7-(746) …Əbu Basar belə rəvayət etmişdir: Əbul Həsənə (Musa İbn Cəfər əleyhissalama) dedim ki: “Səni yaradan Allaha qurban olum! İmam Mehdi hansı xüsusiyyəti ilə bilinər?” Buyurdu ki: “İmam Mehdinin bilinməsini təmin edən bir neçə xüsusiyyəti vardır. İnsanlar ona sual verdiklərində dərhal cavab verər. Əgər hüzurunda sussalar, o özbaşına danışmağa başlayar və sabah nə etmək lazımdısa onu izah edər. İnsanlarla hər dildə danışar.” (İman və küfr kitabı / üsulu Kafi (əl-Üsul Min əl-Kafi) / əl-Kuleyni, cild 1 səh. 402)