Header

Həcc surəsi, 11-ci ayənin təfsiri

Aa4a

Hörmətli Adnan Oktarın 4 dekabr 2011-ci il tarixli reportajından Həcc surəsi ilə əlaqədar şərhləri.

ADNAN OKTAR:Bəli, 11-ci ayəni oxu, mən izah edəcəm, inşaAllah.

ERDEM ERTÜZÜN:Şeytandan Allaha sığınıram“İnsanlardan eləsi də vardır ki, Allaha şübhə ilə ibadət edir. Əgər ona bir xeyir çatsa, onunla rahatlıq tapar. Yox, əgər başına bir iş gəlsə, üz döndərib küfrə qayıdar. O adam dünyanı da itirər, axirəti də. Həqiqi zərər də elə budur”.(Həcc surəsi, 11)

ADNAN OKTAR:İndi mən də izah edim, inşaAllah. Şeytandan Allaha sığınıram:“İnsanlardan eləsi də vardır ki, Allaha şübhə ilə ibadət edir.”Məsələn, namazını qılmır, orucunu tutmur, lazım olsa yalan danışır. Amma “mövqeyin nədir?” soruşanda“Əlhəmdülillah müsəlmanam” deyir, Allah bu ayədə bunu nəzərdə tutur.

“Yarımçıq (ibadət) olmaz, tam haqqıyla müsəlman olmaq lazımdır” deyir Allah. Yaxud müsəlmanlarla birlikdə olmaq istəmir, ayrı olmaq istəyir.“Əgər ona bir xeyir çatsa, onunla rahatlıq tapar”məsələn, əlinə pul gəlsə, imkan gəlsə çox xoşbəxt olar, sevinər, sanki havalara uçar.

İstədiyi bir şeri qazansa sevinər,“yox, əgər başına bir iş gəlsə, üz döndərib küfrə qayıdar”,yəni, imtahan olanda bəzən insan çətinliklərlə qarşılaşa bilər, maddi çətinliyə düşə bilər, əzabla qarşılaşa bilər, insanların pis sözünü eşidə bilər.“Üz döndərib küfrə qayıdar”–deyir Allah.

Diqqət edin, müsəlman dönməməlidir, iradəli, güclü, qərarlı, həmişə Allahdan yana olmalıdır.“O adam dünyanı da itirər”-yəni əgər üz döndərsə dünyanı itirmişdir, diqqət edin dünya mənfəətlərini də itirər deyir Allah. Çünki o dünya üçün dönür,“dünyanı itirərəm” deyir, yəni “bir qazancı olmaz” deyir Allah.

Dünyaya dönüncə insan dünyanı qazanacağını zənn edər, amma “qazanmaz” deyir, “itirərəm” deyir.“Həqiqi zərər də elə budur.”

“Şiddətli bir azğınlıqdır” deyir Allah.13-cü ayə: Həm də zərəri xeyrindən daha yaxın olana yalvarır”-deyir Allah.

Diqqət edin “zərəri” deyilir, yəni zərərli olan bir şey, “xeyrindən” məlumdur ki, xeyirli olan, “daha yaxın olana yalvarır” yəni, zərərə özünü çəkər (meyilləndirər), ona ibadət edər, zərərə təslim olar deyir.“O nə pis köməkçi, nə pis yoldaşdır!”-deyir, Allah.

Şeytandan Allaha sığınıram, Həcc surəsi, 16-cı ayə:

“Beləcə, Biz Quranı açıq-aydın ayələr kimi nazil etdik”,Quran qapalı (başa düşülməz) deyil, hökmü çox açıqdır. Axı adamlar deyir ki, “Quranı başa düşmək olmaz.”Nəyi başa düşmək olar?“Xurafatı başa düşmək olar”-deyir.

Əsl anlaşılmaz olan xurafatdır, biz xurafatı heç anlamaq istəmirik, Quran çox aydın olar.

“Beləcə, Biz Quranı açıq-aydın ayələr kimi nazil etdik. Allah istədiyi kəsi doğru yola yönəldir.”“Dinə yönəldir” deyir.

images

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313