Hörmətli Adnan Oktarın 21 aprel 2011-ci ildəki söhbətindən Maidə surəsi ilə əlaqədar şərhləri.

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. “Şübhəsiz ki, Tövratı Biz nazil etmişik. Onda hidayət və nur vardır.” Deməli, Tövrat insanların hidayətinə səbəb olur və bir nurdur. Haqq (düzgün) qisimlərinin xüsusiyyəti budur. Hal-hazırda “Tövrat deyə bir kitab yoxdur” deyə bilmərik, Tövrat var. Təhrif olmuş qisimlər etibarsızdır, amma etibarlı olan qisimləri hidayət və nurdur. “(Allaha) təslim olan peyğəmbərlər, yəhudilər üçün bununla, din xadimləri və baş keşişlər isə Allahın Kitabından qorunub saxlanılanlarla hökm verirdilər. Onlar (hamısı) buna şahid oldular. İnsanlardan qorxmayın, Məndən qorxun! Ayələrimi ucuz qiymətə satmayın.

Yəni, Quranın hökmlərini dəyişdirməyin, xurafatlarla əvəz etməyin, Allahın hökmünə qarşı bütləri inanc yeri etməyin (bütpərəst olmayın). Allahın nazil etdiyi ilə hökm verməyənlər–məhz onlar kafirlərdir.” “Qurana uymasanız, Qurana görə hərəkət etməsəniz küfr içində olarsız”- deyir Allah.
46-cı ayə: “Onların ardınca Məryəm oğlu İsanı özündən əvvəlki Tövratı təsdiqləyici olaraq göndərdik.” Baxın, yanlarında Tövrat var, yəni (artıq) Tövrat deyə bir kitab var, mövcuddur. “Onların ardınca Məryəm oğlu İsanı özündən əvvəlki Tövratı təsdiqləyici olaraq göndərdik.” Yəni, haqq olan (düzgün) qisimlərini təsdiqləyən amma, etibarsız qismini deyil. “Ona içərisində hidayət və nur olan, özündən əvvəlki Tövratı təsdiqləyən”-yəni

Tövratın hökmünü təsdiq edən, düzgün qisimlərini təsdiq edən-müttəqilər üçün doğru yol göstəricisi və öyüd-nəsihət olan İncili verdik.” İncil nədir? Yol göstərici, öyüd, hidayət və nurdur. Baxın, İncilin dörd xüsusiyyəti bildirilir: Birinci hidayət-yəni hidayətverici, ikinci nur, üçüncü öyüd, dördüncü yol göstəricidir. Deməli, “İncil” deyilən bir kitab var. Nəyi etibarlıdır? Haqq olan (düzgün) qisimləri. Batil olan qisimləri etibarlıdır? Xeyir, etibarlı deyil. Haqq olan qisimlərini biz ayırdıq, kitab halına gətirdik.

“İncil sahibləri Allahın onda nazil etdikləri ilə hökm versinlər.” Yəni, İncilə görə hərəkət etsinlər, “İncil sahibləri”-deyir Allah. “Allahın nazil etdiyi ilə hökm ver-məyənlər–məhz onlar fasiqlərdir.” Yəni İncilin haqq olan qisimləriylə hökm etmələri deyir Allah, “etməsələr fasiq olarlar” deyir. Çünki İncilin haqq qismi Qurana tam uyğundur. Allah, Peyğəmbərimiz (s.ə.v)-ə belə buyurur: “(Ya Rəsulum!) Biz (Quranı) sənə haqq olaraq, özündən əvvəlki kitabları təsdiq edən”-yəni Tövrat və İncili təsdiqləyən-“və onu qoruyan (və ya onların doğruluğuna şahid) olaraq…” Quran nədir eyni zamanda?

Tövrat və İncilin doğruluğuna bir şahiddir, belə bir kitabın var olduğunu, müşahidə edici olduğunu bildirir Allah. (Tövrat və İncilin) səhv olan qisimləri ilə düzgün olan qisimlərini bir-birindən ayırd edə bilmək üçün. “…olaraq “Kitab’ (Quranı) endirdik. Elə isə onların arasında Allahın (sənə) nazil etdiyi (Kitabla) hökm ver.” Yəni Quranla hökm et. “Sənə gələn haqdan ayrılıb onların istəklərinə tabe olma.” Yəni mövhumatçıların uydurma və xurafatlarına, saxtakarların çıxardığı büt inanclara iman gətirmə. “Sizdən hər biriniz üçün bir şəriət və bir yol təyin etdik.” Yəni “hər birinizə ayrı bir yol yaratdıq” deyir Allah. Məsələn, xristianlara xristianlıq, yəhudilərə yəhudilik verilmişdir, elə deyilmi? Əvvəl yəhudilik dini gəlir, sonra xristianlıq gəlir. Yəhudilər nə etməli idi?

