Hörmətli Adnan Oktarın 6 dekabr 2011-ci il tarixli reportajından Haqqə surəsi ilə əlaqədar şərhləri.
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Haqqə surəsi 13-cü ayə: “Sur bircə dəfə üfürüləcəyi…” İndi, Allahın “üfürmə” dediyi şeyin nə olduğunu biz bilmirik. O hadisə olanda, Allah “bu üfürmədir” deyəndə, deməli “biz, nəzərdə tutulan budur” deyəcəyik. Yəni hadisənin başlamasının adı da ola bilər. 14-cü ayə: “Yer və dağlar qaldırılıb”-yəni hərəkət etdirilib, qaldırılacağı-“bircə dəfə bir-birinə çarpılacağı zaman”, bir-birinə çarpılıb parça-parça olacağı vaxt. Bu son çarpılmadır, əvvəl ilk (zərbə) çarpılma var. Sonra bu, ikinci dəfə, son zərbə olar. Bu çox şiddətli zərbə olar. Bu vaxt dünya artıq dağılar, un kimi olar, kosmos da dağılar, toz kimi olar, yayılar. İndi dünya kürədir, partlayışın təsiriylə, nimçə kimi açılacaq, tozdan torpaqdan yaranmış olaraq. Kosmosun mərkəzində bir nüvəsi var, ətrafında geniş bir halqa olar görmüsünüz, o cür olacaq, yəni dünya parçalananda elə olacaq. 15-ci ayə
“Həmin gün Vaqiə (qiyamət) qopacaq.” 16-cı ayə: “Göy yarılacaq və həmin gün o, süst olacaqdır”, əlbəttə göy olmayacaq və kosmos görünəcək. Axı gündüz mavi olur səma, o yarılar, oradan da qara səma görünər, maviliyin arasından. “Göy yarılacaq və həmin gün o, süst olacaqdır.” Buludlar da aşağıya doğru enər, yəni atmosfer dağılar. Zərbənin nəticəsində (göy yarılar). 17-ci ayə: “Mələklər isə onun ətrafında olacaqlar.” Mələklər açıq-aşkar görünər o gün. “O gün sənin Rəbbinin Ərşini səkkiz mələk daşıyacaqdır.” Yəni, səkkiz mələk vəzifəlidir, Allahın ərşi deyilən şeyin nə olduğunu biz qiyamətdə anlayacağıq. Heç təsəvvür etmədiyimiz şeyin ərş olduğunu anlayacağıq.
18-ci ayə: “O gün siz məhşərə gətiriləcəksiniz və heç bir sirriniz gizlədilməyəcəkdir.” Bir-bir insanlar, Allaha ərz olunacaqlar. Nisbi olduğu üçün, zaman olmadığına görə ən son ərz olunan, ilk başda ərz olunduğunu zənn edər. Ən sonda ərz olunduğu halda, milyonlarla insan var, hamısının bir-bir hesabı görüldüyü halda, ilk özünün hesabının görüldüyünü zənn edər, zaman nisbi olduğuna görə o qədər sürətli olar. “Heç bir sirriniz gizlədilməyəcəkdir.” Yəni insan heç bir şeyi gizləyə bilməyəcək. Bu dünyada xəlvəti, gizli bir şeylər etdiklərini zənn edirlər, elə şey olmur. Allah hamısını bir-bir üzə çıxardar. Yalnız müsəlmanların utandığı, istəmədiyi bir şey varsa və ya bağışlanıbsa, onların hamısı sonsuza qədər Allah tərəfindən gizli tutular.
