diqqət edin, sonsuz qısa zamandır, amma onu yaşayır. Allah ona zaman hissi verir, onu uzun bir ömür kimi görür. Bütün kainatın ömrü sonsuz qısa zaman içərisində bitmişdir. Sonsuz qısa zaman, saniyənin heç trilyonda biri deyil, saniyənin katrilyonda biri də deyil, daha da kiçikdir, nə qədər kiçikdir bilirsiniz? Sonsuz kiçikdir, sonsuz kiçik qısa zamandır, insan, dünyada o qədər zaman qalır.115-ci ayədə Allah belə buyurur: “Yoxsa sizi əbəs yerə yaratdığımızı”-yəni “diskotekalarda əylənmək üçün, orada-burada tullanmaq üçün, çek (qəbz), sənəd dalınca qaçmaq üçün, dedi-qodu etmək üçün, feysbukda onun-bunun sözünü danışmaq üçün yaratdığımızı”-“və hüzurumuza qaytarılmayacağınızı güman edirdiniz?” Diqqət edin, “sizi əbəs yerə yaratdığımızı və hüzurumuza qaytarılmayacağınızı güman edirdiniz?
Yəni, yeyib-içərsən, qışqırıb-bağırarsan, lağ edərsən, evlənərsən, (başın) uşaq-muşağa qarışar, oğullarının məktəbiylə, onlarla maraqlanarsan, arvadıyla dalaşar, təqaüdə çıxar, təqaüdçülüyünü tam yaşamaq istəyərkən bir də baxarsan ki, Fazil bəy vəfat etmişdir. Nə deyir Allah?
““Sizi əbəs yerə yaratdığımızı və hüzurumuza qaytarılmayacağınızı güman edirdiniz?”-deyir, Allah. “Haqq Hökmdar Allah (hər şeydən) ucadır! Ondan başqa heç bir ilah yoxdur. O, şanlı Ərşin Rəbbidir. Kim Allahla yanaşı, haqqında özünün heç bir dəlili olmayan başqa bir tanrıya ibadət edərsə”-Allah ayrıca xristianlara xitab edir-“onun cəzasını Rəbbi Özü verəcəkdir. Şübhəsiz ki, kafirlər nicat tapmazlar!. De: “Ey Rəbbim, bağışla və rəhm et! Sən rəhm edənlərin ən yaxşısısan!”
Mən, heyrətlənirəm dünyaya, buddistlərə də, xristianlara da, təhrif olmuş dinlərə inananlara, yəhudilərə də heyrətlənirəm. Yəni Quran bu qədər dəqiq və aydındır, Peyğəmbər kəlamı müəyyəndir, Peyğəmbər nəslinin davamı olduğunu dəqiq bilirlər və 1400 ildən bəri elmlə zidd düşdüyü heç bir nöqtə yoxdur, Quran, elmi hər istiqamətdən təsdiq edən mövqedədir, elmdən qabaqda gedir, içində bir çox möcüzəsi olan bir Kitabdır və içində heç bir ziddiyyət yoxdur, hər oxuyanın ürəyini fərahladır.
Quran oxuyub lakin ürəyi möhkəmlənməyən adam vardır? Amma İncil oxuyub qəlbi böhrana düçar olan çox insan vardır. Qeyri-adi ifadələr var, təhrif olmuşdur. Tövratda da açıq-aşkar təhrif olmuş yerlər var, inkar ediləcək kimi deyil. Hələ buddistlərə mənim ağlım, fikrim dayanır, böyük insanlar büt düzəldir, adamlar taxtadan büt yonur, əmək sərf edirlər, qarşısına keçib tapınırlar (ibadət edirlər), professordur bu adam, tibb professorudur. Xeyli odunu bağçada yonur, gedib qarşısında şam qoyur (yandırır) və ona ibadət edir, özü düzəltdiyi bütə. İngiltərədə də var, adamlar ürək cərrahı və s. Mən bunları başa düşə bilmirəm, heyrət içində qalıram.
Quran o qədər dəqiq bir Kitabdır ki, vəhyi də o qədər dəqiqləşmişdir, hamısı vəhy, tərtəmiz, haqq Kitabdır. Heç birində qəlbdə sıxıntı duyulmaz, hər deyilən doğrudur, ziddiyyət görəcəyin heç bir yer yoxdur. Amma Tövrat ilə İncilə baxdığımızda, qardaşım, həddindən artıq təhrif olmuş yerlər görürük, açıq-aşkar görünür, təhrif olmuşdur. Biz saf vəhy istəyirik, əsil vəhy. Saf vəhy Quranda var. Birindən soruşuruq, bu saf vəhydir?
