Hörmətli Adnan Oktarın 1 dekabr 2011-ci il tarixli reportajından Səba surəsi ilə əlaqədar şərhləri.
ADNAN OKTAR: Səba surəsi, 11. Şeytandan Allaha sığınıram: “Sonra buyurduq: “Geniş, uzun zirehlər düzəlt.”” Deməli, hər dövrdə müdafiə vacibdir. Hal-hazırda tanklar, qalalar həmişə geniş zirehlərlə təchiz edilmişdir, elə deyilmi? Məsələn, Cənub-Şərqdə böyük bir zirehə ehtiyac var. “Və halqaları toxuduqda ölçüyə riayət et. Ey Davud ailəsi, yaxşı işlər görün! Mən, həqiqətən də, sizin nə etdiyinizi görürəm”.
Bu nizamlı ölçünün meydana gəlməsini yenə Allah yaradar, qulunu (sadəcə) vəsilə edər. Burada da Allah texnologiyaya diqqət çəkir. Texnoloji alətləri görürsünüz, məsələn jilet (təraş üçün alət), yeni texniki avadanlıqlar, fövqəladə dərəcədə düzgün (düzəldilmişdir). Hamısı nizamlı şəkildə yaranır. Məsələn, evdə baxıram televiziya var, Allah yaratmışdır. Heyrət içində qalıram. Fikirləşirəm ki, qələm yaradır, radio yaradır, televiziya yaradır. Açıq-aşkar göstərir bizlərə. Yəni Allahın varlığının dəlili o qədər dəqiqdir ki. Televiziya yaratmışdır, radio yaratmışdır. Amma bəziləri “Allah varmı, yoxmu?” deyir ki, haşa. Qardaşım, indi sənin qarşında kompyuter yaratmışdır, su kranı yaradır, su axır oradan. Kranda su yaradır.
Hər şey orijinal, qeyri-adi və valehedicidir. Buna baxmayaraq, inanmayan insanlar yaradır Allah, bu da təəccüblüdür. İmtahanın bir gərəyidir. Lakin fikirləşirəm, deyirəm, mən həmişə Fashion TV-ni seyr edirəm, oradakı xanımlara baxıram və görürəm ki, bir qismi həqiqətən bir az tez qocalıblar. Mən onları çoxdan tanıyıram çox gözəl xanımlar idi, xeyli yaşlanıblar. Lakin, yenə də Allahı xatırlamamaqda israr (inad) edirlər. Amma necə də ibrətverici hala gəlir bu yaşlılıq. Yaşlılıq nəyi izah edir bilirsənmi? Ölüm, addım-addım bu adamın üstünə gəlir, xeyli bir yol qət etdi, qət etdiyi yolu görürsünüz, az bir şey qaldı. Mənası budur. Ölüm təkrar olaraq Allah tərəfindən bizə xatırladılır. Məsələn, baxdım yığıncaqda yaşlı və xəstə kimi bir adam, başına kovboy papağı qoymuş aralarda gəzişir.
Mən belə hesab edirəm ki, bir çoxunun ondan zəhləsi gedir orada. Çünki, məlum olur ki, hələ də Allah ağlından keçmir. Hələ də uçur, hələ də havalardadır. Bir sonrakı il yığıncaqda onu görürlərmi? Yox. Torpağın altında olur artıq. Həmişə ona təəccüblənirəm, məsələn, bir çoxunun xəstəliyi var. Kiminin beli ağrıyır, dərman alır, bel yırtığı var, əməliyyatı gözləyir. Kimin də boyun yırtığı var, kiminin böyrəyində narahatlıq var. Kimi təzyiq xəstəsidir, hər an ölümdən qorxur. Təzyiq düşməsiylə əlaqədar xəstəliyi olanlar var. Təzyiqi düşüb şoka girib ölə bilər, təzyiqi yüksəlib, daxili orqanları parçalanıb ölə bilər. Durduğu yerdə ölmə ehtimalı var. Yaşlı xanımların, bir çox yaşlı xanımın ölümə və yaşlılığa qarşı müqavimət göstərdiyini görürəm.
