Header

Ənbiya surəsi, 70, 73 -76-cı ayələrin təfsiri

Aa4a

Hörmətli Adnan Oktarın 4 dekabr 2011-ci il tarixli reportajından Ənbiya surəsi ilə əlaqədar şərhləri.

ADNAN OKTAR:73-cü ayə, şeytandan Allaha sığınırıq.

ÖNDER ATAÇ:Şeytandan Allaha sığınıram:“Biz Öz hökmümüzlə onları doğru yolu göstərən rəhbərlər (imamlar) etdik. Onlara xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər”.(Ənbiya surəsi, 73)

ADNAN OKTAR:Şeytandan Allaha sığınıram,70-ci ayə: “Onlar İbrahimə qəsd etmək fikrinə düşdülər, lakin Biz onları daha şiddətli cəzaya məruz qoyduq”–deyir Allah.73-cü ayə: “Biz Öz hökmümüzlə”-yəni Allah Təala Öz əmri ilə-“hidayətə yönəldən”, hidayət nə deməkdir? İman, imana vəsilə olan hər şey. Mehdi sözü hidayət mənşəlidir, hidayət sözü, hidayətə vəsilə olan, Allahın xüsusi olaraq hidayətə çatdırdığı mənasını verər.“Hidayətə yönəldən rəhbərlər (imamlar) etdik.” Yəni təbliğ edənlər.

Məsələn, bax elə sizlər onlarsınız, hidayətə yönəldən rəhbərlərsiniz, inşaAllah.“Onlara xeyirli işlər görməyi, namaz qılmağı”–yəni xeyiri əhatə edən, xeyir olan hər şey, İslama, Qurana uyğun olan hər şey-“namaz qılmağı”, beş vaxt namaz,“və zəkat verməyi vəhy etdik” yəni, müsəlmanlara kömək etməyi, müsəlmanlar bir-birinə kömək edərlər. “Onlar yalnız Bizə ibadət edirdilər.”


74-cü ayə: “Lutu da yada sal! Biz ona hökmranlıq (peyğəmbərlik) və elm bəxş etdik, onu çirkin işlər görən bir məmləkətdən xilas etdik. Həqiqətən, onlar pis, fasiq bir qövm idilər.”O dövrdə Lut (ə.s)-ın qövmü olduqca əxlaqsız, alçaq bir qövm idi. Allah onu xilas edir, o şəhərdən qurtarır, inşaAllah. Hz. İbrahim (ə.s)-ı, hz. Lut (ə.s)-ı inşaAllah. “Həqiqətən, onlar pis, fasiq bir qövm idilər.” 75-ci ayə: “Biz onu Öz mərhəmətimizə qovuşdurduq. O, həqiqətən, əməlisalehlərdən idi.”Allah sizləri də həmişə salehlərdən etsin, zalımlardan qorusun, şərlərdən qorusun, alçaqlardan qorusun, inşaAllah.

Şeytandan Allaha sığınıram, 76-cı ayə: “Nuhu da yada sal! Daha öncə o dua etmişdi. Biz onun duasını qəbul etmişdik”-peyğəmbərlərin duası qəbul olar, yəni bu insanların çoxunun bilmədiyi bir şeydir. Peyğəmbər məsələn, bir şey üçün dua edəndə o olar. Məsələn, hz. İsa (ə.s) hal-hazırda həyatdadır, inşaAllah, bir şey üçün dua edəndə olar, yəni məsələn bir şey deyər olar. Insanlar bir şey üçün dua edəndə Allah, onu ibadət kimi qəbul edər, amma feli olaraq yerinə yetirməyə də bilər, yəni dua kimi, ibadət kimi qəbul edər, amma hadisənin özünü reallaşdırmaya bilər Allah. Lakin peyğəmbərlərdə reallaşdırar Allah, bir şey istədikdə olar, inşaAllah.“Onu və onun ailəsini böyük qəm-qüssədən qurtarmışdıq!”Yəni çox əzablı, çətin bir mühitdən xilas etdiyini bildirir Allah.

gezgindiyari_com-kuran-kerim-resimleri-3

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313