Xristianlıq gələndə, xristianlığa iman etməli idilər. Xristianlıqdan sonra nə gəlir? Müsəlmanlıq gəlir. Nə etməlidirlər xristianlar? Müsəlmanlığa iman gətirməlidirlər. Hər yeni gələn şəriətə insanlar iman gətirməlidirlər. Əvvəl nə var idi? Hz. Nuh (ə.s) var idi, hz. Nuh (ə.s)-a inanırdılar. Hz. Nuh (ə.s)-dan sonra kimə inanırlar? Hz. İbrahim (ə.s)-a inanırlar. Yəni hz. Nuh (ə.s)-da qalmırlar, hz. İbrahim (ə.s)-a inanırlar, yəni onun gətirdiyi kitaba inanırlar. “Əgər Allah istəsəydi, sizi tək bir ümmət edərdi. Lakin (fərqli-fərqli olmanız) sizə verdikləri ilə sizi imtahan etməsi üçündür. Yaxşı işlər görməkdə bir-birinizlə yarışın…”

Yəni həmişə şəriətlər gəlmişdir, həmişə hökmlər gəlmişdir, bu, sizi sınamaq üçün olduğunu deyir Allah. Rəngarənlik, gözəllik üçün belə yaratmışdır Allah. “Yaxşı işlər görməkdə bir-birinizlə yarışın.” 49-cu ayədə Allah təkrar olaraq belə deyir: “Onların aralarında Allahın (sənə) nazil etdiyi (Kitabla) hökm ver və onların istəklərinə tabe olma.” Yəni “Quranla hökm et” deyir Allah.

qurani-kərim

50-ci ayədə Allah xurafatçılara: “Onlar cahiliyyə (dövrünün) hökmünümü istəyirlər?”-deyir. O dövrdə də eyni xurafatçılar var idi, klassik (adi, sadə) xurafat. “Onlar cahillik (dövrünün) hökmünümü istəyirlər?” Peyğəmbərimiz (s.ə.v)-in dövründə də eyni xurafat, murdar şeylər, millətin iyrəndiyi mövhumatçı fikirlər var idi. Xurafatçılar Peyğəmbərimiz (s.ə.v)-ə təzyiq göstərirdilər, “bunları dinə gətir, bunlar da dinin içində olsun” deyirdilər. Peyğəmbərimiz (s.ə.v) də qəti surətdə qəbul etməmişdir (rədd etmişdir). “Qəti inanan bir camaat üçün Allahdan daha yaxşı hökm verən kim­ ola bilər?” “Qurana iman gətir”deyir Allah.

Xurafatçılar “yaxşı, Qurana iman gətirək, bir də, əlavə mövhumatçılıq də olsun, nə eybi var?” deyirlər. “Əgər onlara iman gətirsən, az da olsa iman gətirsən, sənə dünyanın da, axirətin də əzabını ən şiddətli şəkildə daddıraram”-deyir Allah. Hətta bir ayədə də, “az da olsa inanacaqdın, az da olsa meyil edəcəkdin”-deyir Allah. “Allah səni qorudu”-deyir Allah. Səhv xatırlamıramsa, tərcüməsi, təxminən mənası bu cürdür.
54-cü ayə:

“Ey iman gətirənlər! Sizlərdən hər kim dinindən dönsə”, yəni dinsiz olsa, mürtəd olsa, “Allah (onun əvəzinə) Özünün sevdiyi və Onu sevən,”, Türk millətinə işarə edir bu ayə, bu çox əhəmiyyətlidir, Türk milləti izah edilir. “Allah (onun əvəzinə) Özünün sevdiyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan…” Türk millətinin xüsusiyyətidir bu, “və şərəfli, Allah yolunda cihad edən,” Osmanlı dövrü həmişə cihaddır, həmişə cihad, “və tənə edənin tənəsindən qorxmayan bir camaat (qövm) gətirər. Bu, Allahın lütfüdür, onu istədiyinə verər.” Baxın, mehdiyyət də yenə Türk millətinə nəsib olur. Mehdilik vəzifəsi də Türk millətinə nəsibdir, inşaAllah. “Allah (hər şeyi) Əhatə edəndir, Biləndir.”