Amma itməz, yalnız gizlədilər. Var olan bir şey, Allah qatında heç vaxt itməz, lakin məhfuz olar, mühafizə altına alınar. Məsələn, biz burada danışdıq, bu danışığımızın hamısı qorunar. Amma cənnətdə biz bu danışığı istəsək, hamısını dinləyə biləcəyik. Amma bu danışıq içərisində Allah qorusun, istəmədiyimiz bir danışıq varsa, o qismi Allah sonsuza qədər mühafizə edər, onu görə bilməzsən. Məsələn, insanların həyatında qarşılaşdığı çətin hadisələr vardır. Atasını itirər, ona vaxtı ilə kədərlənmişdir ki, bu da İslama, Qurana uyğun deyil. Müsəlman bundan utanacağına görə, Allah onu ona göstərməz. O qismini bilməz, amma Allah qatında məhfuz olunar, qalar, itməz. Onun itməsi üçün, haşa Allahın yox olması lazımdır.
O mümkün olmadığına görə, var olan bir şey heç vaxt itməz. Məsələn, böcək ölər, bu, Allah qatında qalar, itməz, mümkün deyil. Amma ehtiyac olmadığı üçün, Allah göstərməz. Yəni əgər görmək istəsən, onu görə bilərsən, Allah qatında qorunar. Bütün həyatımızın hamısı videofilm kimidir. İndi televiziyada video izləyirik, istədiyimiz yerə baxarıq, istəmədiyimiz yeri ötürərik. Eyni ilə bu şəkildədir. Allah istəmədiyimiz yerləri ötürər, göstərməz bizə. Lakin doğumdan etibarən, ağlına gələn hər nə olursa olsun, heç bir şey Allah qatında itməz. Məsələn, səhər oyanar, yuxulu olar və xoşlanmadığı bir şey edər, boş-boş oturar. Bu vəziyyət olduğu kimi Allah qatında qalar, itməz. Amma mömin onu görmək istəməz, çünki boş işdir.
O, xoşuna gələnləri görmək istədiyinə görə, yalnız onları seçərək görər. 19-cu ayə: “Kitabı sağ əlinə verilən deyəcəkdir: “Budur, oxuyun kitabımı!”” İnsanın sağ əlinə bir əşya verilər, bəlkə də kristala bənzər bir şey, bəlkə almazı xatırladan bir şey, daş parçası kimi, kristal. Hər şey onun içində kodlanar. “Budur, oxuyun kitabımı! 20-ci ayə: “Mən bilirdim ki, etdiklərimin hesabına qovuşacağam.” Yəni “mən onsuz da belə bir şey olacağını bilirdim” deyir, onsuz da onu təslim etməklə mükəlləfdir o, yəni taleyi ilə bağlı məlumat var orada. Onu verir, ondan sonra Allahın qatında mələklər:
“bu adama bu qədər pul köməyi etmisən doğrudurmu?”-deyərlər, sorğulama tərzində. “Bəli doğrudur”-deyər. “Filan gün burada təbliğ etmisən, düzdür? Düzdür. Filan gün həbs olunmuş, bu qədər həbs yatmış, bu qədər gün əziyyət çəkmisən, bu doğrudurmu?”-deyər. “Doğrudur.” Amma ətraflı hamısını bir-bir sayarlar. “Sənə tərs bir söz deyilmiş, səbir etmisən, doğrudurmu? Səni hirsləndirəcək bir şey olmuş səbir etmisən, doğrudurmu?” Bu sorğulama sona çatdıqda o ən son sorğulanan adam olduğunu hesab edər və çox qısa sürdüyünü zənn edər. Yəni çox qısa müddət keçdiyini zənn edər. Halbuki bütün ömrünün sorğulaması keçirilər.
Buradakı sorğulama, əvvəl də demişdim, yalnız onu şərəfləndirmək üçün keçirilir. Yəni onun necə gözəl əxlaqlı bir insan olduğunu ona xatırlatmaq üçün edilir ki, cənnətdə həmişə ağlında qalsın. Cənnətdə insanlar onu sevəndə, o şəxsiyyəti ilə sevərlər. Yəni onu etmiş, bunu etmiş, bitmir ki bitmir, indi bir də gizli etdiyi şeylər var. Gizli olanları Allah açıqlayar. Məsələn, gizlicə bir cəsarət göstərmiş, gizlicə bir səbir etmişdir. Məsələn, deyir: “Burada insanlar hövsələdən çıxdı, amma sən burada çox səbirli oldun, doğrudurmu?” -soruşur. “Doğrudur, bəli”-deyir. Bax, bunlar bu şəkildə qədərində var, hamısı sayıldıqdan sonra o, öz-özünü sevməyə başlayar və ətrafındakılar da onu sevməyə başlayarlar, səbəbi gördükləri üçün.
