HƏR ŞEYƏ POZİTİV BAXMAQ, POZİTİV QƏBUL ETMƏK … – Gülgün Göktan
Gündəlik həyatımızda ətrafımızdakı insanların bir çoxunun tez-tez həyatlarından şikayət etdiklərinə, dərhal hər fürsətdə bədbəxtliklərini dilə gətirdiklərinə şahid olarıq. Səhər qalxdıqları andan etibarən evdə, yolda, işdə, yemək vaxtında dillərində həmişə yaşadıqları çətinliklər və problemlər vardır. Ana-atalarından, uşaqlarından, işlərindən, iş yoldaşlarından, işlərinin ağırlığından, maddi problemlərindən, xəstəliklərindən, yol hərəkətindən, küçədəki insanlardan, qısacası qarşılarına çıxan hər şeydən şikayət edərlər.
Yaxşı, bu insanların həyatında heç gözəl bir şey yoxdurmu? Səhərdən axşama qədər, həyatlarının hər günündə yalnız sıxıntı içində mi yaşayırlar?
Əlbəttə ki, həyatları sıxıntılardan, problemlərdən ibarət deyil. Və əlbəttə ki, həyatlarında yüzlərlə, minlərlə gözəllik vardır. Ancaq bu kəslər həyata neqativ baxaraq yaşamağı seçmişlər. Və bu kəslərin çoxu, bu şikayət dolu həyatın və sıxıntılarının əsil səbəbinin özləri olduğunun fərqində də deyillər.
Halbuki, bu həyat şəkli, tamamilə öz əxlaqlarının nəticəsidir. İnsan dünyaya necə baxarsa, həyatın hər təfərrüatını o şəkildə görər. Əgər görmək istədiyi bir gözəllik olsa, bunu tapması çox asandır. Amma eyni şəkildə əgər niyyəti əskiklik, qüsur tapmaqsa; bunu da dərhal o an qarşısında tapar.
Bu nöqteyi-nəzərdən yaxınlaşan bir insan ətrafında on gözəllik, tək bir əskiklik olsa, refleks olaraq əvvəl bu tək əskikliyi görər və yalnız ona diqqət yetirər. Digər doqquz gözəlliyin sevincini, nəşəsini yaşamaq varkən, o, bu tək əksikliyin kədərinə və bədbəxtliyinə qapılar.
Məhz bu vəziyyət, insanların yaşadıqları iman əskikliyindən qaynaqlanır. İman edən bir insan, bu kəslərin əksinə həyatında yüzlərlə əksiklik, amma tək bir gözəllik olsa, həyatının sonuna qədər bu tək gözəlliyin və nemətin sevincini yaşayar. Çünki iman, insanın ürəyinə “rahatlıq tapma” hissini verir. Şükür etməyi, təvəkkül etməyi, xeyir gözüylə baxmağı, xeyirləri görə bilməyi öyrədir. Hadisələrdəki, insanlardakı müxtəlif incəlikləri, gözəllikləri, hikmətləri, gizli nemətləri fərq edə bilməyi öyrədir. Hər hadisə qarşısında mütləq bir sevinc, hüzur, alçaq könüllülük və Allahdan səmimiyyətlə, sevinclə razı olma hissini verir. Allahı dost edən bir insan, Dostundan gələn hər şeyin özü üçün xeyir və gözəllik olduğunu bilir. Bu, zahirən bir problem, sıxıntı ya da əksiklik kimi görünsə də, Biricik Dostunun bu hadisələrdə özü üçün gizli rəhmət, gizli nemətlər, xeyir və hikmətlər saxladığını bilir. Məhz bu dünya görüşü də insanın həyata həmişə müsbət bir dünya görüşüylə baxmasını, qarşılaşdığı hər hadisəni müsbət qəbul edə bilməsini təmin edir.
Buna görə, hər şeyə “müsbət baxmaq” müsəlmanın ən əhəmiyyətli xüsusiyyətlərindən biridir. Ancaq bu insanın “optimizm” adı altında özünü aldatdığı yanaşma da deyil. Əlbəttə ki, Allah dünya həyatında, gözəlliklərlə əskiklikləri, nemətlərlə çətinlikləri iç-içə yaratmışdır. Və hər insan, dünya həyatındakı imtahanın gərəyi olaraq, nemətlərlə olduğu qədər çətinliklərlə də üzləşəcək və sınanacaqdır. Ancaq Allah “şükür” etməkdə bir sirr yaratmışdır. Allah, çətinlik içərisində yaşasa belə, gözəllikləri görə bilən, şükür edə bilən, o sıxıntılarla yanaşı Allahın özü üçün lütf etdiyi xeyirləri, nemətləri, sürprizləri görə bilən insanlara ayrı bir hüzur, sevinc və fərahlıq hissi verir. Çətinlik içində olduğunda belə, Allahın özünə olan sevgisini, rəhmətini, marağını, lütfünü görə bilməsi, ona bütün həyatını əhatə edən xoşbəxtlik neməti olaraq geri dönər. Rəbbimiz bir ayəsində belə bildirmişdir:
O zaman Rəbbiniz bildirmişdi: “Əgər şükür etsəniz, sizə olan nemətimi artıraram, yox əgər nankorluq etsəniz, bilin ki, Mənim əzabım şiddətlidir”. (İbrahim surəsi, 7)