56-cı ayə: “Kim Allahı, Onun Elçisini və iman gətirənləri (özünə) dost tutarsa.” Baxın, Allahı, Rəsulunu və müsəlmanları dost və vəli etsə. (Bilsin ki,) qələbə çalanlar da məhz Allahın firqəsidir.” “Hizbullahdır”-deyir Allah, Allah hizbidir. Bu ayə şəddəsiz 2007, şəddəli 2055-ci illərə işarə edir, tam dünya hakimiyyətinin olacağı illərə işarə edir, inşaAllah. İndi ayənin şərhi başlayır. “Ey iman gətirənlər! Sizdən əvvəl Kitab verilənlərdən, dininizi ələ salıb oyun-oyuncaq hesab edənləri və kafirləri (özünüzə) dost tutmayın.” Baxın, 51-ci ayədə nə deyilir: “Ey iman edənlər yəhudi və xristianları dostlar (vəlilər) tutmayın. Onlar bir-birinin dostudurlar. Sizlərdən kim onları (özünə) dost tutarsa, o da onlardandır. Allah zalım adamları doğru yola yönəltməz.” 51-ci ayə budur, keçək 57-ci ayəyə. “Ey iman edənlər, sizdən əvvəl özlərinə kitab verilənlərdən dininizi”-yəni İslamı- “ələ salıb oyun-oyuncaq hesab edənləri…”

Baxın, hörmətli olanları, dinə, müqəddəsata hörmətli, inanclarına qarşı hörmətli olanları deyil, dinə, inanca qarşı hörməti olmayan “ələ salıb oyun-oyuncaq hesab edənləri və kafirləri (özünüzə) dost tutmayın.” Diqqət edin, burada ayə şərh edilmişdir. Deməli, öz halında, dinimizə hörmətli bir xristian, yəhudi bu hökmə daxil deyil. Onlarla evlənilər, onların yeməyi yeyilər, onlara qonaqlığa gedilər, onlarla ticarət edilər, inşaAllah. Amma əlbəttə ki, onları idarəçi, qubernator, baş nazir seçmək, təyin etmək olmaz. Çünki inancın ilə ziddiyyət təşkil edər, sənin inancınla onun inancı ziddiyyətlidir, tətbiqi tam fərqli bir şey olar, elə deyilmi? Öz inancından biri olmalıdır. “(Özünüzə) dost tutmayın. Əgər möminsinizsə, Allahdan qorxun.

Bir xristiana, bir yəhudiyə sırf xristian və yəhudi olduğuna görə düşmən olun, onunla aradakı bağları, kökləri qopardın mənasında bir ayə deyil. Çünki digər ayələr bunu açıqlayır. Baxın, Allah belə buyurur: “Kitab əhlinin yeməyi sizə halal edildi.” (Maidə surəsi, 5) İndi, bu nə deməkdir? Bu o deməkdir ki, biz evinə gedə bilərik, yeməyini yeyə bilərik. Düşmən olduğumuz adamın yeməyini necə yeyə bilərik? Baxın, hadisəni dəqiqləşdirən bir ayə də var. Allah deyir: “Kitab əhlindən olan xanımlarla, yəhudi və xristian xanımlarla evlənməyiniz sizə halaldır.” Yəni “filan xanım, mən sizi eşqlə sevirəm, sizi çox bəyənirəm, evlənmək istəyirəm” deyilər, xəbər göndərilər atasıyla, anasıyla və evlənilər.

Nə deyər yoldaşına? “Eşqim, sevgilim, birdənəm” deyər, elə deyilmi? Yəni dostuq” deyər, bağrına basar. Eyni yataqda yatarlar, bütün ömürləri birlikdə keçər. Əhli kitab deyilmi onlar? İndi səhvdirmi bu? Doğrudur. Dinlə lağ edirmi bu qadın? Etmir, dininə hörmət edir. Kişi də onun dininə hörmət edir. Belə olduqda problem yoxdur. Amma idarəçi etmək olmaz. Ayrı bir hökm olaraq idarəçi təyin etmək olmaz. Onsuz da olmaz, adam “mən xristianam” deyirsə, tam fərqli bir inancdadırsa, o səni necə idarə edə bilər? Sənin inancını bilməz ki, səninlə də ona görə davransın. Bu məqbuldur onsuz da, belə də olmalıdır.