“Yox eşitdiklərini köçürürlər” -deyir. Dörd adam ayrı-ayrı köçürür, bu necə olur? Birinin dediyi digərinkinə uyğun gəlmir, elə haqq kitab olar, elə vəhy olar? Vəhy tək olar və çox dəqiq olar. Quranda bir vəhy var, çox dəqiqdir, hər yeri vəhydir, bütün ayələri vəhydir. Sırf vəhydən ibarətdir, heç bir əlavə yoxdur, nə sözdə, nə nöqtədə əlavə yoxdur və başdan-sona qədər ürəyi fərəhləndirir.
İnsanlar Tövrat oxuyur, oxuyan insanların qəlbi qaralır. Biz də səhv olan yerlərini çıxartdıq, düzgün olan qisimlərindən ibarət Tövrat hazırladıq. Doğru olan yerləri həqiqətən nurdur, ürəkaçandır. Mən gecə-gündüz oxuyuram Tövratı, təhrif olmamış yerləri mükəmməldir, İncilin də təhrif olmamış yerləri mükəmməldir, ürəyi fərəhləndirir. Təəssüf, günah deyil o biri qismlərlə millətin ürəyini qaraldırsınız, yandırırsınız, əziyyət verirsiniz, nəyə lazımdır qardaşım?
Təhrif olmuş qisimləri ayırd edin, haqq olan qisimləri oxuyun. Haqq olan qisimlərində namaz var, oruc var, zəkat var, sevgi var, şəfqət var, mərhəmət var, dostluq var, Allahın birliyi var, Allahı sevmək var, din budur, nə gözəldir. Bu hökmlərin hamısı, Quranda əhatəli, ətraflı, dəlilləriylə, saf vəhydən qaynaqlanmaqla izah edilir. İncili oxu, amma haqq qisimlərini oxu, Qurana tam tabe ol, Quranı tam yaşa, o qismi də oxu. Mən də oxuyuram, mən də istifadə edirəm, ürəyim açılır, çox xoşuma gəlir.
Tövrat da oxuyuram, İncil də oxuyuram, hər ikisi çox möhtəşəmdir, amma haqq qisimləri oxuyuram. Ona görə Tövrat, İncil oxuyanlar mütləq bizim hazırladığımız kitabdan oxusunlar, ürəkləri açılar, xoşlarına gələr. Quran oxuyanda ayırd ediləcək bir yer yoxdur, hamısı saf vəhydir. Qardaşım, vicdan əzabı çəkirsiniz, Haqq Kitab olduğunu bilirsiniz. Mən, indiyə qədər hansı xristianla danışdımsa, həmişə vicdan əzabı çəkdiklərini gördüm, Quranın Haqq Kitab olduğunu başa düşürlər. De “la ilahə illəllah Muhammədən Rəsulullah.” (Desən) Asılacaqsan? nə olar? Asılsan nə olar, niyə qorxursan? “Anam, atam nə deyər?”-deyirlər.
Nə deyirsə desin. Tampliyerlər, yoldaşlar bura gəldilər, öz aralarında, məsciddə “ailələrimiz nə deyər?” deyə danışırmışlar. Desin, nə deyəcək ki? Allah birdir demək cinayətdir? Məhəmməd Rəsulullah demək cinayətdir? Doğrunu demək nə gözəldir, Peyğəmbərlər soyuna davamını deyirsən, çəkinəcək nə var bunda? Xeyr, həm də niyə ailənə hesab vermək məcburiyyətindəsən?
Sənin müsəlman olduğunu haradan biləcəklər? Əgər qorxursansa gizlə, fitnədən çəkinirsənsə gizləyərsən, namazını gizli qılarsan. Müsəlman gənc qızlar var, ailəsindən gizli namaz qılırlar, gizlicə ibadət edirlər. Mən bilirəm, elə çox cavanlar da var, gizləyirlər. Atasının xəbəri belə olmur, gizlicə hamamda dəstəmazını alır, gizlicə otağında namazını qılır.