Çünki bu dünyada gizli olanlar bilinmir. Məsələn, hz. Mehdi (ə.s)-ın biz gizli tərəflərini bilmirik, açıq tərəflərini görə bilərik. Onu da qismən görərik. Hz. Mehdi (ə.s)-ın tam sevilməsi üçün hamısı bilinməlidir. Məsələn, Peyğəmbərimiz (s.ə.v)-in biz müəyyən bir tərəfini bilirik. Yoluna dəvə qarnı atmışlar, tikanlar atılmış, Əbu Cəhl təhqir etmiş və s.. Haqqında ən çox əlli, yüz mövzu bilərik. Orada isə (axirətdə) biz, Peyğəmbərimiz (s.ə.v) haqqında on minlərlə hadisə öyrənəcəyik. Kimin qəhrinə necə cavab vermiş, kimə necə kömək etmiş, necə qorxunc bir mühitdə cəsarət göstərmiş, harada səbir etmiş və s.. O zaman Peyğəmbərimiz (s.ə.v)-ə olan sevgimiz, daha da artacaq.
Heç bilmədiyimiz tərəflərini öyrənəcəyik. Hz. İsa Məsih (ə.s) üçün də elədir, digərləri üçün də elədir. O zaman bax möminlərin bir-birlərinə sevgisi daha da şiddətli olar. Çox heyrətamiz bir sevgiyə çevrilər, cənnət sevgisi olar. Bu, möminə nemət olaraq təqdim edilər. Küfrdə də, çox ətraflı şəkildə bütün əxlaqsızlıqları bir-bir saydırılar. Məsələn, yalan danışmış və aldatdığını sanar. “Burada yalan demisən, elə deyilmi?”-deyilər. “Xeyr”–deyər. Sonra ağzı deyər ki, “bəli, yalan dedin”–deyər, ağzını tuta bilməz. Ağzına əsəbiləşər, “buna nə olur ki, belə danışır”-deyər. Məsələn, əliylə bir pislik etmişdir, “mən belə bir şey etmədim”-deyər, orada da saxtakarlıqları davam edər, dəlilikləri davam edər.
Əlləri, “yox mən etdim”-deyər, əli danışar. Nəzarət edə bilməz bədəninə, bədəni özünə üsyan edər. O cür insanlar əvvəllər bədənini çox sevər, bədəni üçün yaşayar, nəfsi üçün yaşayardı. Nəfsi orada başına bəla olar. Allah onu bəlaya çevirər, gözünə nəzarət edə bilməz, ağzına nəzarət edə bilməz, əlini idarə edə bilməz, hamısı əleyhinə danışar. Hamısını qəbul etmək məcburiyyətində qalar. Onsuz da, Allah bir qismini sorğulamağa belə ehtiyac duymur. Qəsas 78-ci ayə: “Günahkarlar öz günahları barəsində sorğu-sual olunmaz”-deyir Allah, birbaşa cəhənnəmə salar bəzi psixləri. Sorğulamağa ehtiyac yoxdur ki, eyni əxlaqsızlığı, yenə eyni şeyi edərlər. Lakin ibrət olmağı üçün, bir-bir Allah danışdırar.