Amma ayənin hökmü burada çox açıq görünür. Məsələn, Allah 58-ci ayədə belə buyurur: “Siz, bir-birinizi namaza çağırdığınızda onlar, bunu ələ salıb və oyun (mövzusu) edərlər.” Əlbəttə, indi burada beləsini dost tutmaq olmaz. Adam dininə hücum edir, qəzəblənərsən ona. Mən elə adamla danışmıram, iddia qaldıraram, məhkəməyə verərəm. Necə lağ edər, oyun oynayar, elə deyilmi? “Bu, onların anlamaz bir tayfa olmalarındandır.” Şeytandan Allaha sığınıram. “De ki: “Ey kitab əhli!””-onlara xitab edin-“Bizdən xoşunuz gəlməməyiniz yalnız bizim Allaha, bizə nazil edilənə və bizdən daha əvvəl nazil edilənlərə inanmağımıza”, yəni “biz Tövrata və İncilə də inanırıq” deyirlər müsəlmanlar, elə deyilmi? Qurana inanırıq. “Və sizin əksəriyyətinizin fasiq olmasına görədirmi?!” Yəni, onsuz da dininizin hökmünü yerinə yetirməməyinizə görə “bizdən xoşunuz gəlmir?”

“Bu rəftarınız nədir?”-deyir. Dostluq edilməyən bir insanla necə danışılacağını da Allah göstərir. Lağ edən, fasiq olan bir xristianın, fasiq olan, fısq içində olan (Allahın yolundan dönən) bir yəhudiyə necə cavab verəcəyimizi izah edir Allah. Baxın, adamlara necə xitab etməyə davam edirik? Diqqət edin, bunlar dinə lağ edir və oyun mövzusu edirlər. 60-cı ayə: “De: “Allah yanında cəza etibarilə bundan daha pisini sizə xəbər verimmi? (Bu,) Allahın lənətlədiyi, ona qəzəbləndiyi, özlərini də meymunlara və donuzlara döndərdiyi şəxslər və tağuta ibadət edənlərdir. Onlar, (axirətdə) yeri daha pis olan və doğru yoldan daha çox azanlardır!.””

Diqqət edin, “müsəlman qəzəbini bu şəkildə bildirməlidir” deyir Allah. “Allahın lənətlədiyi, ona qəzəbləndiyi, özlərini də meymunlara və donuzlara döndərdiyi şəxslər”-hətta meymun və donuz kimi“daha da alçaqdır”, deyir Allah. Dinə lağ edilməz, dinə lağ edən küfrə girər. Küfr içində olan adamla, dininə təhqir edən adamla sən necə dost ola bilərsən? Dost olmayacağın açıqdır. Amma dininə hörmət edirsə, problem yoxdur. Müşrik də məsələn, adamın müşrik olması bizi maraqlandırmaz, dində məcburiyyət yoxdur. Amma dinimizə hücum etsə, təhqir etsə, özümüzü qoruyarıq, hüquq, qanun daxilində qoruyarıq. Amma müşrik dinimizə hörmət edirsə nə etməliyik? Quran ayəsi var, adamı təhlükəli bölgədən hərbi qüvvəylə, can təhlükəsini, mal təhlükəsini nəzərə alaraq, canımızı vermə ehtimalına , malımızın alınması ehtimalına baxmayaraq adamları təhlükəsizliklə alıb (xilas edib), təhlükəsiz bir bölgəyə qədər apararıq. Can və mal təhlükəsizliyini təmin etməliyik, vəzifəmiz bitər. Çünki dinimizə hörmət edir, oyun və əyləncə mövzusu etmir, mövzu budur.

Cübbəli bu qədər ayəni görməzlikdən gəlir, tək bir ayəni götürür, digər ayələri görmür. Quranı açıqlayarkən digər ayələrlə açıqlamaq lazımdır. Ayə ayəni açıqlayar, Quran Quranı açıqlayar. Tək bir ayə götürüb, səhv şərh etsən, səhv hərəkət edərsən. “Əhli kitabla dost, vəli olmayın” deyir, o biri ayədə də “evlənin” deyir. Vəli etmirsənsə niyə evlənirsən ki, sən, elə deyilmi? Deməli, başqa mənası var. Bunu haradan anlayırıq? Dinimizə lağ və oyun mövzusu etmədikcə olar. Biz onların dininə lağ və oyun mövzusu etmərik, onlar da bizim dinimizə lağ və oyun mövzusu edə bilməzlər, mövzu budur. Hörmət etməlidirlər, qarışıq bir şey yoxdur.

1