Hörmətli Adnan Oktarın 24 dekabr 2010-cu il tarixli reportajından Şüəra surəsi ilə əlaqədar şərhləri.
ADNAN OKTAR:Şuəra surəsini açdım.“Rəhman və Rəhim olan Allahın adı ilə.Diqqət edin “Rəhman və Rəhim olan” sırf bu sözlər belə insanın ürəyinə fərahlıq gətirir, “Rəhman və Rəhim,” yəni, “Qoruyucu və Bağışlayıcı olan Allahın adı ilə.” Allahın şəfqəti və qoruyuculuğu ilə başlayır.“Ta. Sin. Mim. Bunlar açıq-aydın Kitabın ayələridir.”Bəs deyirsiz Quran üstüörtülüdür (başa düşülməzdir), hanı xurafatçılar? Baxın, “aydındır”-deyir Allah. Sizə inanaq, yoxsa Qurana inanaq? Əlbəttə ki, Qurana inanacağıq.“Onların iman gətirmədiyinə görə özünü həlakmı edəcəksən?”-deyir Allah.
Peyğəmbərimiz (s.ə.v)-i Allah xəbərdar edir. Peyğəmbərimiz (s.ə.v) izah (təbliğ) edir, amma adam ölüdür. Peyğəmbərimiz (s.ə.v) çox sevgi dolu, çox mehriban bir peyğəmbərdir, dünyalar şirinidir Peyğəmbərimiz (s.ə.v). Çox həssas idi, çox üzülərdi. Təkrar-təkrar izah edirdi, amma iman etmirdi adam, öküz kimi baxırdı. O zaman da çox kədərlənirdi. Allah da Peyğəmbər (s.ə.v)-i xəbərdar edir, “özünü həlakmı edəcəksən?” deyir. Kədərdən xəstələnirdi. “Biz istəsəydik, göydən onlara elə bir əlamət göndərərdik ki, onun önündə başları itaətkarlıqla əyilərdi”–deyir Allah.
Əbcədi 2022-ci ili verir, göydən enən bir əlamət, möcüzə İsa Məsih (ə.s)-dır. Allah dəqiq tarixini verir, baxın, 2022-ci il İsa Məsih (ə.s)-ın görünəcəyi, aşkar olunacağı ildir.“Biz istəsəydik, göydən onlara elə bir əlamət göndərərdik ki, onun önündə başları itaətkarlıqla əyilərdi”–deyir Allah.“Başları itaətkarlıqla əyilərdi” -deyilir. Yəni, “heyrətlənər və təəcüb içində qalarlar, təslim olanlar kimi qalarlar“-deyir Allah. 2022-ci il də İslam əxlaqının dünyaya hakimiyyətinə işarə edir. Əlbəttə ki, ayənin bir çox mənası var, Allah, “bəla verərəm“ mənasında deyə bilər, qiyamət mənasında da ola bilər, amma biz şərh olaraq bu cür deyirik.
ALTUĞ BERKER:Dünən 2.2.2022-ci il üçün əhəmiyyətli bir tarix olacağını demişdiniz, inşaAllah.
ADNAN OKTAR:Bəli, 2.2.2022 saat 22 demişdim. Bax, 2022 tarixini verir burada da.“Mərhəmətli Allahdan onlara elə bir ayə gəlməz ki, ondan üz çevirməsinlər.”Yəni, “heç cür qəbul etməzlər” deyir Allah. Məsələn, “Mehdi (ə.s)-ın əlamətləri var” deyirik, “Fəratın suyu kəsildi”–deyirik, üz döndərirlər. “Kəbəyə hücum etdilər”-deyirik, üz döndərirlər.“Ay və Günəş tutulmaları oldu, İki dənə quyruqlu ulduz ard-arda çıxdı“-deyirik, üz döndərirlər (inkar edirlər). Ramazan ayında bir dəfə on beş gün arayla ard-arda Günəş və Ay tutulması çox böyük bir hadisədir.
Kəbədə, tarixdə ilk dəfə həccə mane olan hücum baş verir, bu çox böyük bir hadisədir. Adam vecinə də almır.“Onlar ayələri uydurma saydılar. Məsxərəyə qoyduqlarının xəbəri onlara yetişəcəkdir”-deyir Allah. Diqqət edin, “onlar ayələri uydurma saydılar” deyir Allah. Mehdi (ə.s)-ı da təkzib edir, İslam Birliyini də təkzib edirlər. Hələ üstəlik bir də lağ edirlər, Televizya kanalına çıxıb “hz.İsa (ə.s) gələcəkmiş, ölü necə gələcək?” -deyə lağ edirlər, açıq-aşkar bir çox televiziya kanalında görülür.“Məsxərəyə qoyduqlarının xəbəri onlara yetişəcəkdir.”Yəni, “Tezliklə doğru olduğunu görəcəklər”-deyir Allah.