Onlarda da zaman uzanar, müsəlmanların əksinə olaraq. İlk başda sorğusu edilən, ən son sorğulandığını hesab edər. Ağılasığmaz əziyyət çəkər, sorğu heç cür bitməz. Hədisdə belə deyilir: “Tər yerlərə doğru axar.” Su kimi tər axar çətinlikdən. Həmişə sorğusu davam edər. “Bu gün bunu etmisən, danış” deyərlər. “Bu təfərrüatları, burada bu saxtakarlığı etmisən.” Ən incə təfərrüatına kimi. “Artıq çətinlikdən və bezginlikdən az qala tər içində boğulacaq hala gələr”-deyir hədisdə. Əlbəttə ki, bənzətmə var orada, o qədər çox tərləyər ki, çətinlikdən və bezginlikdən, artıq bir an əvvəl sona çatmasını istəyər. “Sorğu bitsəydi, bir an əvvəl cəhənnəmə gedərdim”–deyər. Halbuki, cəhənnəmə gedəndə də, oradan bir an əvvəl çıxmağa çalışar.
Müsəlmanlar bunun şüurunda olduğu üçün ağlı başında hərəkət edər. Amma cəhənnəm əhli çox dəli olarlar, dəyanətsiz olarlar. İnsan ağlının qavrayacağı kimi deyil. Ona görə, cəhənnəm əhli olmamaq üçün həmişə Allaha sığınmaq lazımdır. “Ya Rəbbi, bizi cəhənnəmdən qoru, cəhənnəm əzabından qoru” deməliyik. Çünki biz cəhənnəmin kənarına gələcəyik onsuz da. Cəhənnəmin kənarına hər kəs gələcək. Cəhənnəmi görməyən olmayacaq. “Cəhənnəm əzabından qoru Ya Rəbbi”-deməliyik. Çünki müsəlmanlar cəhənnəmin kənarına çox şən halda gələrlər. Qarşısında, sağında bir işıqla gələrlər, yanında mehmanları, qoruyucusu olar, ona yol göstərər.
Həmişə iltifat edilər, hörmət göstərilər. “O gün onlar heç bir əzab çəkməzlər”-deyir Allah, heç narahat olmazlar. Çətinlik də olmaz, “içlərində bir qorxu da olmaz”–deyir Allah. Yəni olduqca xoşbəxt və şəndirlər. Onsuz da üzlərindəki parıltıdan aydın olar, çox şən və ümidvar olarlar cənnətə getmək üçün. Qarşısında, sağında işıq olduğuna görə artıq bilər (cənnətə gedəcəyini). Bu cənnət əlamətidir. Sağ tərəfindən əlinə verilmiş o kristal məlumat. Cənnətə gedəcəyi hər yerdən məlum olar. Amma cənnətə girəcəyi hələ deyilməz, ümidvar olar. Orada: “Cənnət əhli qalxsın, onlar keçsinlər”–
Allah. Cəhənnəm əhli orada ərazidə buraxılar, cəhənnəm ərazisində. Oradan onlar sonra süründürülərək, təhqir edilərək götürülüb aparılar cəhənnəmə.
Amma bizim ağlımıza torpaq bir ərazi kimi gəlir, kül kimi gəlir. Heç təxmin etmədiyimiz kimi də ola bilər, heç ağlımıza gəlməyəcək bir şəkildə də ola bilər. Məsələn, cənnət qapısı qızıldan, filan deyə fikirləşirik, amma bəlkə də işıqdan bir qapıdır, birdən işıq açılar və keçərsən. Cəhənnəm əhlini də bilmirik, cəhənnəm odu, adamları qızğın odda yandırar, amma yenə çaqqallıq edərlər orada. Normalda odda insan danışa bilməz, məsələn Allah:
“Dəvələr böyüklüyündədir alovlar”-yəni qeyri-adi “yüksək alovlar olar” deyir, yəni qığılcımı dəvə böyüklüyündədir, amma adamlar orada fitnə və dedi-qodu edərlər, hələ bir-birlərini axtararlar, savaşarlar, o onu qovar, bu onu qovar, itlik edərlər. Bədiüzzaman deyir: “Ən çox əzabı cənnətlə müqayisə etdikdə duyarlar.” Axı cənnəti görərlər, “çox şiddətli əzab çəkərlər”-deyilir. Müqayisə çox şiddətli əzab yaradar, inşaAllah.