Amma yazıqcasına, acizcəsinə müqavimət göstərdiyini görürəm. Halbuki, ölümün addım-addım üstünə gəldiyi məlumdur. Ölüm üstünə çökmüşdür. Yəni “səni öldürəcəyəm” deyir irəliləyən sistem. Özünü Allaha təslim etsənə. Çox qısa bir vaxt qalıb. Düşünsənə, nə qədər möcüzəvi şeylər yaradır, bir-birindən gözəl şeylər yaradır Allah. İnsan özünü Allaha buraxmazmı (təslim etməzmi)? Ona görə yaşlılıq o qədər möcüzəvi bir şeydir ki, bu gün onu düşündüm. İnsan üçün çox ibrətverici bir hadisədir. Çünki xatırlatmaq cəhətdən fövqəladə təsiri var. Məsələn, yaşlı adama baxanda “ölüm yaxındır” deyir. Gənc adamın çox ağlına gəlmir.
Halbuki, ən çox da gənclər ölür. Amma gəncin ağlına (ölüm) gəlmir, lakin yaşlı o qədər çoxdur ki, hər yerdə gəzirlər. Yaşlılar insanlara həmişə ölümü xatırladır. Ona görə bəzi insanlar yaşlılardan çox xoşlanmır. Onları gözdən uzaq olsun deyə dərhal qocalar evinə aparırlar, evlərində yaşlı adam istəməzlər. Çünki, yaşlıya baxanda ağıla ilk gətirdiyi şey ölümdür. Ölüm də kefini pozur. Nə onlar haqqında eşitmək istəyir, nə də yaşlı bir insanı görmək istəyir. Samba oynayan rəftar istəyir. Amma buna baxmayaraq xilas ola bilirmi? Yenə də xilas ola bilmir. Yerdə bir böcək ölüsü görsə belə ağlına ölüm gəlir. İnsanların ən çox ağlına gələn və insanların böyük hissəsini ən çox narahat edən şey ölümdür. Heç cür ondan özlərini xilas edə bilməzlər.
Səhər qalxar-qalxmaz ilk ağlına gələn ölümdür. Yatmamışdan əvvəl də yenə ağlına həmişə ölüm gəlir və həmişə əhvalını pozar. Allaha mən necə şükür edirəm, nə qədər mükəmməl sistem qurmuşdur. Ölüm olmasa insanlar kim bilir nə edərdilər. Böyük hissəsi kim bilir nə edərdi? Yaşlılıq olmasaydı kim bilir nə edərdilər? Məsələn, ürəyində bir ekstrasistol (xəstəlik) olsa, yəni ürəyin iki dəfə üst-üstə döyünməsi, bir çox insanda var, xüsusilə də gənclərdə olar. Otuz, otuz beş, qırx yaşa qədər rast gəlinən bir şeydir. Qırx yaşda bircə olmur zənnimcə. Ürəkdə ani döyüntülər, o, məsələn ölümü xatırladar.
Çünki ürəyin birdən tarazlığı da pozula bilər əslində. Məsələn, ekstrasistol döyünər amma ürək özünü nizamlaya bilməz, insan qəfldən gedə bilər. O da ölümü xatırlatmaq cəhətdən çox əhəmiyyətli olar. Məsələn, avtomobillə gedər, yenə daim ölüm qorxusu olar, avtomobildə təhlükəsizlik kəmərini bağlayar, təhlükəsizlik üçün. Nədir bu? Bu, ölümün qarşısını almaq məqsədiylə edilər. Ölümün şiddətini, ölümün sürətini azaltmaq üçün edilər. Normalda zədə alar amma heç olmasa ölüm olmasın düşüncəsi ilə edər. Yaxud boynu qırılmasın deyə təhlükəsizlik kəməri taxar. Təhlükəsizlik kəmərini taxan adamın ağlına ölümün gəlməməsi mümkündürmü? Avtomobil sürətlənən kimi ağılına ölüm gələr. Hər yerdə ölüm onun xatırladıcı müəllimi olaraq qarşısında durar. Ona görə Allahın sistemini o qədər bəyənirəm ki, haşa, mənim həddimə deyil amma… Nə qədər mükəmməl sistem qurub Allah, Əlhəmdülillah, MaşaAllah, nə qədər qüsursuzdur. Məsələn, yaşlılıq mükəmməl.